Moderator.az xəbər verir ki, tanınmış təhsil eksperti, Müsavat Ali Məclisinin üzvü Məlahət Mürşüdlü Quzey Kiprdən Qubad İbadoğluna məktub ünvanlayıb.
Məktubda deyilir:
"Çox hörmətli Qubad
bəy!
Sizin seçilməmə xəbərinizi 28 sentyabr gecə saat 03-də öyrəndim. Üzüldüyüm qədər də buna sevindim (inanın).
1.Üzüldüm ona görə
ki, əziyyət çəkdiniz, mənəvi ağrı hiss etdiniz, mən daxil yüzlərcə ziyalı sizi
qalib edə bilmədi. Amma siz güclü, modern düşüncəli bir şəxssiniz, partiyanın
görmədiyi kampaniya apardınız! Qismət deyilmiş, rusların bir sözü var : Vse xudşiye idiyot na
luçşeye. Uca Allahımız bilir nə etdiyini ! Demək belə yaxşıdır...
2. Sevindim ona görə ki, QHT sektorunda yenə
başdasınız. Bu sektoru mən sizsiz təsəvvür edə bilmirəm.
3. Mən əvvəlcədən dostlarımıza demişdim ki , QHT
sektorundan getmənizi istəmirəm! Bir neçə dəfə də sizə demək istədim ki, namizədliyinizi
verməyin. Amma nədənsə çəkindim.
4. Müsavat Partiyası reanimasiya stolunun üstündədir : daxili və xarici
intriqalar, dedi-qodu, şər-böhtan, yalan vədlər, səriştəsizlik, təşkilatçılıq
0 (sıfıra) bərabərdir!
5. M.Æ.RÉ™sulzadÉ™ partiyasının bugünkü mÉ™nzÉ™rÉ™si
budur. MÉ™ncÉ™, onu bu günÉ™ salanların özlÉ™ri dÉ™ vÉ™ziyyÉ™ti düzÉ™ltmÉ™lidirlÉ™r. ÆlbÉ™ttÉ™, bacarsalar!â€