Sosial Siyasət Komitəsi bir sıra qanun layihələri hazırlayıb və məqam yetişəndə həmən layihələr müzakirəyə təqdim olunacaq. Moderator.az xəbər verir ki, bunu Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, komitə tərəfindən “Reproduktiv sağlamlıq haqqında”, “Sosial ipoteka haqqında”, “Gənc ailələlərə dəstək haqqında”, “Pasiyentlərin hüququ haqqında”, “Uşağların istirahəti haqqında” və digər bir sıra qanun layihələri hazrılanıb:
“Sadəcə
olaraq bunların bir çoxu cəmiyyət tərəfindən birmənalı qarşılanmadığından
müzakirəyə çıxarıla bilmir və bunun üçün müəyyən zaman lazımdır. Məsələn
xeyli zamandır ki, cəmiyyətin müzakirəsində olan “Reproduktiv sağlamlıq
haqqqında” qanun layihəsini parlamentin müzakirəsinə təqdim edə bilmirik.
Çünki bu qanun layihəsi ilə bağlı cəmiyyətdə müəyyən fikir ayrılığı mövcuddur.
Ona görə də bu qanunun əhəmiyyəti ilə bağlı cəmiyyətdə müəyyən maarifləndirmə
işləri getdikdən sonra müzakirəyə çıxarılacaq. Digər layihələr maliyyə tutumlu olduğu üçün onların
da qəbulu zaman tələb edir. “Pasiyentlərin hüququ haqqında” qanun hazırlasaq da
həkimlərin hüquqları və maliyyə təminatı təmin olunmadığından pasiyentin hüququnu genişləndirmək
bir qədər çətindir.
Bunun üçün ilk növbədə biz “İcbari tibbi sığorta haqqında” qanunun tətbiq etməliyik
və həkimi maddi təminat məsələsini həll etməliyik. Ondan sonra bu qanun layihəsi
müzakirəyə çıxarılmalıdır.”
Komitə
sədri onu da əlavə etdi ki, bundan əlavə olaraq “Turist bələdçisi haqqında”,
“İdmanda zorakılığa qarşısının alınması haqqında” qanun layihələri hazırlanıb:
“Ola
bilsin ki, bu layihələr mövcud qanunlara bir bölmə kimi salına bilər".