İŞİD-in Suriyada Kobani qəsəbəsini ələ keçirməsi barədə yayılan xəbər hələ ki, öz təsdiqini tapmasa da Türkiyəni qarışdırdı.
Moderator.az Türkiyə mətbuatına istinad edərək xəbər verir ki, İstanbuldan tutmuş Şiirtə qədər ölkənin, demək olar, əksər şəhərlərini bürüyən etiraz aksiyaları polislə qarşıdurmaya çevrilib. İndiyə qədər 2 etirazçının öldürüldüyü xəbər verilir. Xeyli ağır yaralı var. Məlumatlara görə, kürd separatçılarının mərkəzi şəhəri hesab olunan Diyərbəkirdə komendant saatı elan olunub. Şiirtdə isə vəziyyət daha ağırdır. Polislər etirazı yatırda bilmədiyinə görə şəhərə ordu qüvvələri yeridilib. Ölüm və ağır yaralı xəbərləri də bu iki şəhərdən gəlir.
Qeyd
edək ki, bu yaxınlarda PKK-nın həbsdəki lideri Abdullah Öcalan Kobanidə İŞİD müdaxiləsinin
qarşısı alınmasa uzun zamandan bəri davam edən stabilliyin pozula biləcəyiylə bağlı rəsmi
Ankaranı hədələmişdi.
Ölkə parlamentində
Suriyaya hərbi müdaxiləyə izn verən qətnamənin qəbul olunmasına baxmayaraq Türkiyə
hakimiyyətinin İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyada yer almamasının səbəbi
isə onun irəli sürdüyü təklifin hələ də müttəfiqlər tərəfindən qəbul edilməməsidir.
Təklifə görə, Suriyaya hərbi müdaxilə yalnız İŞİD-ə deyil, həm də Əsəd
rejiminə qarşı yönəldilməli, Suriyanın bəzi yerləri uçuşa yasaq bölgə elan
olunmalıdır. Rəsmi Ankaranın fikrincə, Suriyanın bu hala gəlməsinin səbəbi Bəşər
Əsədin yaratdığı diktatura rejimidir. Nə qədər ki o diktatura mövcuddur, Suriyada
stabilliyin yaranması mümkün deyil.
Koalisiyanın
əsas gücü hesab olunan ABŞ isə İŞİD-ə qarşı mübarizədə lazım gələrsə, Bəşər Əsədlə əməkdaşlığı
belə istisna etməməyə meyllidir.
_______________________________________________
Son məlumata
görə, Batman, Diyərbəkir vilayətlərində və o cümlədən, 9 rayonda fövqəladə vəziyyət
elan olunub.