Milli Məclisin dəvəti ilə Azərbaycana səfər gələn Rusiya Liberal Demokrat Paretiyasının lideri, Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Jirnovskinin proqramı açıqlanıb. Bu barədə Moderator.az-a Milli Məclisdən məlumat verilib. Məlumatda deyilir ki, bu gün Bakıya gələcək Jirnovski Milli Məclisin sədri Oqtay Əsədovla və parlamentarilərlə görüş keçirəcək. Görüşlər sabahdan başlayacaq. Bu görüşdə ölkələr arasındakı münasibətlər və gələcək əməkdaşlıq məsələləri, eyni zamanda münasibətlərin inkişafına mane olacaq məsələlər müzakirə ediləcək. Jirinovskinin eyni zamanda bir sıra digər rəsmilərlə də görüşü nəzərdə tutulur. Bir neçə günülük səfər çərçivəsində Jirnovski Azərbaycanın bəzi bölgələrində olacaq.
Son
anda əldə etdiyimiz məlumata görə Jirnovski artıq Bakıdadır.