Moderator.az əslən Kəlbəcərdən olan şair Hüseyn Mirzənin Qurban Bayramında Azərbaycan reallığıyla səsləşən bir şeirini oxuculara təqdim edir:
Din qalıb bir tərəfə, bu iş oyunnan doludur...
Əə,
Qurban bayramıdır, şəhər qoyunnan doludur!
Din
qalıb bir tərəfə, bu iş oyunnan doludur!
Çox gədə
yaraqlanıb ki, kişidir ”“ qoyun kəsir,
Sədəqə
verir guya, yumurtadan da yun kəsir,
Baqqalın
bax halına tərəzidə əli əsir,
Neyləsin
tərəzinin altı oyunnan doludur!
Din
qalıb bir tərəfə, bu iş oyunnan doludur!
Molla
dua oxuyur, gah bıçağa, gah da duza,
Hansı
düzgündür görən? Kim uda, kim uduza,
Çoxdur
ey, həccə gedən, nə fayda, getdi güdaza,
Daş
atmaqla deyil ha, özü şeytanın quludur,
Din
qalıb bir tərəfə, bu iş oyunnan doludur!
Bilmirik
nə vaxt qılaq, biz axı bayram namazın,
Müfti səhər
qıldırıb! Qazı deyir: ”“ Sabha yazın,
İranın
mollası da çəkmir yenə burdan pazın:
”“ Hamı
batildir, deyir, bizimki haqqın yoludur!
Din
qalıb bir tərəfə, bu iş oyunnan doludur!
Üç
gündən sonra qılır İraqda Sistani ağa,
Ayı
axtarmaq üçün şeyx də adam qoyub dağa,
Ramazan-Zilhiccə
belə, bir Məhərrəmdi, qağa,
Kimdi
rəsədxananın rəyilə desin: ”“ Sonudur!
Din
qalıb bir tərəfə, bu iş oyunnan doludur!
Çoxalıb
fitnə-fəsad, qarışdırılıb dinimiz,
Bəhs
edir təriqətlər, çox çətindir seçimimiz,
İŞİD-in
vəhşətini gördükcə, artır kinimiz,
Bu
şeytanın, iblisin bir əməli, bir qoludur!
Din
qalıb bir tərəfə, bu iş oyunnan doludur!
04.10.2014