Moderator.az-ın məlumatına görə, millət vəkili Qənirə
Paşayeva Boluda Türk Dünyasının hər tərəfindən gəlmiş türkləri Xocalı Soyqırımı
həqiqətlərini yaymağa çağırıb.
Boluda çıxışı zamanı Qənirə Paşayeva Türk dövlət
və toplumlarından gəlmiş qardaş-bacılarımız, aydınlara, ictimai-siyasi xadimlərə
səslənərək topluma örnək olaraq
bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli
olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif
bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi
problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə
bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Qazaxıstan, Türkmənistan,
Qırğızıstan, Özbəkilstan,Kuzey Kıbris, Balkanlardan, Rusiya daxilindəki türk
kökənli xalqlar, bir sözlə dünyanın hər yerindən gəlmiş və bu gün burada olan
qardaş-bacılarımıza səslənirəm
-
birimizin sevincimiz hamımızım sevinci, birimizin acısı hamımızın acısı
olmalıdır deyən millət vəkili Qənirə Paşayeva əgər belə bir düşüncə ilə
addımlasaq daha da güclü olarıq və
haqsızlıqlarla dolu olan dünyada bizə qarşı haqsızlıqlara və ədalətsizliklərə
qarşı daha güclü müqavimət göstərərik və eyni zamanda daha çox inkişaf edər və daha da güclü olarıq
deyib. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir
millət, iki dövlətdir düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə
arasındakı münasibətlərin dünyada analoqu olmayan münasibətlərdən olduğunu və
bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək
olduğunu da bildirib. Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ
problemindən, Ermənistanın Azərbaycan
torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm
aktlarından, Xocalı Soyqırımından
danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada
yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin,
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm
aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını
alması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli harada doğulub harada
yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk
xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona
görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.İnşallah, gələn dəfə birlikdə
işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət
bölgələrimizdə görüşərik”, ”“ deyən millət vəkili çıxışının sonunda tədbirdə
iştirak edən bir sıra türk xalqları təmsilçilərinə rəhbərlik etdiyi Avrasiya
Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri”
filmləri kataloqunu, Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan tarixi və
mədəniyyəti ilə bağlı kitablar, materiallar, sənədli filmlər hədiyyə edib. Tədbir
çərçivəsində millət vəkili həmçinin Türkmənistanın, Qazaxıstandan gəlmiş heyət
və onların Türkiyədəki səfirləri, eyni zamanda Qırğısıztandan, Rusiyadan gəlmiş
bir sıra tük xalqlarının təmsilçiləri ilə
ayrılıqda da görüşərək ətraflı fikir mübadiləsi aparıb.