Ana Vətən Partiyasının sədri, Milli Məcilisin deputatı Fəzail Ağamalı Bilik
Gününü deputat seçildiyi Salyan-Neftçala rayonlarında şagird və müəllimlərlə
keçirib.
F.Ağamalı 15 sentyabr 2014-cü il tarixində Neftçala rayonunun Aşağı Surra, Salyan rayonunun Çuxanlı və Piratman Gəncəli kəndlərində olmuşdur. Aşağı Surra kəndində yeni məktəb
korpusunun açılışında iştirak edən F.Ağamalı dərs ilinin başlanması münasibətilə
müəllim və şagirdləri təbrik etmiş, valideynlərlə görüşərək onların təklif və fikirlərini
dinləmişdir. Çuxanlı və Piratman Gəncəli
kəndlərində də şagirdlərə uğurlar arzulayan F.Ağamalı müəllimlərin məktəbin təmiri
ilə bağlı narahatlıqlarını müvafiq dövlət qurumlarının diqətinə çatdıracağını
bildirmişdir. F.Ağamalı habelə Çuxanlı kəndində uşaq bağçasını ziyarət etmiş,
bağçanın təmiri ilə bağlı məsələni diqqətdə saxlayacağını kollektivin nəzərinə
çatdırmışdır. Tədbirdən sonra seçicilərlə
fərdi qaydada görüşən F.Ağamalı onları narahat edən problemləri qeydiyyata
götürmüşdür.
F.Ağamalı həmçinin, əvvəlki illərdə olduğu kimi Salyan rayonunun Yenikənd, Şəkərli, Yuxarı Noxudlu, Aşağı Noxudlu, Çuxanlı və Piratman Gəncəli, Neftçala rayonunun Aşağı Surra kənd orta məktəblərində I sinifə gedən 315 şagirdə məktəbli çantaları və məktəb ləvazimatları hədiyyə etmişdir.
FOTOLAR" src="//moderator.az/fotobaza/original/2112.jpg">FOTOLAR" src="//moderator.az/fotobaza/original/2113.jpg">FOTOLAR" src="//moderator.az/fotobaza/original/2114.jpg">FOTOLAR" src="//moderator.az/fotobaza/original/2115.jpg">