İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış politoloq İlqar Altay Moderator.az-a açıqlamasında Rusiyanın Xəzəri hərbiləşdirmək siyasəti və bu siyasətin Azərbaycana vəd etdiyi təhlükəni şərh edib:
“Rusiya
artıq Ukrayna münaqişəsindən sonra öz hegemon imperiya ambisiyasını gizlətmir.
Artıq ox yaydan çıxıb və Moskva hər tərəfə gəginlik yayır. Bütün qonşulara güc
göstərməyə başlayıb. Moskvanın bu siyasəti Cənubi Qafqaz və Xəzər hövzəsindən də
yan keçə bilməzdi. Təsadüfi deyil ki, Həştərxan sammitində Rusiya Xəzərin
dibinin bölünməsində bu dəfə inkar mövqeyi sərgiləyib. İranla bərabər durdu.
Rusiya son zamanlar Xəzər sularını o dərəcədə hərbiləşdirməyə başlayıb ki, adətən
regionda sülh və balans tərəfdarı olan Azərbaycan prezidenti bu dəfə sammitdə
buna öz iradını sərgiləməyə məcbur olub. Xəzərdə hərbi qüvvəni artırmaqla Rusiyanın iki məqsədi ola bilər. Bir tərəfdən
Qərbə və regiondakı qərbyönlü inteqrasiya yolu tutmuş ölkələrə xəbərdarlıq etmək,
digər tərəfdən isə regionda hərbi konfiliktə ehtiyac yaranarsa, həmin hərbi gəmilərdən
dərhal lazımınca istifadə etmək. Qeyd edim ki, bu gedişlə şimal qonşumuzun
Dağıstan tərəfdəki quru sərhədlərimizdən də təhlükə yaradacağı gözlənilən ola
bilər. Azərbaycan belə açıq təhlükə şəraitində bir dövlət kimi öz müdafiə
hazırlığı tədbirlərini görməlidir. Öz iqtisadi imkanlarından istifadə edib Xəzərdəki
hərbi donanmamızın say və keyfiyyətini artırmalıdır. Xəzərdə bizim güclü müdafiəyə
ehtiyac bilinən enerji resursları ilə zəngin yataqlarımız var. Ona görə də
düşünürəm ki, bizim üçün Xəzərdə yüksək müdafiə sistemi quruculuğu vacib amilə
çevrilməlidir”.
Seymur
Əliyev