“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Moderator.az-a açıqlamasında Türkiyənin İŞİD-ə qarşı mübarizəsini və bu mübarizənin mümkün nəticələrini şərh edib:
“Türkiyənin
İraq əməliyyatında ABŞ-la müttəfiqlikdən imtina eləməsi tarixi yanlışlıqdır. Əgər
zamanında Türkiyə ABŞ-la ortaq əməliyyatlara qatılsa idi Mosul və Kərkük üzərində
nəzarəti ələ keçirməklə Şimali İraqda PKK hakimiyyətinin qurulmasını əngəlləyə
bilər və dünya düzənində daha üstün yer tutardı. Təəssüf
ki, bu uğursuz tarixdir. Kərkükdə türklərin zülmlərə məruz qalması da Türkiyənin
vaxtı ilə apardığı yanlış siyasətin nəticəsidir. Türkiyənin İŞİD-ə qarşı və Suriya
rejiminə qrşı koalisiyaya qoşulması fikrimcə Türkiyə üçün gec də olsa əlavə
şanslar yaradacaq.
Bir
şey unudulmamalıdır ki, Türkiyənin İsraillə Davosdan başlayan düşmənçiliyinə
son verilməsə Türkiyə uduza və daha zəif düşə bilər.
Əgər
Türkiyə bu vəziyyətdə ABŞ vasitəçiliyindən istifadə edərək İsraillə münasibəti tənzimləyə
bilsə, Türkiyənin dünyanın yenidən bölüdürülməsində payı kifayət qədər olar ki,
bu da birbaşa və ya dolayı formada türk dünyasının dünyada layiqli yer
tutmasına şərait yaratmış olar”.
Seymur
Əliyev