Son vaxtlar Azərbaycan hakimiyyəti ilə Qərb arasında münasibətlərin gərginləşməsi müşahidə edilməkdədir. Milli Məclisin dünən keçirilən toplantısında əksər millət vəkillərinin Qərblə əməkdaşlıqdan imtina etməklə bağlı səsləndirdiyi təkliflər də, münasibətlərin yaxın gələcəkdə mülayimləşəcəyi ilə bağlı proqnozların inandırıcı olmadığını göstərdi. Maraqlıdır, Cənubi Qafqazdakı prosesləri hər zaman diqqət mərkəzində saxlayan Rusiya, Qərb-hakimiyyət qarşıdurmasından istifadə edib Azərbaycandakı mövqelərini daha da gücləndirə bilərmi?
Bununla
bağlı Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Ərəstun Oruclu bu ehtimalın kifayət qədər yüksək olduğunu vurğuladı:
“Rusiya
onsuz da Azərbaycandakı mövqelərini möhkəmləndirməkdədir. Təbii ki, Qərb-hakimiyyət
münasibətlərinin indiki səviyyəsindən istifadə edən Rusiya çalışacaq ki, Azərbaycanı
daha çox təsir altına alsın. Kreml Qərb-hakimiyyət gərginliyindən öz maraqları
naminə faydalanmağa çalışacaq”.
Seymur
Əliyev