“Sərhəd ”“keçid nöqtələrində Miqrasiya Xidmətinin məntəqəsi yaradılsın”.
Moderator.az xəbər verir ki, belə bir təkliflə
millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin İnsan haqları komitəsinin
iclasında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə,
ölkəyə gələn vətəndaşların heç də hamısı ölkədə qaldığı müddətlə bağlı məlumata
malik deyil: “Bir çox hallarda isə elektron vasitəsi ilə gönədərilən sənədlər
Miqrasiya Xidməti tərəfindən
qeydə alınmır və bu da sonda ciddi problemlər yaradır. Ona görə də yaranmış vəziyytədən
çıxış yolu kimi sərhəd keçid məntəqələrində Miqrasiya Xidmət Məntəqəsinin
yaradılmasını təklif edirəm. Belə ki, ölkəyə gələn şəxs 3 gündən artıq qalacağı
təqdirdə buradan qeydiyyatdan keçməlidir və probelm bununla da həllini
tapmalıdır. Bu yolla həm bu problem birdəfəlik öz həllini tapar, həm də ki gəlib-gedənlərim işi
asanlaşar.”
Komitənin
digər üzvü Yevda Abramova da bu təlkifi dəstəkləyərək İsrail təcrübəsini misal
çəkərək bildirdi ki, bu ölkəyə gələn şəxsə 3 ay müddətinə qalmaq hüququ
verilir. Ümumiyytlə 3 gün ərzində qeydiyyatdan kemənin düzgün olmadığını və bu
müddətin artırılmasını təklif etdi. Y.Abramov digər bir məsələdn narahatlığlını
dilə gətirərək dedi ki, qanunda qeydiyyatdan keçmə pulsuz olsa da indi
Miqrasiya Xidmətindən qeydiyyatdan keçənlərdən 6 manat pul alırlar.