Bugünlərdə rus politoloqu Pavel Klaçkovun ADP sədri Sərdar Cəlaloğlunu Rusiyanın düşməni kimi xarakterizə etməsi, partiya sədrinin şimaldakı bəzi dairələrin diqqət mərkəzində olduğunu göstərdi. Maraqlıdır, hər zaman üzləşdiyi bütün problemləri zor gücünə - “qısa yolnan” həll etməyə adət edən Rusiya S.Cəlaloğlu və Azərbaycandakı digər anti-rus imicli şəxslərə qarşı sui-qəsd həyata keçirə bilərmi?
Bununla
bağlı Moderator.az-a açıqlama verən S.Cəlaloğlu belə bir təhlükəni istisna etmədiyini
vurğuladı:
“Təbii
ki, Rusiya öz rəqiblərinə qarşı həmişə qeyri-insani, zorakı təzyiq vasitələrinə
əl atır. Rusiyanın özündə bir çox şəxslərin müəmmalı şəkildə həlak olması,
onlara qarşı terror tətbiq edilməsini müşahidə etmişik. Lakin bunların heç biri
bizi xalqın mənafeyini qorumaq məqsədimizdən saxlaya bilməz. Rus politoloqu öz
açıqlamasında yanlış olaraq bildirir ki, guya mən Rusiyaya hücum etməyi təklif
etmişəm. Ruslar Qusar ərazisinin Dağıstana birləşdirilməsi şüarı qaldırılanda mən
bildirdim ki, Dağıstan bütünlükdə Azərbaycanın tarixi ərazisidir. Dağıstan Dərbənd
xanlığının timsalında bizim xanlıqlardan biri olub. Buna görə də ruslar əslində
həmin əraziləri bizə qaytarmalıdır. Bütün Dağıstan Azərbaycanın tarixi
torpaqlarıdır”.
Seymur Əliyev