...ÆgÉ™r ölkÉ™dÉ™ bir nÉ™fÉ™r belÉ™ olsun siyasi vÉ™ vicdan mÉ™hbusu yoxdursa, É™gÉ™r söz vÉ™ vicdan azadlıqları addım başı tapdanmırsa, É™gÉ™r ÅŸahın qanun olduÄŸunu yox,qanunun ÅŸah olduÄŸunu düşünürsünüzsÉ™ vÉ™ É™gÉ™r azad , demokratik bir mÉ™mlÉ™kÉ™tdÉ™ firavan hÉ™yat sürdüyünüzü zÉ™nn edirsinizsÉ™, korrupsiyadan, mÉ™mur vÉ™ mÉ™mur övladlarının qudurÄŸanlıqlarından É™zab- É™ziyyÉ™t çəkmirsinizsÉ™, - onda heç zÉ™hmÉ™t çəkib MÄ°TÄ°NQÆ GÆLMÆYÄ°N!
Yox, əgər rejim sahibləri və "doydum" deməyən təpəgöz
məmurlar tərəfindən məmləkətimizin, ləyaqətimizin, mənəviyyatımızın necə
didilib- parçalandığına, məhv edildiyinə biganə qala bilmirsinizsə, yekəqarın
polisin, savadsız həkimin, rüşvətxor və yaltaq müəllimin, (üzr istəyirəm),
poxun yemiş xoruz kimi özünü dartan çoxsaylı nazirlərin, başçıların, hakimlərin,sədirlərin,
müdir və rəislərin əlindən təngə gəlmisinizsə, eləcə də hər gün üzləşdiyiniz
zordan, zillətdən, təhqirdən,haqsızlıq və qanunsuzluqdan boğaza yığılmısınızsa,
onda mütlÉ™q - MÄ°TÄ°NQÆ GÆLÄ°N!
Gəlin və eyni taleyi yaşayan özünüz kimi minlərlə insanla
çiyin-çiyinə dayanın! Tələb edin! Haqqınızı, oğurlanmış qismətinizi, ruzinizi,
pulunuzu, çörəyinizi tələb edin! Alın tərinizin, göz yaşlarınızın,əllərinizin
qabarının, alınlarınızın qırışlarının, bihudə itirdiyiniz ömrünüzün əvəzini tələb
edin! Qorxmayın,xoflanmayın! Və unutmayın ki, bütün bunlar Sizə həm Allah-Təala,
həm də Qanun tərəfindən verilmiş halalca HÜQUQLARINIZDIR!
Eldəniz Quliyev