Xəbər lenti
03/12/2020 [23:56]:
“Neçə illərdir demək olar ki, ürəkdən sevinməyi unutmuşdum...” - FOTOLAR
03/12/2020 [23:47]:
Ayvazyanın avazı həyasızcasına gəlir: İlanın ağına da lənət, qarasına da...
03/12/2020 [23:41]:
Hacı Nuran koronavirusa yoluxdu - FOTO
03/12/2020 [23:38]:
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
03/12/2020 [23:37]:
Çavuşoğlu: “ABŞ-la S-400 probleminin sanksiya təhdidi olmadan, dialoqla həllinə ümid edirik”
03/12/2020 [23:34]:
Nazir rektorlarla onlayn görüş keçirdi
03/12/2020 [23:22]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Osman Manafovdan yazdı
03/12/2020 [23:17]:
"Mən bu barədə qiyamətdə də qürurla şahidlik edərəm ki..."
03/12/2020 [22:59]:
Hikmət Hacıyevdən şəhidlərlə bağlı paylaşım
03/12/2020 [22:55]:
"Oğlum müharibəyə gedəndən sonra anladım ki, Vətən təkcə ana deyilmiş, həm də oğul imiş"
03/12/2020 [22:42]:
Azərbaycan XİN Ermənistan xarici işlər nazirinin “Armenpress” agentliyinə verdiyi müsahibəsini şərh edib
03/12/2020 [22:41]:
Azərbaycanda ən çox hansı zonada koronavirusa yoluxma olub?
03/12/2020 [22:40]:
Azərbaycan ilkin olaraq 17 milyard ayırdı
03/12/2020 [22:31]:
Tanınmış teleaparıcıya ağır itki üz verdi
03/12/2020 [22:24]:
Ərdoğan Həsən Ruhani ilə Qarabağı müzakirə etdi
03/12/2020 [22:23]:
İranda koronavirusa yoluxanların sayı 1 milyonu ötdü
03/12/2020 [22:16]:
XTD zabitlərinin hədiyyə göndərdiyi Zeynəb: ön cəbhəyə məktub yazmışdı - VİDEO
03/12/2020 [21:51]:
“Düşmən minaatanının atəşi nəticəsində 4 əsgərimiz şəhid oldu, 10 nəfər isə yaralandı”
03/12/2020 [21:47]:
"O, cəmiyyəti cəmiyyət, dövləti dövlət, milləti millət edən şəxsiyyətlərdən idi..."
03/12/2020 [21:38]:
UEFA Azərbaycana qoyduğu qadağanı aradan götürüb
03/12/2020 [21:28]:
Azərbaycanda prokuror koronavirusdan ölüb
03/12/2020 [21:02]:
Fransa parlamenti də Qarabağdakı separatçı-terrorçu erməni rejimini tanıdı...
03/12/2020 [21:01]:
“Rembo” ləqəbli qazi: “Mübariz İbrahimovun şəhid olduğu postu alanda 7 saat döyüşdük”
03/12/2020 [20:58]:
“Qarabağ” və “Makkabi”nin start heyəti açıqlandı
03/12/2020 [20:56]:
"Dünyada analoqu olmayan müharibə apardığına görə Qarabağda İlhamabad şəhəri yaradılsın"
03/12/2020 [20:51]:
ABŞ-dan İrana qarşı növbəti sanksiya
03/12/2020 [20:49]:
Məşhur Çoban Xanışın bir Vətən uğrunda canını verən iki nəvəsi... - FOTO
03/12/2020 [20:46]:
Andranikə qan uddurdu, dostu kürəyindən vurdu, Atatürk ona malikanə bağışladı...
03/12/2020 [20:37]:
Ombudsman Aparatı Əfqan Sadıqovla bağlı məlumat yayıb
03/12/2020 [20:25]:
“Münaqişə həllində diplomatiya niyə işləmədi?” - Azay Quliyev
03/12/2020 [20:15]:
Ölkə üzrə COVID-19-a yoluxma statistikası AÇIQLANDI
03/12/2020 [20:11]:
KTMT Ermənistana ordu yeridə bilər - KİV
03/12/2020 [20:07]:
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən Qarabağa dair birgə BƏYANAT
03/12/2020 [20:05]:
Adolf Hitler seçkilərdə qalib gəlib: "Uşaqlıqda adımı tamamilə normal sayırdım"
03/12/2020 [20:02]:
Türkiyənin daha bir naziri koronavirusa yoluxdu
03/12/2020 [19:59]:
Şuşanın azad edilməsi barədə Ali Baş Komandana məruzə edən xüsusi təyinatlı - FOTO
03/12/2020 [19:56]:
İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir - FOTO
03/12/2020 [19:53]:
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında çıxış edib
03/12/2020 [19:49]:
Zooparka basqın edən polis 20 ölü pələnglə qarşılaşdı - FOTOLAR
03/12/2020 [19:39]:
“COVID-19-la mübarizənin açarı beynəlxalq əməkdaşlıq və qlobal həmrəylikdədir”
03/12/2020 [19:37]:
"Beynəlxalq ictimaiyyət pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər"
03/12/2020 [19:35]:
32 yaşlı qadın "Su verəcəyəm" deyə aldatdığı uşaqla cinsi əlaqəyə girdi - FOTOLAR
03/12/2020 [19:28]:
Koronavirus Azərbaycanın I Divizionuna da ayaq açdı
03/12/2020 [19:20]:
Polis məmuru helikopterlə keçmiş modelin lüt görüntülərini qeydə aldı - FOTOLAR
03/12/2020 [18:58]:
Sumqayıtda koronavirusa qarşı polislər tərəfindən nəzarət-profilaktik tədbirlər genişləndirilib
03/12/2020 [18:57]:
Dünyanın böyük ümidlə gözlədiyi "sehrli qutu" yola çıxdı - Gələn həftədən etibarən...
03/12/2020 [18:55]:
Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunublar
03/12/2020 [18:55]:
Naxçıvan dəhlizi Şərqi Anadolu bölgəsinin ixracını 3 dəfə artıracaq
03/12/2020 [18:54]:
FIFA-nın iclasında Maradona bir dəqiqəlik sükutla yad ediləcək
03/12/2020 [18:36]:
Özünü hamilə kimi göstərən qadının qarnından baxın nə çıxdı - FOTO
03/12/2020 [18:26]:
Xankəndində vəziyyət doğrudan da hələ dumanlıdır...-FOTO
03/12/2020 [18:02]:
11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
03/12/2020 [17:58]:
Sabiq nazir müavininin həbs müddəti artırıldı
03/12/2020 [17:55]:
"Ona maaş ödəmək əvəzinə, o vəsaiti donuz saxlamağa ayırsaq, 97 ədəd donuz ala bilərik"
03/12/2020 [17:54]:
Prezidentdən “Azərbaycan Sənaye Korporasiyası” ilə bağlı yeni fərman
03/12/2020 [17:53]:
Dünyada COVID-19-a yoluxanların sayı 65 milyonu keçib
03/12/2020 [17:37]:
Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər - FOTO/VİDEO
03/12/2020 [17:33]:
Vətən uğrunda şəhid olan daha bir müəllim
03/12/2020 [17:29]:
Rusiya XİN: Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub
03/12/2020 [17:25]:
COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilmə riskini kəskin şəkildə artıran amil açıqlanıb
03/12/2020 [17:20]:
“Rusiya ATƏT ölkələrindən Qarabağla bağlı razılaşmalara böyük dəstək gözləyir”
03/12/2020 [17:04]:
“Azərsu” Tovuzun Düz Cırdaxan, Cəlilli və Dönük Qırıqlı, Gədəbəyin Tərsyer kəndlərində içməli su çəkir
03/12/2020 [17:01]:
ADPU-nun Elmi Şurasının onlayn iclası keçirilib
03/12/2020 [16:56]:
“Hərbçilərimizə qayğı üçün dövlət proqramları hazırlanacaq”
03/12/2020 [16:54]:
Şəhidimizin zəfər payı - Vətən və el yolunda canını fəda edən Elyar...
03/12/2020 [16:35]:
Ceyhun Bayramov: “30 ildir davam edən silahlı münaqişəyə son qoyuldu”
03/12/2020 [16:33]:
Koreya Azərbaycana səyyar COVID-19 müayinə köşkləri ianə edib
03/12/2020 [16:31]:
Türkiyənin sabiq müdafiə naziri vəfat edib
03/12/2020 [16:30]:
Vətən müharibəsinin Qəhrəman şəhərləri – milli birliyə minnətdarlıq
03/12/2020 [16:24]:
Əlil adam əsgər və zabitlərin ayaqqabısını pulsuz rəngləyir- FOTOLAR
03/12/2020 [16:16]:
İrəvanda etirazçılar Paşinyan barəsində cinayət işi başlanmasını tələb edirlər
03/12/2020 [16:15]:
Azərbaycanda hazırlanmış ilk yüksək texnologiyalı protezlər təqdim edildi - FOTO
03/12/2020 [15:49]:
Azərbaycanda indiyədək 1 781 218 koronavirus testi aparılıb
03/12/2020 [15:48]:
Əməkdar rəssam Rafael Abbasov vəfat edib
03/12/2020 [15:46]:
Azərbaycanda daha 40 nəfər koronavirusdan öldü: 4189 yeni yoluxma - FOTO
03/12/2020 [15:46]:
Ailənin yeganə övladı olan ölümsüz qəhrəmanın əbədiyyətə qədər davam edəcək ömür dastanı...
03/12/2020 [15:41]:
Parlament sədri: "Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır!"
03/12/2020 [15:40]:
Qanunsuz ağac kəsimi ilə bağlı şikayət yerində araşdırılıb
03/12/2020 [15:35]:
O səni sevirdi...
03/12/2020 [15:31]:
Bakıdan Kiyevə çarter reysləri açılır
Bütün arxiv bir sırada
30/12/2014 [09:03] - Siyasət - ( 5683 dəfə baxılıb)

Mehman Əliyevdən ilginc açıqlamalar- VİDEO

"Bəziləri hakimiyyətin kifayət qədər güclü olduğunu deyir, yaxşı, güclüdürsə, niyə danışıqlara gedir?!"
"Bir daha deyirəm, ABŞ-la razılığa gələndən sonra Putin Bakıya gəlib"


Yola saydığımız 2014-cü il Azərbaycan demokratiyasının və insan haqlarının təzyiq və təqibləri ilə yadda qaldı. RATİ-nin fəaliyyəti dayandırıldı, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus, konfliktoloq Arif Yunus, jurnalistlər Xədicə İsmayıl, Pərviz Həşimli və Rauf Mirqədirov həbs olundular. İl iqtisadiyyatda TANAP, TAP qaz anlaşmaları və bu gün daha çox müzakirə obyektinə çevrilən neftin qiymətinin enməsi ilə yadda qaldı.

Xatırlanan və ilin digər ictimai-siyasi və iqtisadi olaylarını “Turan İA”-nın direktoru Mehman Əliyev və REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli ilə müzakirə etdik.

-Mehman bəy, 2014-cü il jurnalistlərə və QHT sektoruna təzyiqlə yadda qaldı. Hakimiyyət hansı səbəbdən ili bu cür yola salır?

Mehman Əliyev: Səbəb odur ki, hakimiyyət 2015-ci ildən müəyyən dəyişikliklərə başlamaq istəyir. Mən gələn ili idarəolunan demokratiya ilinə qədəm qoyduğumuz il kimi dəyərləndirirəm. Hakimiyyət istəyir ki, ictimai-siyasi meydanda partiyalar, media, QHT-lər olsun, ancaq bu institutlar hökumətlə sırf əməkdaşlıqda olsun və onunla eyni mövqedən çıxış etsin. Bu da müəyyən görüntü yaradacaq ki, Azərbaycanda hökumətlə QHT-lərin, medianın və partiyaların normal əməkdaşlığı, konsensusu var. Bu, özünü seçkilərdə də göstərəcək. Əlbəttə, bunu azad seçki hesab etmirəm, ancaq 2015-ci seçkilərini sövdələşmiş seçkilər ili kimi qeyd etmək olar. Hətta parlamentdə müxalif adında fraksiya da formalaşacaq. Bununla da hakimiyyət belə təqdim edəcək ki, Azərbaycanda hər cür şərait var: media çalışır, vətəndaş cəmiyyəti işləyir, siyasi partiyalar qanunverici orqanda təmsil olunur, yəni bunu göstərmək istəyirlər. Amma bu, sadəcə hakimiyyətin istəyindən irəli gəlmir, beynəlxalq aləmdə götürülmüş öhdəliklər var.

-Öhdəliklər var ki, idarəolunan demokratiya qurulsun?

Mehman Əliyev: Yox, öhdəliklərdə demokratiyanın bərqərar olunması əsas şərtdir. İkinci məsələ ondan ibarətdir ki, Qərblə müəyyən sövdələşmə var, ona görə dediyim addımlar atılacaq. Mənim fikrimcə, İlham Əliyev bu dəyişikliklərə getməyə hazırdır, sadəcə, təzyiq altında yox. Yəni vətəndaş cəmiyyəti tərəfindən heç bir təzyiq olmadan müəyyən islahatlar aparılır. Bu, sadəcə olaraq onun iradəsi hesabına aparılan islahatlar kimi görünməlidir, nəinki Qərbin və müxalifətin təzyiqi altında. Əsas şərt bunlardır və Qərb də bunu qəbul edib.

-Dedikləriniz informasiyalara əsaslanır, yoxsa təhlilə?

Mehman Əliyev: Hər ikisi var. Siz Qərbin son vaxtlar artan təzyiqlərini görürsünüz? Fikir verin, Azərbaycan 2014-cü ildə Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik etdi və o dövrdə həbslər dayanmadı, amma Qərbin reaksiyası kifayət qədər zəif idi, demək olar, heç bir reaksiya görmədim. Mən hesab edirəm ki, bu, müəyyən bir razılaşmaydı.

-Bir detalı açmağınızı istərdim. Siz idarəolunan demokratiyadan danışdınız, bu, o deməkdirmi ki, artıq müstəqil mətbuat, müstəqil QHT-lər olmayacaq, hətta rəhbəri olduğunuz “Turan” İnformasiya Agentliyi də?

Mehman Əliyev:  Bilmirəm, bəlkə heç o da olmayacaq. Amma bütövlükdə tək-tük qurum məsələni həll etmir. Ənənəvi media və QHT sektorunu götürsək, 99 faizi hökumətin nəzarətindədir. Çünki iqtisadi baxımdan hamısı hakimiyyətdən pul alır, rəsmi və qeyri-rəsmi bu dəstəkdən qidalanır. Artıq bu vəziyyətin formalaşdığı faktdır və mən yeni heç nə kəşf etmirəm.

-Natiq bəy, 2014-cü il Azərbaycan üçün TANAP, TAP qaz anlaşmaları, neftin qiymətinin enməsi və büdcənin təsdiqi zamanı növbəti il üçün əməkhaqqı artımı olmayacağı anonsunun verilməsi ilə yadda qaldı. Bu mənada iqtisadi mənzərəni necə görürsünüz və gələn ilə necə gedirik?

Natiq Cəfərli: Böyük qaz anlaşmaları çox pozitiv addım idi. Hökumətdə kimlərin olmasından asılı olmayaraq, Azərbaycanın enerji məhsullarını məhz Qərb marşrutu üzrə daşıması və Qərbdə satması iqtisadi nöqteyi-nəzərdən Avropaya daha çox bağlanmağımıza xidmət edir. Qazanc olaraq da bu marşrutun optimal olduğunu söyləmək mümkündür. Sadəcə, problem ondadır ki, Azərbaycan hökuməti bir çox addımların atılmasında gecikir. TANAP və TAP layihələrinin 2019-cu ildə fəaliyyətə başlayacağını və çox böyük bir məbləğə başa gələcəyini nəzərə almalıyıq. Rövnəq Abdullayevin son açıqlamasına görə, 48 milyarda başa gələcək və Azərbaycan layihənin təqdribən 57 faizini maliyyələşdirəcək. Amma nəticə olaraq Azərbaycan Avropaya 2020-ci ildə 10 milyard qaz satmalı olacaq. 10 milyard kubmetr qazın bugünkü qiymətlərlə dəyəri 3,5 milyard dollardır. 2020-ci ili və dünyada gedən prosesləri də nəzərə alsaq, güman ki, qiymət daha aşağı olacaq. Çünki Beynəlxalq Energetika Agentliyinin verdiyi proqnozlara görə, 2015-ci ildən sonra dünyada ciddi qaz bolluğu olacaq, səbəb isə bazara çox ciddi oyunçuların girməsi və slans inqilabı nəticəsində hasilatın artmasıdır. Avstraliya 2016-cı ildən sonra qaz bazarına 80 milyard kubmetr qazla daxil olur. Proses ona doğru gedir ki, dünyada qazın qiyməti enəcək. Nəzərə alın ki, qazın qiyməti həmişə neftin qiymətinə bağlıdır. Belə olanda bu qədər böyük bir yatırıma TANAP və TAP layihələrinin həyata keçirilməsinin effektiv olub-olmayacağı sual doğurur. Artıq dünyada bir çox texnologiyalar o qədər güclü inkişaf edir ki, vəziyyət dəyişir. Yəni kəmərlərlə deyil, sıxılmış qazın tankerlərlə daşınması gündəmə gəlib. Yaponiya Cənubi Koreyayla 280 qaz tankerinin sifarişini alıb və 2016-ci ildən bunlar dünya bazarına çıxacaq. Bu tankerlərin özəlliyi ondadır ki, daxilində mini zavodlar var, daha qazı tankerə doldurmağa, zavod tikib sıxmaq ehtiyac yoxdur. Tanker özü qazı sıxır. Sadaladıqlarım həmin layihələrin effektivliyini sual altına qoyur, yenə deyirəm, xərclər həddindən artıq böyükdür. Amma gələcəkdə TANAP layihəsinə İranla bağlı sanksiyalar götürülərsə, İraqdan çıxan qazın bir hissəsi bu layihəyə qoşularsa və Azərbaycan da operatorlardan biri, gəlir sahiblərindən olarsa, tranzit kimi istifadə etmək mümkün olacaq.

-Güman ki, neftin qiymətinin enməsi və sadaladıqlarınız büdcə tərtib olanarkən əməkhaqlarının artırılacağı vədlərini verməsinə mane oldu...

Natiq Cəfərli: İki şeyi qarışdırmaq olmaz, büdcə və icmal büdcəsi fərqli anlayışlardır. İcmal büdcə neftin 90 dollardan hesablanmasıyla götürülüb,  bu, Neft Fondunun gəlirlərinə aid məsələdir. Əslində, gələn il üçün Milli Məclisin təsdiqlədiyi büdcənin həyata keçirilməsində ciddi problem olmayacaq. Çünki təhlükəsizlik “yastığı” şəklində Neft Fondunun vəsaitləri var. Problem fonda gələn il daxil olan vəsaitlərin kəskin azalmasındadır. Əgər qiymət ortalama 60 dollar civarında olacaqsa, onda fonda 40-45 faiz az vəsait daxil olacaq. Yəni icmal büdcədə ciddi problemlər yaranacaq. Hökumət düşünür ki, fondda təqribən 36 milyarda yaxın vəsait var, ondan istifadə edərək büdcənin yerinə yetirilməsində bir problem olmayacaq. Amma bu da səhv yanaşmadır, çünki büdcənin neftdən asılılığı həddən artıq çoxdur.

-75 faiz...

Natiq Cəfərli: Bəli, bundan əlavə, gələn büdcəyə vergilər yolu ilə 7,1 milyard manat vəsait daxil olmalıdır. Bunun 2,7 milyardı neftdən gələn vergilərdir. Yəni Beynəlxalq Əməliyyat Şirkəti və SOCAR-ın proqnozlaşdırılan vergiləridir və bunlar da 90 dollardan hesablanıb.

-Deməli, sadə azərbaycanlı gələn il maaş artımı gözləməsin?

Natiq Cəfərli: Çox güman ki, maaş artımı olacaq. Birincisi, qanunda inflyasiya həcmində indeksləşmə olması nəzərdə tutulub. Yəqin ki, yanvarın 1-də prezidentin bununla bağlı sərəncamı olacaq və bu ilin rəsmi inflyasiya rəqəmi qədər bütün maaşlar, təqaüdlər, ödəmələr indeksləşəcək. Bu, çox kiçik rəqəmdir, təqribən 2 faiz civarından artıq olmayacaq. Amma 2013-cü ilin prezident seçkilərinin praktikasını nəzərə alaraq güman etmək olar ki, parlament seçkilərinin faizləri olacaq, sentyabrda müəllimlərin, həkimlərin, büdcə təşkilatlarında çalışanların maaşları 5-10 faiz arta bilər.

-Ancaq deputatlar əks fikir söyləyirlər...

Natiq Cəfərli: Azərbaycanda deputat heç nə həll etmir.

 -Mehman bəy, bugünlərdə yanvar ayında daha çox tanınmış siyasi məhbusların azad olunacağın bildirmişdiniz, “Azadlıq” qəzetində bu barədə oxumuşduq, nikbinliyiniz nəyə əsaslanır?

Mehman Əliyev: Əvvəla, Azərbaycan hökuməti 1 il əvvəl Avropa Şurası qarşısında öhdəliklər götürüb. Xaırlayırsınıza, Ştrasserin məşhur məruzəsi olanda ortaq məxrəc kimi yeni öhdəliklər sazişi imzalandı və ilin sonunda siyasi məhbuslarla bağlı üçtərəfli komissiya yaradıldı.

-Amma həbslər dayanmadı, davam etdi...

Mehman Əliyev: Aydındır, bunlar da baş verdi. Mən gələn ili öhdəliklərin yerinə yetirilməsi ili kimi görürəm. Birincisi, fevral ayında ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr olacaq, artıq sanksiyalarla bağlı mesajlar səslənir. İkincisi, Rusiyada durum kifayət qədər ağırdır. Bütün hallarda 2015-ci ildən öhdəliklərin həyata keçirilməsi başlanacaq. Bu məsələdə Qərb həmişə vaxtın çatdığını yada salır, amma bu il elə də tələsdirmirdilər. Amma gələn il üçün bütün səviyyələrdə, Avropa Şurası, Konqres səviyyəsində  artıq anonslar gedir. Hesab edirəm ki, bunlar vaxtın çatdığına xatırlamalardır. Siyasi partiyalarla başlayan görüş, mən ona hələ dialoq deməzdim, birinci addım sayıla bilər. Hakimiyyət istərdi ki, Müsavat və AXCP-də olsun, amma bunlar hələ prosesə qatılmayıb. Mən prosesin davam edəcəyini gözləyirəm. Bəziləri hakimiyyətin kifayət qədər güclü olduğunu deyir, yaxşı, güclüdürsə, niyə danışıqlara gedir?!

-Bəlkə bunlar görüntüdür?

Mehman Əliyev: Lap görüntü olsun, bəs o görüntü kimin üçündür? Güclüsənsə, saymırsansa, bu görüntü kimin üçün lazımdır? Yaxud heç nə baş verməyəcəksə, komissiyanı niyə yaradırlar? Niyə bu addımlar atılır? Deməli, arxasında nəsə var. Ramiz Mehdiyevin Prezident yanında İdarəetmə Akademiyasında çıxışını xatırlayın, kadr böhranı yaşadıqlarını deyirdi. Bu fikri cəmiyyətə niyə o formada çatdırırdı? Öz aralarında oturub danışardılar da.

-Doğrudan da, sual yaranır, niyə o formada çatdırırdı?

Mehman Əliyev: Bütün bunlar növbəti ilə hazırlığın işartısıdır, nəsə baş verəcək.

-Bunun içində hakimiyyətin daxilən demontaj olunması da varmı?

Mehman Əliyev: O da var. Mən ona görə kompleks şəkildə dəyişikliklər gözləyirəm. Bundan əlavə, vəziyyətə təsir edən məqamlar da var, məsələn, Bakı Olimpiya Oyunları. Hamı başa düşür ki, götürülən öhdəliklər yerinə yetirilmirsə, Qərblə problemlər qalırsa, deməli, təpkilər olacaq. Artıq Olimpiya Oyunlarının boykotu səslənir, bu, yalnız Azərbaycanda səslənmir. Eyni zamanda, parlament seçkiləri keçiriləcək. Yəni bir sıra hadisələr hakimiyyəti addımlar atmağa vadar edir.

-Belə bir fikir də var ki, hakimiyyət həbsləri çoxaltmaqla  parlament seçkiləri zamanı siyasi bazarlığa gedib Qərbdən demokratik “don” almaq istəyir. Bu barədə nə deyə bilərsiniz?

Mehman Əliyev: Əvvəla, Qərb kifayət qədər israrlı olsaydı, bu həbslər heç olmazdı da. Qərbin kifayət qədər təzyiq mexanizmləri var.

-Bəs niyə istəmədi?

Mehman Əliyev: Çünki sövdələşmə var. Ki, təzyiq olmasın, islahatlar yuxarının öz iradəsilə keçirilsin. Növbəti il Avropa Birliyi ilə strateji modernləşmə haqqında sazişin imzalanması gözlənilir. Modernləşmə yuxarıdan aparılan islahatlar deməkdir.  Bir məqamı yada salın, 2013-cü il seçki öncəsi İlham Əliyevin üçüncü dəfə seçkiyə qatılıb prezident olmaq problemi vardı, o zaman Moskvaya və Vaşinqtona danışıqlara qruplar gedirdi. Hətta ikinci səfərdə “prezidentimizi xilas edin, bizi sendviç kimi əzirlər” - deyə açıqlamalar verilirdi. İyul ayından sonra hər şey dəyişdi, Milli Şura dağılmağa başladı, Putin Azərbaycana gəldi, anlaşma əldə olundu. May ayında isə ABŞ-dan Luqarın rəhbərliyi altında böyük qrup gəlmişdi, yəni Amerikada siyasi aləmdə məşhur olanlar 3 gün Bakıda oldular. Onlar məgər gəzintiyə gəlmişdilər? Bütün bunlardan sonra üçüncü dəfə seçilməyə razılıq verildi. O zaman növbəti, üçüncü dəfə prezident olandan sonra nə olacaq, hansı addımlar atılacaq, bunlarla bağlı razılığa gəlinmişdi. Bir daha deyirəm, ABŞ-la razılığa gələndən sonra Putin Bakıya gəlib. Ruslar qabağa düşüb, “biz etmək istəyirik filan işləri” deyə bilərdilər. Amma bunu edə bilməzdilər, çünki gücləri çatmırdı. Bax, mən proqnozları verəndə bu amilləri əsas götürürəm. Başqa bir məsələ, Azərbaycan üçün ayrı yol da yoxdur. Natiq Cəfərli neftdən danışdı,  biz başa düşürük ki, normal iqtisadiyyatın qurulmasına doğru addım atmalıyıq, bunun üçün liberal qanunlar, kapitalın, mülkiyyətin təminatı lazımdır. Məndə olan məlumata görə, İlham Əliyev məsələ qoyub ki, qeyri-neft sektorunda 20 faiz artım olmalıdır, neftin qiymətinin düşdüyü zaman bu, çox vacibdir. Doğrusu, mən neftin qiymətinin və hasilatının düşməsinə sevinirəm. Tarix də, nəticə də onu göstərir ki, neft olmayan dövlətlərdə normal demokratiya və rifah var. Neftin istehsalı 2022-ci ilə qədər iki dəfə aşağı düşəcək, qaz da onu əvəz etməyəcək. Qalır qeyri-neft sektorunun inkişafı, bu isə çox böyük islahatlar tələb edir.

-Natiq bəy, prezident Əliyev demişdi ki, gələn il iri infrastruktur layihələri başa çatacaq. Sizcə, vəd yerinə yetiriləcəkmi və bundan sonra infrastrukturda vəziyyət necə olacaq?

Natiq Cəfərli: Əslində, layihələr bitməlidir. Çünki 2003-cü ildə böyük neft pulları gələndən sonra Azərbaycan infrastruktur layihələrinə təqribən 70 milyard dollar xərcləyib. Amma bir çox fundamental məsələlər həll olunmayıb.

-Hansı məsələlər?

Natiq Cəfərli: Bakıda körpülər, yol keçidləri tikildi, tıxac problemi həll olunmadı. Deməli, başqa amillərin də təsiri var. 3 min 700-ə yaxın məktəb təmir olundu, yenidən tikildi, amma keçid balları aşağı salındı. Yəni təhsildə olan fundamental məsələ binanın gözəlliyi deyil, keyfiyyətidir, bu da aşağı düşdü. 500-ə yaxın xəstəxanalar tikildi, təmir olundu, insanlar müalicə üçün İrana və Türkiyəyə gedir. Demək istəyirəm ki, 70 milyard vəsait hesabına Azərbaycanda fundamental keyfiyyət dəyişiklikləri baş vermədi. Ancaq kəmiyyət dəyişiklikləri oldu.  Çox təəssüf ki, prezidentin də, hökumətin də dediyi qeyri-neft sektorunun artım tempi keyfiyyət yox, kəmiyyət göstəricisidir. Çünki onun da tərkibində  neftdən gələn pullar dayanır. Yəni Azərbaycanda qeyri-neft sektorunun lokomotivi təmir-tikinti sahəsidir. Tikinti sahəsində 78 faiz kapital qoyuluşunun müəllifi dövlətdir, dövlətə də bu pul neft satışından gəlir.  

-Çirkli pullar da rol oynayır...

Natiq Cəfərli: Çirkli pullar, korrupsiya əməliyyatlarını hələ kənara qoyaq, bunların hamısı kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişikliyinə keçmədi. Faktiki dedikləri qeyri-neft sektorunun kökündə neft pulları dayanır. Yəni Azərbaycanda kəmiyyətdən keyfiyyətə keçid problemi var, hökumət kəmiyyət məsələlərinin bəzilərini həll edə bildi, məsələn, yol, körpü saldı, məktəb, xəstəxana tikdi. Amma bunlar Azərbaycan vətəndaşının həyatında keyfiyyət dəyişikliyinə gətirib çıxarmadı.

-Amma Mehman bəy gələn il keyfiyyət dəyişikliyinə doğru addım atılacağını proqnozlaşdırır...

Natiq Cəfərli: Mehman müəllim çox optimist danışır. Amma mən düşünürəm ki, köklü iqtisadi islahatlar aparmaq üçün müstəqil məhkəmə yaranmalıdır. Dünyanın islahat aparan ölkələrində məhkəmələr müstəqil olur. Çünki məhkəmə müstəqil olmayan ölkəyə biznes gəlmir. Məhkəmədə mülkiyyət hüququnu qoruya bilməyəcəksənsə, sifarişli qərar çıxarılacaqsa, ora yatırımcı gəlmir. Sinqapur bu gün də London Arbitraj Məhkəməsini üst qurum kimi tanıyır, necə ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edirik. Mehman müəllim gözləyirsə ki, Azərbaycan hakimiyyəti məhkəmə islahatı aparacaq, bu islahatları kökündə maliyyə amnistiyası dayanacaq, o zaman çox yaxşı.

-Mehman müəllim, idarəolunan demokratiyada məhkəmə müstəqil olacaqmı?

Mehman Əliyev: Mümkün deyil.

-O zaman nikbinliyinizin əsası nədir?

Mehman Əliyev: Bu, ancaq başlanğıcdır. Yəni bu proses hələ başlayacaq, çünki qaçılmazdır. Birdən-birə nəsə baş verməyəcək, inqilabi dəyişikliklər olmayacaq. Mən yanvar ayında Azərbaycan Nazirlər Kabinetinin iclasında prezidentin çıxışında yeni bir kursun elan olunacağını gözləyirəm. Bu kurs çərçivəsində həmin siyasi məhbuslar, iqtisadi problemlər ortaya qoyulacaq. Yanvar ayı deyəndə də bunu nəzərdə tutmuşam. Çünki Konqresin və Avropa Şurasının toplantısından əvvəl hansısa ciddi mesajlar verilməlidir və konkret addımlar atılmalıdır. Bu mənada 25-30 nəfər siyasi məhbusun azad olunacağını gözləyirəm.

-Amma Leyla Yunusun, İntiqam Əliyevin, Arif Yunusun, Xədicə İsmayılın və digərlərinin heç məhkəmələri də başlamayıb.

Mehman Əliyev: Onlar hamısı gələn il azadlığa buraxılacaq...

-Avropa Məhkəməsinin və AŞ Nazirlər Kabinetinin qərarı olsa da, heç İlqar Məmmədovu azad etmirlər...

Mehman Əliyev: Yeni siyasətin çərçivəsində geniş bir amnistiyanın verilməsi də mümkündür.

-Məhkəmə hökmü olmadan da...?

Natiq Cəfərli: Maddələrlə bağlı qərar verilə bilər, bu, artıq parlamentin səlahiyyətidir. Amma prezident müstəsna səlahiyyətindən istifadə edib artıq qanuni qüvvəyə minmiş hökmlərlə əlaqədar əfv imzalaya bilər. Məhkəməsi tamamlanmamış işlərlə bağlı isə əfv yox, amnistiya verilməlidir. Onu isə parlament qəbul edir və müəyyən maddələrə şamil olunur, şəxslərə yox. Çox güman ki, Mehman müəllim bunu nəzərdə tutur.  

Mehman Əliyev: Başqa bir məqam da var, həbs qətimkan tədbiri də dəyişə bilər. Yəni siyasi məhbuslar azadlığa çıxırlar, amma istintaq davam edir.

-Mehman müəllimin çıxışında optimizim notları çox olsa da, Natiq Cəfərlidə də az deyildi. Bu baxımdan gələn il Azərbaycanda normal cəmiyyətə addımlar atılacaqmı?

 Mehman Əliyev: Bəli. Mən müsbətə doğru addımların atılacağını gözləyirəm. Mən hətta xarici donorların Azərbaycana qayıdacağını gözləyirəm. Yaxın bir ildən sonra proses tədricən gedəcək. Əlbəttə ki, əvvəlcə əməkdaşlıq hökumətlə olacaq, bundan əvvəl də belə olmuşdu. Çünki hakimiyyət çox narahatdır, onlar inqilab üçün vəsaitin xərclənməməsini istəyirlər. Əslində, xarici donorlar o istiqamətdə vəsaitlər xərcləməyiblər də. Onlar vətəndaş cəmiyyətinin inkişafı, demokratik dövlətin qurulması üçün çalışıblar. Əksər QHT-lər həmin donorlardan vəsait alıb və onlara “get, inqilab et” məqsədini də qoymayıblar.

 Natiq Cəfərli: 2015-ci il iqtisadiyyatda vəziyyət o qədər də ürəkaçan olmayacaq. Azərbaycanda siyasi dəyişikliklər baş verəcəksə, bu, məhz hökumətin iqtisadiyyatda olan problemlərin aradan qaldırılması üçün atacağı addımlardan asılı olacaq. Gələn il ümumu daxili məhsulun artım tempi sürətlə aşağı düşəcək. Uzun müddət manatın kursunu indiki səviyyədə saxlamaq mümkün olmayacaq. Hökumət parlament seçkilərindən sonra yumşaq devalvasiyaya getməyə məcbur olacaq. Bütün beynəlxalq səviyyəli açıqlamalar onu göstərir ki, neftin qiyməti ortalama 70 dollar olacaq. Hətta 45 dollar ehtimalından danışan ekspertlər də var. Eyni zamanda, Rusiyadakı problemlər baxımından şimal ölkədən gələn vəsait kəskin şəkildə azalacaq, bu isə sosial gərginliyin artmasıyla nəticələnəcək. Yəni hökumət papağını qabağına qoyub yaxşı-yaxşı düşünməlidir. 2003-cü ildən bugünə qədər Azərbaycanda neft pullarına görə tənbəlləşmiş hökumət olub, o qədər çox pul gəlirdi ki, Azərbaycan bütün ehtiyaclarını da ödəsə, sabah üçün “papağının altına” bir az pul qoya bilirdi. İndi artıq o zaman deyil. Hətta 2013-cü ildə Neft Fonduna gələn vəsait tamam xərcləndi. Gələn il isə Neft Fondundan bir o qədər də çox vəsait götürüb xərcləyəcəklər. Çox ümid edirəm ki, iqtisadi çətinliklər hökuməti ayıldacaq, tənbəllik daşını atacaqlar və normal dialoq ortamında, “Azərbaycanı necə inkişaf etdirə bilərik” mövzusu ətrafında müzakirələr və qərarlar qəbul olunacaq.

meydan.tv

loading...
"Mən bu barədə qiyamətdə də qürurla şahidlik edərəm ki..."
"O, cəmiyyəti cəmiyyət, dövləti dövlət, milləti millət edən şəxsiyyətlərdən idi..."
Andranikə qan uddurdu, dostu kürəyindən vurdu, Atatürk ona malikanə bağışladı...
Zooparka basqın edən polis 20 ölü pələnglə qarşılaşdı - FOTOLAR
32 yaşlı qadın "Su verəcəyəm" deyə aldatdığı uşaqla cinsi əlaqəyə girdi - FOTOLAR
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Maraqlı
“Gecə ilə hamı küçəyə çıxmışdı, siz zəfəri Azərbaycanda, biz isə Türkiyədə qeyd edirdik”
Cəmiyyət
“Mehman şəhid olanda əsgəri ağlayıb deyirdi ki...” - Şəhid mayorun iş yoldaşı...
Cəmiyyət
“Dedi ki, ya qələbəylə qayıdacam, ya da məni kimlərsə qaytaracaq...”- Əlif Hacıyevin bacısı...
Cəmiyyət
“Bu qələbəyə ən çox sevinən elə şəhidlərimizdir...” - Milli Qəhrəmanın atası...
Cəmiyyət
Biri Şanlı aprel, digəri isə İkinci Qarabağ Savaşında şəhid oldu- İki şəhid qardaşın həyat hekayəsi...

Yazar
İlham İsmayıl
Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?! -Paşinyanın şirin yuxusu
Həftənin ən çox oxunanları
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247