Moderator.az-ın məlumatına görə ölkədə fəaliyyət göstərən ədəbi məclislərin sırasına daha biri qoşuldu. Azərbaycan ədəbiyyatının zənginləşməsinə xidmət və Muxtar Respublikadan olan yazarların fəaliyyətinə stimul vermək məqsədi ilə bir qrup naxçıvanlı yazar tərəfindən "Hüseyn Cavid" Ədəbi Məclisi" təsis edildi. Tədbirin iştirakçılarından Kəmaləddin Qədim, Heydər Oğuz, Adilə Nəzərova, Aləmzər Sadiqqızı, Nəriman Zeynalzadə, Əkbər Xudulu, Surxay Qocayev, Şamil Zaman, Elman Əkbər, Rəhim Mehnət, Ələsgər Talıblı, Habil Vəliyev, Əli Şamil, Nurəddin Faxralı çıxış edib, məsələ ilə bağlı fikir və mülahizələrini bildiriblər. Təkliflər nəzərə alınaraq məclisin fəaliyyət istiqamətləri müəyyən edilib.
Tədbirin sonunda Məclisin İdarə Heyətinin üzvləri seçilib:
1. Kəmaləddin Qədim (sədr)
2. Adilə Nəzərova
3. Heydər Oğuz
4. Aləmzər
Sadiqqızı
5. Surxay Qocayev
6. Nəriman Zeynalzadə
7. Əkbər Xudulu
8. Rəhim
Mehnət
9. Habil Vəliyev
Tədbirdə həmçinin "H. CAVİD ƏDƏBİ MƏCLİSİ"nin fəaliyyətini səmərəli
qurmaq, onun əhatə dairəsini daha da genişləndirmək məqsədilə Naxçıvandan olan
bütün yazarların bu işdə fəal iştirakı zəruri sayılıb və hər bir yaradıcı adam
Məclisə dəvət edilib.