Moderator.az xəbər verir ki,
millət vəkili Elmira Axundova qəbiristanlıqlarla bağlı təkliflə çıxış edib. Son
dövrlərdə yas mərasimlərinin tənzimlənməsi ilə bağlı məsələ ilə yanaşı qəbristanlıqlarda
da yaranmış durumun tənzimlənməsinin vacib olduğunu deyən millət vəkili Elmira
Axundova bildirib ki, bu yaxınlarda hökumət tərəfindən çox mühüm bir addım
atılaraq yas mərasimlərində israfçılığın qarşısının alınması üçün müvafiq tədbirlər
həyata keçirildi:
“Mərasimlər
haqqında aktiv ictimai müzakirələrin getdiyi bir dövrdə belə bir qanunun gündəlikdə
olmaması təəccüb doğurur".
Millət
vəkili bildirdi ki, Sosial siyasət komitəsi tərəfindən “Mərasimlər haqqında”
qanun çoxdan hazırlanıb.
Millət vəkili bu qanuna yalnız toy və yas mərasimləri
haqqında yox, mərasim yerlərinin və qəbiristanlıqların vəziyyəti haqqında maddələr
də əlavə olunmasını təklif edib:
“Çünki
təkcə yas və mərasim yerlərində israfçılıq yox, həm də qəbiristanlıqların
yarıtmaz vəziyyəti narahatlıq doğurur".
Deputat həmkarı Rəfael Hüseynovun bu məsələ ilə
bağlı qaldırdığı təklifi dəstəkləyən E. Axundova dedi ki, onun dediklərində həqiqət
var və bu məsələ öz həllini tapmalıdır.