Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gediş-gəlişi asanlaşdırılır. Moderator.az xəbər verir ki, Milli Məclisin İnsan haqları komitəsinin bu gün keçirilən iclasında “ Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub. Sənədə edilən dəyişiklik barəsində məlumat verən komitə sədri Rəbiyyət Aslanova bildirdi ki, dəyişikliyə əsasən Azərbaycanda qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ölkə hüdudlarından kənara gedərkən onalar “Yol sənədi” veriləcək ki, bununla da onlar ölkədən gedə və viza almadan geri dönə bilərlər. Sənəddə nəzərdə tutulan digər dəyişikliyə əsasən Azərbaycanda siyasi sığınacaq alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən ölkə hüdudlarından kənata çıxarma haqqında qərar qəbul edə bilməz. Növbəti bir dəyişikliyə əsasən isə bu şəxslər əmək fəaliyyəti ilə məşğul olarkən onun iş icazəsi almasına ehtiyac olmnayacaq.
Məsələ
müzakirə olunduqdan sonra parlamentin plenar iclasında müzakirə olunması üçün
tövsiyyə edildi.