Allah və Millət keçsin günahımdan! Bu bədbəxt Jirinovski nə deyib, nə qələt eləyib axı? Deyib ki, biz qoyunuq!.. Düz deməyib bəyəm?.. Qoyun olmasaydıq bu qədər əzab-əziyyətə qatlaşamı bilərdik?.. Qoyun olmasaydıq, bu qədər haqsızlığa,ədalətsizliyə,dərəbəyliyə dözəmi bilərdik?.. Qoyun olmasaydıq, ətimizi şişə çıkib cızza-cızla kabab bişirilməyimizə beləcə tənbəl- tənbəl baxamı bilərdik?.. Məgər, ləyaqətli,namuslu, mübariz,imanlı,mənəviyyatlı , əqidəli,dürüst insanların fitnə və şər-şəbədəylə zindanlara doldurulmasına, qalanların isə təhdid, təhqir, təqib,təzyiq altında yaşamalarına biganə, “nə işimə”, “ağrımayan başıma niyə yaylıq bağlayım” ziyanlı-səhv-zəkkum mövqeylə yanaşma - qoyun olduğumuzdan xəbər vermirmi?.. Qoyunun buynuzu olmur ki! Buynuzu olan qoyun, artıq, qoyun yox, qoçdur! Qoç ola bilsəydik nə dərdimiz,- dünyamız,məmləkətimiz çoxdan düzəlmişdi!