“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Moderator.az-a açıqlamasında Rusiyanın Moldova ilə bağlı planlarını şərh edib. Kremlin kifayət qədər təhlükəli planlara malik olduğunu istisna etmədiyini bildirən politoloq, bununla belə Rusiyanın Ukraynadakı əməliyyatları başa çatdırmadan yeni bir savaşa start verəcəyinə inanmadığını vurğuladı:
“Kremlin
quru yolla Dnestrə çıxmaq kimi planının olduğuna inanıram. Ancaq
indiki şərtlər daxilində Moskvaya bu işğalçı planı həyata keçirmək çətin olar.
Krımın işğalı və Ukraynada sepatratçı bölgəyə verdiyi dəstək onsuz da Rusiya ilə
Qərbi üz-üzə qoyub. Bununla bərabər Ukraynanı yeni bölgələrini işğal etməklə
Dnest bölgəsinə uzanması Rusiyaya qarşı daha böyük sanksiyalar və sərtləşməyə yol
aça bilər. Ona görə də Rusiya Ukrayna planını bitirməmiş digər təhlükəli
planlarını yaxın gələcəyə saxlayacaq. Bütün hallarda Moldova gələcək təhlükələrdən
sığortalanmayıb”.
Seymur
Əliyev