Xəbər lenti
28/11/2020 [14:55]:
Adı – Xəyal, igidliyi – gerçək
28/11/2020 [14:53]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Xəyal Şəkərovdan yazdı...
28/11/2020 [14:50]:
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Fəaliyyət Planı...
28/11/2020 [14:44]:
ABŞ-da cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edilib
28/11/2020 [14:44]:
İşğaldan azad edilən Ağdamda Xocalı ilə bağlı ilk foto sərgi keçirildi - VİDEO
28/11/2020 [14:36]:
Bir kəndin ilk Şəhidi - 18 yaşlı cəngavər...
28/11/2020 [13:53]:
Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib
28/11/2020 [13:52]:
Azərbaycanda məhkəmə hakimi vəfat etdi
28/11/2020 [13:48]:
Ermənistan vəziyyətdən bu cür çıxmaq istəyir – 12 bənd
28/11/2020 [13:45]:
Həsən Ruhani iranlı alimin qətlini cavabsız qoymayacaqlarını bildirib
28/11/2020 [13:43]:
Aqil Abbas Ağdamı ziyarət etdi
28/11/2020 [13:41]:
"Tərtərə 16 277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
28/11/2020 [13:13]:
Hikmət Hacıyev: “Bütün bunlar Ermənistanın mülki əhalini atəşə tutmasının işarəsidir” - FOTO
28/11/2020 [13:12]:
Azərbaycanda evi tərk edən COVID-19 xəstələri saxlanıldı - FOTO
28/11/2020 [13:09]:
DİN-dən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı AÇIQLAMA
28/11/2020 [12:51]:
“Nə oldu ə, arzuların ürəyində qaldı?” - Xalq artistindən Paşinyana...
28/11/2020 [12:24]:
"Zaur Rzayevlə Cıdır düzündə deyişmişik, o yerlərdə çoxlu konsertlər vermişik..."
28/11/2020 [12:16]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [12:07]:
Ermənistan prezidenti Rusiyadadır
28/11/2020 [12:05]:
Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - FOTOLAR
28/11/2020 [12:01]:
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub”
28/11/2020 [11:58]:
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
28/11/2020 [11:58]:
BTQ-nin yükdaşıma, gömrük işlərini həll edən mərkəzin tikintisi yekunlaşır
28/11/2020 [11:56]:
“Qələbə dövrünün şeirlərində daha da böyük təntənə, qürur, əzəmət, mənlik hiss olunur...”
28/11/2020 [11:53]:
Türkiyə Rusiyaya görə ABŞ-la yaxınlaşır - Blumberq
28/11/2020 [11:53]:
Diplomatik korpusun nümayəndələri Tərtərdədir
28/11/2020 [11:53]:
Ermənistanda son sutkada COVID-19-a 1 248 yoluxma qeydə alınıb, 31 nəfər ölüb
28/11/2020 [11:50]:
Evi tərk edən COVID-19 xəstələri saxlanıldı...
28/11/2020 [11:46]:
Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
28/11/2020 [11:44]:
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO
28/11/2020 [11:39]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [11:19]:
Fuad Poladov: "Azərbaycan kinosunda ruslar, ermənilər, gürcülər ağalıq edib"
28/11/2020 [11:18]:
Donbasdakı son durum açıqlandı
28/11/2020 [11:13]:
Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər - VİDEO
28/11/2020 [11:07]:
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
28/11/2020 [11:07]:
Tanınmış təhsil eksperti dünyasını dəyişdi
28/11/2020 [11:07]:
“Qələbə münasibəti ilə ilin sonunda həm əfv, həm də amnistiya gözlənilir” - Hüquq müdafiəçilərindən müjdə
28/11/2020 [11:05]:
Musa Quliyev: “SMS icazə sisteminə qayıtmalı, qaydaları sərtləşdirməliyik”
28/11/2020 [11:01]:
"Erməni keşişləri Qarabağdakı alban xristian mirasına sahib çıxmaq üçün əsrlərlə mübarizə aparıb"
28/11/2020 [11:00]:
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər
28/11/2020 [10:58]:
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
28/11/2020 [10:58]:
Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [10:57]:
Naxçıvana dəmir və avtomobil yolu projesi: qarşı duran güclərin mübarizəsi nə vəd edir?
28/11/2020 [10:53]:
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
28/11/2020 [10:46]:
M.Ə.Rəsulzadə: “Türkiyənin dostları” - Nəsiman Yaqublunun təqdimatında
28/11/2020 [10:41]:
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
28/11/2020 [10:37]:
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [09:32]:
“Hazırda Ukraynanın, ya da Moldovanın Rusiyanı qarşısına alacağı real deyil”
28/11/2020 [09:26]:
Zaqatalada yeniyetmə dəm qazından zəhərlənərək ölüb
28/11/2020 [09:25]:
Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı
28/11/2020 [09:25]:
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
28/11/2020 [09:22]:
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO
28/11/2020 [07:56]:
Erməni uşaqlar Xankəndində məktəbə Putinin portreti  və separatçı "bayraq"la getdi...-FOTO
28/11/2020 [07:12]:
Vandalizm və ermənizm...
28/11/2020 [01:24]:
Rusiyada minik maşını ilə yük qatarı toqquşub, 4 nəfər ölüb
28/11/2020 [01:22]:
Moskvada son sutkada koronavirusdan 76 nəfər ölüb
28/11/2020 [01:00]:
Makron: Zorakılıq edən polislərimiz bizi biabır edir
28/11/2020 [00:58]:
Maradonanın karyerası ərzində qazancı məlum oldu
28/11/2020 [00:37]:
"Dağ kəndindəki qoca erməni də anlayır ki, xəyanətin bir gün bir bədəli olur..."
28/11/2020 [00:31]:
Ağdam yolu minalardan təmizlənir - FOTO
28/11/2020 [00:22]:
Avropada quş qripinə yoluxma aşkarlandı
28/11/2020 [00:05]:
Restoran, bərbərxana və gözəllik salonları şənbə və bazar günləri işləməyəcək
28/11/2020 [00:04]:
Bu gündən noyabrın 30-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
28/11/2020 [00:00]:
Bakı-Quba yolunda sürücü idarəetməni itirərək qəza törətdi - FOTO
27/11/2020 [23:51]:
Azərbaycanlı əsgər rusiyalı sülhməramlılarına dilimizi öyrədir - VİDEO
27/11/2020 [23:25]:
Tərtər çayı daşaraq sahibkarlara "divan tutdu", rəsmilərsə əcaib cavabla kifayətləndi - VİDEO
27/11/2020 [23:09]:
Biləsuvarda şəhid dəfn edilib
27/11/2020 [23:04]:
İcevana gedən qatar yola düşür...
27/11/2020 [22:55]:
Bakıda “təcili yardım” BÖHRANI – 103 cavab vermir, xəstələr ölümə məhkumdur...
27/11/2020 [22:52]:
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
27/11/2020 [22:50]:
Ermənilərin Qarabağda törətdikləri ekoloji terror ərəb mətbuatında gündəmə gətirilib
27/11/2020 [22:44]:
Ermənistan Rusiyanı günahlandırmaqda haqlıdır...
27/11/2020 [22:40]:
"Çin infeksiyanı bilə-bilə bütün dünyaya yaydı, amma bu gün Çində yoluxma yoxdur, çünki..."
27/11/2020 [22:18]:
Bu həkimlər də yanvaradək əlavə maaş alacaqlar
27/11/2020 [22:01]:
Su krantlarından "odlu su" axdı - VİDEO
27/11/2020 [21:52]:
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ + FOTO
27/11/2020 [21:49]:
Paşinyan Moskvaya gedir
27/11/2020 [21:47]:
Xalq artistinin qardaşı özünü maşının altına atdı - FOTO
27/11/2020 [21:40]:
Yaralansa da döyüşü davam etdirib, düşmən hərbçilərini əsir götürüb - Şəhid mayorumuzun döyüş yolu...
27/11/2020 [21:33]:
5 min illik balina skleti tapıldı - MARAQLI
Bütün arxiv bir sırada
29/12/2014 [14:34] - Şou-biznes - ( 11311 dəfə baxılıb)

Xoşqədəm Doğuşla evlənmə səbəbini açıqladı - MÜSAHİBƏ



Tanınmış teleaparıcı Xoqşədəm Hidayətqızı ilə türkiyəli müğənni Doğuşun ötən həftə baş tutmuş toy mərasimi həm yerli, həm də türk mətbuatının ən çox müzakirə olunan mövzularından birinə çevrildi.
 
"Kempinski” otelində baş tutan şənlik mərasiminin təfərrüatları haqda Xoşqədəm Hidayətqızı publika.az-a müsahibəsində ətraflı bəhs etdi. Moderator.az həmin  müsahibəni ixtisarla təqdim edir: 
 
“Doğuş dedi, bilmirsənmi, neçə əsgəriniz şəhid olub?!”
 
- Xoşqədəm xanım, bu izdivac çoxları üçün gözlənilməz oldu. Bir neçə ay əvvəl Doğuşla fotolarınız yayılsa da, bu xəbərə inanmayanlar da vardı. Sizin tanışlığınız nə vaxt olmuşdu?
- (gülür) Nə demək istəyirsən? Deyirsən, ilk tanışlığı danışım? Hər şeyi açıqlayım? Yox...
 
- Heç olmasa, mümkün olanları.

- Bircə onu deyim ki, 6 ay evlilik təklifini qəbul etmədim. Düşünürdüm ki, biz fərqli cameənin üzvləri, nümayəndələriyik. O, sənətçi, mən jurnalist. Bu səbəbdən onun təklifi ilə razılaşmadım. Mənim fikrimi onun bir addımı dəyişdi. Avqustda Doğuşun burda konserti olmalıydı. Cəbhədə gərginlik yaşanırdı, neçə-neçə oğlumuzu qurban verdik. Bundan 2 gün sonra konsert olmalıydı, artıq biletlər də satılmışdı. Tədbirin təşkilatçıları zəng edib bildirdilər ki, Xoşqədəm xanım, bir xahiş etmək istəyirik, biz konserti təxirə salmaq istəyirik. Doğuşla yaxınsınız, istəyirik, bunu ona siz deyəsiniz. Razılaşdım, gəldim hazırlıq işlərinin aparıldığı yerə, kefsiz halda Doğuşa dedim ki, səninlə bir az söhbət etmək istəyirəm. O, söhbət etməyə razılaşdı, amma konserti təxirə salmaq istədiyini bildirdi. Dedi ki, sən bilmirsənmi, neçə əsgər şəhid olub?! Bu qədər hərbçinin şəhid olduğu halda insanların qarşısına çıxıb konsertmi verəcəm?! Yaraşmaz!!! Biz bir millət, iki dövlətik, burda şəhid olan mənim qardaşım, doğmamdır. Konsert olmayacaq. Çox duyğulandım. Elə oradaca dedim ki, Doğuş, mən sənin evlilik təklifin haqda düşünürdüm. Qeyd edim ki, o, mənə evlilik təklif edəndə hətta “yox” cavabımla razılaşmamışdı. Demişdi ki, düşün. Elə oradaca bildirdim ki, Doğuş, sənin bu addımın, vətənpərvərliyin məni duyğulandırdı. Evlilik təklifinə “hə” deyirəm, səninlə bir ömür yol getməyə dəyər. Bununla da onun evlilik təklifini qəbul etdim.
 
“...Ağladım”
 
- Toy necə keçdi?
- Buna toy mərasimi deməyək. Nikah mərasimi olmuşdu. Düzdür, burada düşünüldüyünə rəğmən, Türkiyədə dəbdəbəli toy olmamışdı. Doğuş, mən və bizim nikah şahidlərimiz bir araya gəlmişdik və rəsmi nikah mərasimi keçirilmişdi. Ancaq biz mənim çox sevdiyim insanlar, dostlar, hörmət bəslədiyim ziyalılar, ictimai-siyasi xadimlərimizi, sənət adamlarımızı bir araya gətirməyi, Yeni il öncəsi şad günümüzü, xoşbəxtliyimizi onlarla paylaşmağı qərara aldıq. Çox şükür ki, Allah bunu bizə nəsib etdi. İnanılmaz bir mərasim oldu. Sevinirəm ki, ora gələn hər kəs dincəlib. Çoxlu mesajlar, təbriklər aldım, xeyli zənglər gəldi. İştirakçılar bildirdilər ki, biz, həqiqətən də, istirahət etdik. Mənə ən çox xoş təsir edən o idi ki, gecə saat iki olsa da, heç kəs evə getmək istəmirdi. Sizin simanızda tədbir haqqında gözəl yazılar yazan həmkarlara, bütün həmkarlarıma təşəkkürümü bildirirəm.
 
 
- Ən gözəl toy təbrikini kimdən aldınız?

- ATV rəhbərliyindən. Əslində, hər kəs məclisdə iştirak etdi. Səhər gözəllik salonundaydım. Bir də gördüm ki, çoxlu güllər, çiçəklər göndərilib. Ağladım. Mən iş yerimə öz evim, ailəm kimi baxıram. Ailəmin namusu, şərəfi mənimçün nə qədər doğma, əziz, önəmlidirsə, iş yerimdə də namus, şərəf o qədər dəyərlidir. Bəzən istirahətim olmaya bilər, kimsənin mənə etiraz etməsi, məni danlaması mümkündür, çox işləyə bilərəm. Amma mənimçün ailə, günümün çox saatını çalışdığım o yer namus, şərəf yeridir. Ailəmin ”“ ATV  rəhbərliyinin bu diqqətinə çox sevindim, gözlərim doldu. Çiçəklərə baxdım. Fürsətdən istifadə edib məclisin xoş keçməsi üçün mənə pozitiv enerji bəxş edən rəhbərliyimizə, Vüqar müəllim başda olmaqla ATV-nin bütün heyətinə, xüsusən Rauf Dadaşova təşəkkürümü bildirirəm. Çünki ilk xoş təbrikləri, gözəl çiçəkləri onlardan - ailəmdən almışdım.
 
“Dedim, aman Allah, bu insan necə sevgisiz, mərhəmətsizdir!”
 
- Bəyin ayağını tapdadınız?
- Yox e...(gülür)
 
- Unutdunuz?
- Unutmadım. Bilirdim ki, Doğuş qoymayacaq. Türkiyədə nikah mərasimində də buna cəhd etmişdim.
 
- Bəlkə, burda alınacaqdı?
- Alınmadı, gördüm ki, mən ayağımı yaxınlaşdırdıca o, ayağını çəkir. Önəmli olan hörmətdir. Bunlar təbii ki, adət-ənənələrdir. Ailə çox önəmlidir, müqəddəsdir.
 
- Toyun ən çox yaddaqalan məqamı hansıydı? Duet?
- Yox, duet ssenarimizdə vardı. Murad (Dadaşov - müəl.) dedi ki, sən də sürpriz et. Belə olmaz axı. Sənə sürprizi ancaq kişi edir. Ona görə də bir həftə onu oxumağa mənə Doğuş da kömək etdi. Ssenari vardı, amma o, bir kənarda qaldı. Anidən hər şey dəyişdi. Amma indi oturub toyun görüntülərinə baxanda görürük ki, hər şey necə təbii, gözəl alınıb. Mənimçün yaddaqalan odur ki, ssenari pozuldu və hər şey möhtəşəm keçdi. Bir də ən çox xoşum gələn aşın gətirilməsi idi. Bu, milli adət-ənənələri göstərən bir şey idi.
 
- Yeri gəlmişkən, türk mətbuatı da bu toydan yazdı. Necə qarşıladınız?
- Bilirsinizmi, hətta ən pis qadın, cinayətkar bir kişi, ən pis insan belə ailə qurmağa razı olursa, ailə qurursa, onun qarşısında baş əymək lazımdır. Bu, bir sevgililik, qeyri-rəsmi ilişki deyil. Bu millət üçün ailə qutsal, müqəddəs bir qurumdur. Məni üzən bilirsiniz nə oldu? Buna şəxsi müstəvidən yanaşdılar. Dilinə “xoşbəxt ol” sözünü gətirə bilməyən o insanları görəndə üzüldüm. Dedim, aman Allah, bu insan necə sevgisiz, mərhəmətsizdir. Onun sonu necə olacaq?!  Həmin insan üçün acıdım, mən onsuz da xoşbəxtəm.
 
“Təbii ki bu, sonucda böyük söz-söhbətlərə gətirib çıxara bilər”
 
- Uzaq yerlərə, təhlükəli ərazilərə tez-tez gedirsiniz. Həyat yoldaşınız bundan sonra ona icazə verəcəkmi?
- O, məni çox qoruyur. Əslində, bizi birləşdirən ümumi dəyərlər var. Ən böyüyü sevgidir. Doğuş da, mən də yaradıcı insanlarıq. O da öz sahəsində daha böyük nailiyyətlərə imza atmaq üçün çalışır. Konsertlər, səfərlər, qastrollar...
 
- Yaxşı, bəs bunları necə əlaqələndirəcəksiniz?
- Heç bilmirəm.
 
- Məsuliyyət daha da artıb, artıq ortada ailə yükü var.
- Açıq elan edirəm: mən ailənin bu qədər çətin olduğunu bilmirdim. İndi o qədər çətindir ki. Məsələn, mən səhər saat 7-də oyanıb, işə gələ bilirdim. İndi səhər saat 7-də oyananda soruşur ki, hara gedirsən? İş saat 7-də başlamır axı (gülür). Bəs biz səhər yeməyini yeməyəcəyik? Necə olacaq? Yeri gəlmişkən, biz bir həftə birlikdə səhər yeməyi yeməmişik. Mən hər gün səhər saat 7-də oyanıb, evə gecə axşam 12-də qayıtmışam. Nə səhər, nə günorta naharını, nə də şam yeməyini birlikdə yemişik. Təbii ki, bu, sonucda böyük söz-söhbətlərə gətirib çıxara bilər. Çox ağır yükdür. Onun fanatları, konsertləri... Mənə ilk olaraq bunu demişdi ki, qısqanclığı sevmirəm. Məsələn, kimsə gəlib məni qucaqlaya, öpə bilər. Bütün bunlara normal yanaşmaq lazımdır.
 
“Qaynar həyata öyrəşən adam yataqda necə qalacaqdı?”
 
- Belə anlara hazırsınız?
- Təbii, hazıram. Çünki mən inanıram. İnam və güvən olan yerdə, nə olur-olsun, sənə heç nə təsir etmir. Yadımdadır, hava limanında çox gözəl bir qız bizə yaxınlaşdı. Dedi ki, foto çəkdirmək istəyirəm. Gördüm ki, Doğuş məni qıza yaxınlaşdırdı. Dedim, əzizim, o, səninlə şəkil çəkdirmək istəyir. Qıza dedim ki, ona sarıl. Doğuş sonra soruşdu ki, bunu ironiya ilə etdin, yoxsa istədin? Cavab verdim ki, istədim.
 
- Ailə qurmaqla həm də müəyyən çərçivəyə düşürsünüz.
- Elədir.
 
- Daxilən buna da hazırsınızmı?
- Hazıram deyəndə ki, artıq heç bir istəyim yoxdur. Ailəm haqqında düşünürəm.
 
-  Xoşqədəm xanım, bəs siz özünüz həyatda kimi, yaxud nəyi axtarırsınız?
- Özüm xoşbəxtlik, ailə axtarırdım. İstəyirdim, yuvam olsun. Çünki böyük bir ailədə böyümüşəm. 12 bacı-qardaş olmuşuq. O ev, oradakı təklik məni sıxırdı. Həyatda hər şeyim var, Allah mənə sağlamlıq verib, əlim-ayağım, hər şey normaldır. Bir övladım var. Yeməyə bir tikə çörək tapıram. Amma o çörəyi axşam bərabər yeyəcəyim, birlikdə oturacağım, söykənəcəyim həyat yoldaşım yox idi. Doğuşun çox gözəl sözü var: həyatımızın ikinci baharını yaşayırıq. Allah ikimizə də 40 yaşımızda o baharı nəsib etdi.
 
- Oğlunuz barədə də danışaq. Səhv etmirəmsə, hələ təhsilini davam etdirir.
- Xaricdə təhsil alır. 19 yaşı var. O, mənim bu addımıma normal yanaşdı. Mənim əzizlərim, hər bir qadının istədiyi yaşda ailə qurmaq, xoşbəxt olmaq haqqı var. Buna sayğı ilə yanaşın. Övladımı körpə ikən uşaq evinə atsaydım, onu yad bir atanın evində böyütsəydim, yaxşı olardı? Yox. Mən övladımı böyütdüm, boya-başa çatdırdım. “Həyata atıl və bundan sonrakı həyatın sənindir” dedim və sonra öz həyatımı qurdum. Məncə, buna hörmətlə yanaşmaq lazımdır. Çox şükür ki, övladım buna hörmətlə yanaşdı. Onunla Doğuş çox yaxşı dostdurlar. Bir-birlərini gözəl başa düşürlər. 
 
“Ən böyük arzum 70 yaşıma qədər reportyor olmaqdır” 
 
- Artıq ailə qurdunuz. Daim ictimai-siyasi proseslərdə iştirak etmisiniz. Hətta ötən parlament seçkilərindən birində namizəd olmusunuz. Qarşıdan gələn növbəti seçkilərdə iştirak edəcəksinizmi?
- Yox...
 
- Karyera..?
- Xeyr, bunların heç birini istəmirəm. Allah mənə bir istedad verib ”“ yazmağı bacarıram. İşimdən çox razıyam. Düzdür, çətindir, ağırdır, amma heç bir iddiam yoxdur. Vəzifə, seçki ”“ bütün bunlar hamısı 2005-ci ildə qaldı. Bu haqda düşünmürəm və belə bir istəyim, iddiam yoxdur. Öz işim, verilişim. Verilişimə insanlar ümid yeri kimi baxırlar. Bunlardan başqa heç bir şey haqqında düşünmürəm. Vəzifə və ya seçki haqqında düşünmürəm. Yalnız və yalnız jurnalist fəaliyyəti. Sevdiyim işlə məşğul olmalıyam və oluram. Vəzifəyə, kresloya, hər hansı çərçivəyə sığan adam deyiləm. Mən vəzifə adamı deyiləm.
 
- Vəzifə adamı olmadığınızı dediniz. Amma vəzifəniz var. Sizə elə gəlmir ki, o, arxa plana keçib?
- Hansı?
 
- Baş redaktor vəzifəsi...
- Hə, düz deyirsiniz. Yadınızdadırsa, o qəzet də “Səni axtarıram” kimi uğurlu layihədir. Necə böyük bir qəzet yaratmışam. Doğru deyirsiniz, bu veriliş çox vaxtımı alır.
 
“Məni göndərin, gedim reportajlar hazırlayım”
 
- Bəs sizin baş redaktor səlahiyyətləriniz?
- Səlahiyyətlər məndədir.
 
- Amma işinizi əməkdaşlarınız icra edir.
- Hə, əməkdaşlar icra edir. Sağ olsun uşaqlar, 4-5 ildə mənə çox kömək, yardım etdilər. Düşünürəm ki, qəzetdə də işləri gücləndirmək lazımdır.
 
- Düşünürsünüz, amma etmirsiniz.
- Çünki veriliş çox ağırdır. İndi də günümün müəyyən hissəsini Doğuşa, evə ayırmışam. Bu, istər-istəməz işimə təsir göstərir. Hətta işçilərimiz, komandamızın üzvləri də deyirlər ki, Xoşqədəm xanım, xəbəriniz varmı, verilişə bir qədər az vaxt ayırırsınız. Çünki bütün gün televiziyada olmuşam. Gecədən səhərə kimi çalışmışam. Çəkilişlər, uzun yollar. Rusiyanın bu şəhərindən o şəhərinə getmişəm. Hava limanlarında saatlarla gözləmək də adamı yorur. Təsəvvür edin ki, bəzən yorğunluqdan utanmadan dəmir stolların üstündə uzanıb yatırdım. 8-10 saat yuxusuz qaldığım vaxtlar olub. Əfqanıstanda 10 saat yatmadım. Bütün bunlar çox ağırdır və mənim digər işlərimə təsir edir. Siz vəzifəmdən danışdınız. 2015-ci ildə mətbuatda çalışmağımın 20 ili tamam olacaq. Həmin redaksiyadakı otaq 15 il mənim olub. Əməkdaşlarımızdan soruşa bilərsiniz, heç kim deməz ki, Xoşqədəm öz otağındakı kresloda oturub. Həmişə ya köməkçinin, ya da jurnalistlərin otaqlarında əyləşmişəm. Yalnız və yalnız kimsə qonaq gələndə kabinetə keçmişəm. Mənimki reportyorluqdur. Göndərin, gedim reportajlar hazırlayım. Bir yerdə oturmağı bacarmıram. Ən böyük arzum 70 yaşıma qədər reportyor olmaqdır. Gedim qaynar nöqtələri gəzim, oralardan reportajlar hazırlayım. Haradasa tapıntı edim. Əgər vəzifədə, kresloda olsam, inanın ki, qısa zamanda qarşınızda qoca bir qadın görərsiniz. Arzum odur ki, dünyanın qaynar yerlərindən reportajlar hazırlayım. Suriyada, Əfqanıstanda, İraqda jurnalist kimi fəaliyyət göstərmək istəyirəm.

loading...
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
"Erməni keşişləri Qarabağdakı alban xristian mirasına sahib çıxmaq üçün əsrlərlə mübarizə aparıb"
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
Bir kəndin ilk Şəhidi - 18 yaşlı cəngavər...
Araşdırma
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
Cəmiyyət
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
Araşdırma
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub...”
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247