Yaramazlıq!
Bu gün yazıçı Əkrəm Əylislinin səsi Avropa Şurası Parlament Assambleyasından gəldi. Erməni deputat rəqiblər Avropanın yüksək tribunasından Azərbaycan yazıçısının "Daş yuxular" adlı başabəla romanını Azərbaycana qarşı istifadə etdilər. Xatakar yazıçımızın ziyankar məhsul-mərmisi yenidən partladı!
Əkrəm
Əylislinin "Daş yuxuları" əsərinin kökündə ermənilərə məhəbbət yox,
azərbaycanlılara xüsusi, təəccüblü nifrət dayanır. Bu, birmənalıdır. Bəs, nifrətin
kökündə nə dayanır, bu maraqlıdır? Yazıçıya vətəni Azərbaycanda edilmiş zülmlər
və repressiyalarmı? Əsla yox! Cənab Əylisliyə yüksək adlardan tutmuş, vəzifə səlahiyyətləri
və deputat mandatınadək illərlə yaradılan imkan və şərait, göstərilən qaygı və
ehtiram, verilən imtiyaz və güzəştlər Azərbaycanın tək-tük yaradıcı insanına nəsib
olub. Nədənsə!
Bəs
o zaman nədir, öz vətəni və vətəndaşlarına olan bu qatı nifrətin səbəbi? Xalq
yazıçısı, görkəmli ziyalı öz vətəni və vətəndaşlarından nəyin qisasını aldı?
Niyə aldı, niyə belə etdi? Bu sual artiq nəinki Azərbaycan xalqını, hətta bu əsərdən
böyük divident əldə etmiş erməni toplumunu da çaş-baş salıb! Cavab tapılmır...
Və dönə-dənə Əylislidən bu gözlənilməz antimilli əsərini yazma səbəbini
soruşanlar da yanılırlar. Cavab ala bilməyəcəklər. Cünki yazıçı özü də bunu
bilmir. Niyə bilmir? İzahı olacaq.
Məncə
bu sualın cavabı üçün heç də fəlsəfi dərinliklərə getməyə lüzum yox, onun bir
sadə cavabı var: YARAMAZLIQ! Yaramazlıq insan təbiətinə elə bir mənfi və
anlaşılmaz vergidir ki, bu cür əyintili təbiətə malik insanlar özləri belə, törətdikləri
ziyankarlığın səbəblərini izah edə bilmirıər. Çünki, bu bir konkret zərərvericilik
maniyasıdır, insan mənəvi-psixologiyasına hakim kəsilmiş patalogiyadır. Və
maraqlıdır ki, adətən onun zərərli zərbələri özgə yox, öz yetişdiyi məkana
tuşlanır.
Yaramaz
təbiətli uşaq, övlad içindəki ziyankar xatakarlığını kimin başında çatladır? Öz
ailəsinin. Başqasının yox! Yaramaz təbiətli vətəndaş da öz naqis əməlini təbii
ki, öz vətəninə, millətinə qarşı törədir. Başqa millətə yox.
Görünür
ki, bu yaramazlıq, ziyankarlıq, xatakarlıq patalogiyası Əkrəm bəyin hələ illər
öncə, genetik xromosomlarında formalaşıbmış. Görünür, insanda bu psixoloji əyintinin
simptomları üzə cıxmaqda anormal dərəcədə gecikibmiş. Uşaqlıq və cavanlıq
dövründə gizli-latent qalmaqla, tərslikdən ömrünün son ahıl dövründə baş tutub
bu fəlakət. Gənclik, cavanlıq dovründə bu yaramazlığı törətsəydi, heç də fəlakət
saylımayacaqdı. Yəni bu uzun illərdə bu qədər ad və titullar almadan bu
yaramazlığın o qədər mənfi təsiri də olmazdı.
İnsan
ömründə bir neçə dəfə keçid dövrü olur. İşıqlı dünyaya gəlmə (doğum),
uşaqlıqdan gəncliyə, sonra cavanlığa, qocalığa kecid və nəhayət, işıqlı
dünyadan getmə (ölüm). Və adətən bu son, ölümə keçid dövründə insanın etdiyi
davranış, törətdiyi hərəkət yaddaşlarda daha dərin iz kimi qalır. Əkrəm bəy
ömrünün bu ahıl, son keçid dövründə yaramaz xislətini saxlaya bilmədi, zərərli
bir iz qoydu. Həm özü, həm doğmaları, həm xalqı üçün. Öz xalqına bir əsəri ilə
nifrət yagdirdi və xalqdan da nifrət aldi. Divident gətirdiyi düşmən xalqın da
gözündə yüksəlmədi. Onlar da qocaman yazıçının həmin əsərini kiməsə xeyir gətirmək
yox, sadəcə ziyankarlıq motivi ilə yazdığını bilirlər, ona istifadə olunacaq
vasitə kimi baxirlar. Necə ki, növbəti dəfə AŞPA tribunasından istifadə etdilər.
Əkrəm
Əylisli bu gün həm də mənəvi baxımdan iki rəqib xalq arasındakı keçid məkanına
düşüb. Azərbaycanlılar onu məkanından qovub. Ermənilər isə yaxın buraxmır,
cünki onlara Əylislinin qarşı tərəfdə əzabkeş imicində qalması sərf edir.
Yazıçı sanki iki xalq arasındakı neytral məkana düşüb. Qarabağ münaqişə
zonasındakı qoşunların təmas xəttindəki neytral zona kimi bir məkana. Hər tərəf
minalanıb, bombalanıb, kələ-kötür. Hər tərəf tüstü-duman, iy-qoxu. Yazıçının
halı yorgun, fikri dalğın, ust-başı toz-torpaq, cırıq-sökük, neytral zonada
snayperlərin müşahidəsində gah erməni tərəfə, gah da orbitindən çıxdıgı vətənə
doğru gedir qayidir, rabitəsisiz süst hərəkətləri ilə var-gəl edir. Bu sahədə hec bir ins-cins yoxdu, quşlar belə uçmur
qoxusundan. Yazıçı isə sərbəst, vecsiz gəzişir bu sahədə. O heç bu sahəni hər
an nəzarətdə saxlayıb, atəş açmağa hazır olan hər iki tərəf snayperlərinə da
lazım deyil.
O artıq heç kimə lazım deyil. Özü də bunu bilir, yəqin.
Öz
yaramazlığının nəticəsini.
İlqar Altay
Müstəqil araşdırmaçı,
hüquqşünas və politoloq.
İctimai Tədqiqat Mərkəzinin
rəhbəri









