Moderator.az xəbər verir ki, Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev öz facebook səhifəsində DYP ilə bağlı maraqlı fikirlər səsləndirib:
"Sürət
yenə can aldı!" Dünən, bu gün ölkə yollarında ölümlə nəticələnən ağır yol
qəzaları haqda həmişə təkrar etdikləri fikiri usanmadan tirajlayırlar... Çevir
tatı,vur tatı!
Daha demirlər ki, can alan Dövlət Yol Polisinin (BƏZİ) rüşvətxor
məmurlarıdır. Can alan - psixi durumunda qüsürlar olduğunu bilə-bilə vətəndaşa
sürücülük vəsiqəsini rüşvətlə verən (BƏZİ) polis əməkdaşlarıdır. Daha demirlər ki, can alan yol
nişan və işarələrini, təhlükəsizlikdən daha artıq, özlərinə qazanc vasitəsinə
çevirən DYP-in (BƏZİ) üzdəniraq mütəxəssisləridir!.. Daha demirlər ki, can alan - SÜRƏT
yox, həmin o sürətin s ə b ə b i d i r!
Həmişə olduğu kimi, səbəblə nəticəni qarışdırır, əvəzində isə,
onlarla, yüzlərlə, bəzənsə minlərlə... puç olmuş faciəvi insan taleyi
"qazanırıq"!..