“Son illərdə Azərbaycana gələn miqrantların məzmun və formasında dəyişiklik var”. Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bu gün komitənin iclasında səsləndirib. Onun sözlərinə görə, əgər 10-15 il bundan öncə Azərbaycana gələn miqrantlar əsasən tikinti sahəsində işləməyə gəlirdilərsə, son illərdə Azərbaycana gələn miqranrtlar əsasən iş adamları və elm fəaliyyəti ilə məşğul olmaq istəyən miqrantlardır və Azərbaycan hakimiyyəti də bunda maraqalıdır:
“Miqrasiya
Xidmətinin verdiyi məlumata görə, təkcə 2014-cü ilin yanvar ayından etibarən
ayda Azərbaycana gələn miqrantların sayı 6-9 min arasında dəyişir. Bu da bizi
qanunvericilikdə təkmilləşdirmə işlərinin aparılmasına vadar edir”.
Komitə
sədri bildirdi ki, miqrant problemi dünyanın ən aktual problemi olduğundan Azərbaycanda
bu məsələ qanunvericiliklə tənzimlənməlidir və bu gün Əmək Məcəlləsinə nəzərdə
tutulan dəyişiklik də məhz miqrantların ölkədə əmək fəaliyyətinin hüquqi baxımdan
tənzimlənməsinə, yəni Miqrasiya Məcəlləsi ilə uyğunlaşdırılmasına xidmət edir. Əmək
Məcəlləsində nəzərdə tutulan dəyişikliyə əsasən işəgötürənlər işə cəlb etdikləri
hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmən Məcəllədə müəyyən
edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdır. Bu ancaq müəyəyn
icra orqanları tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla hamıya şamil
ediləcək.
Sənəd
müzakirələrdən sonra parlament plenar sesisyasında baxılması üçün tövsiyyə
edildi.