Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili cəmiyyətimizə gülüş, işğaldakı torpaqlarımıza azadlıq arzulayıb:
“Mən xalqımıza sülh, əminamanlıq
arzulayıram. Arzu edirəm ki, işğaldakı torpaqlarımız azad edilsin. Arzu edirəm
ki, bir-birimizlə hər zaman təbəssümlə danışaq. Arzu edirəm ki, bütün cəmiyyət
bir-birini bağrına basa bilsin. Bizi ayıra biləcək hər hansı bölgü olmasın. Olsa-olsa
düşüncələrimiz fərqli olsun. Qarşıdurmadan uzaq olaq. Bütün siyasi məhbuslarımız,
günahsız həbsdə olanlarımız azad edilsin. Dilqəm və Şahbazın, habelə erməni əsirliyindəki
digər soydaşlarımızın azad edilməsinə nail olaq. Arzu edirəm ki, elə bir səviyyəyə
yüksələk ki, Cənubi Qafqazda hər kəs dövlətimizə və xalqımıza sözün həqiqi mənasında
həsədlə baxsın”.
Seymur Əliyev