Xocalı faciəsi və mənim erməni oğlum...
Oxunub: 3438
25 Feb 2015 | 22:10
Xocalı faciəsi və mənim erməni oğlum...
Aramsız körpə çığırtısı qulaqlarıma çırpıldığı ilk andaca məni öz əsirinə çevirdi və kürəyimdən dürtmələyə-dürtmələyə zorla hərbi hissənin qərargahına gətirdi. 

Hiss və həyacanımın heç bir sərhəd tanımadığını anlasam da, onları cilovlamaq, öz daxilimdə gizlətmək imkanım hələ tam tükənməmişdi. 

Nə baş verdiyini bilmirdim, ancaq əli silahlı əsgərlərin arasında, insan qanına susamış güllə və mərmilərin rəqs meydanında bu səsin necə gücsüz və tənha olduğunu çox yaxşı başa düşürdüm... 

Müharibə heç nəyi, heç kimi vecinə almır. Hamının iradəsini sındırır. 

Müharibə davamlı inadkarlığı ilə daşı-qayanı yaran su kimidi. Ancaq su deyil. Oddu, alovdu...

Mən onun amansız qanunlarına yaxşı bələddim. Qısa zamanda hər üzünü tanıtmışdı. İyrənc iddialarının özünəxas səmimi və arxayın diqtəsilə adamları çox asanlıqla öz köləsinə çevirir və hər şeyi təbii qarşılamağa vadar edirdi. 

Müharibə məni özünə sevdirə bilmirdi... 

Müharibə məni özünə sevdirə bilmirdi, amma ona nifrət etmək zorunda da deyildim... 

Canımı göyüm-göyüm göynədən XOCALI FACİƏSİ ürəyimdəki insanlıq duyğularının qəsdinə durmuşdu. Məni özümdən alırdı. 

Məni özümdən alıb indiyədək tanımadığım, görmədiyim başqa bir adama çevirirdi... 

Ancaq mən müharibəyə tabe olmaq - dəyişmək istəmirdim. 

Mən özüm olmaq istəyirdim...

Aramsız körpə çığırtısı qulaqlarıma çırpıldığı ilk andaca məni öz əsirinə çevirəndə və kürəyimdən dürtmələyə-dürtmələyə zorla hərbi hissənin qərargahına gətirəndə 1992-ci ilin yayı idi...

Ayını, gününü - dəqiq tarixini xatırlamıram. Ancaq xatırladığım daha vacib məqamlar var. Mən bu haqda ilk dəfə yazıram...

Qərargaha girən kimi yerimdəcə donub qaldım və aramsız körpə çığırtısının yerini-yurdunu müəyyənləşdirməyə çalışdım... 

Ətrafımdakıları gözüm görmürdü. Özümdə deyildim. Ancaq hamının mənə necə heyrətlə, necə təəccüblə baxdığını açıq-aydın duyurdum: Bakıdan bir-neçə günlüyə cəbhəyə ezam olunmuş gənc zabitin hörmətlə qarşılanmağı nə qədər təbii görünürdüsə, onun qeyri-adi hərəkətləri də bir o qədər gözlənilməz və anlaşılmaz təsir bağışlayırdı...

Aramsız körpə çığırtısının yerini-yurdunu təxmin etməyə çalışdığım məqamda, qəfildən kürəyimdə kiminsə həyəcanlı və titrək səsini eşitdim:

- Erməni uşağıdı, komandir, anası ilə birgə zirzəmiyə salmışıq...

Daha sonrasını gözləmədim, birbaşa deyilən ünvana yüyürdüm...

Təqribən 20-25 yaşlarında cavan bir gəlin idi: həm cavan, həm də gözəl...

Otağın küncünə necə sıxılmışdısa, bir anlıq mənə elə gəldi ki, qadının yarısı divarın içindədi...

Körpə, ayaqlarını anasının qarnına döyəcləyə-döyəcləyə elə hey döşlərinə doğru dartınırdı. (Bu, onun tanıdığı yeganə ünvan idi.) Elə bil dağa dırmaşırdı...

Və hər dəfə də ümidsizliklə aşağı sürüşür, daha bərk çığırır, daha bərk ağlayırdı...

- Atası kimdi?..

Bu sualı niyə verdiyimi heç özüm də anlamadım...

Onu da anlamadım ki, bu, belə çıxılmaz vəziyyətdə olan köməksiz qadına verilə biləcək ən ağır, ən amansız, ən dəhşətli sualdı, ən ağır, ən amansız, ən dəhşətli əzabdı...

- Atası kimdi?!. 

Bu sualı niyə verdiyimi anlamadığım kimi, niyə ikinci dəfə, özü də daha uca səslə təkrarladığımı da başa düşmədim...

Başa düşməyə macal tapmadım...

Bu sualı ikinci dəfə, özü də daha uca səslə təkrarlayanda, qadın, bədəninin daşlaşmış sükutunu, nəhayət, pozdu. 

İlk dəfə başını yuxarı qaldırdı. 

İlk dəfə göz-gözə gəldik...

O hər şeyə hazır idi: ölməmək üçün zorlanmağa da, zorlanmamaq üçün ölməyə də...

Zirzəmiyə necə atılmışdımsa, eləcə də komandirin otağına təpildim. Və hansısa gözəgörünməz ilahi bir qüvvənin hökmü ilə hərəkət etdiyimi anladım. Elə bil hər şeyi çiyinlərimə qonmuş mələklərin ixtiyarına buraxmışdım. Gözləri bərələ-bərələ mənə baxan, baxışlarıyla sanki nə baş verdiyini anlamaq istəyən yorğun komandirə dediklərim də mənim yox, o mələklərin diqtəsi idi:

- Erməni gəlinini qoruyun. Xocalıda, girovluqda əqrabam var. Onlarla dəyişdirəcəm...

Bu, mənim həyatım boyu çox az-az uydurduğum və dilimə gətirdiyim nadir yalanlarımdan biri idi... 

Mənim maraqlı yalanlarım olur. Ancaq bu yazdıqlarımın heç biri yalan deyil. Komandirin cavabını gözləmədən bayıra atılmağım da, yaxınlıqdakı "budka"dan uşaq yeməyi almağım da, o yeməyi acından çığıran körpəyə yedizdərməyim də həqiqətdi...

İndiyədək heç vaxt rast gəlmədiyiniz, heç vaxt eşitmədiyiniz müharibə həqiqəti...

Özümü unutmuşdum. Bütün diqqətim körpədə idi. Əmziyi az qala yeməkqarışıq udacaqdı. Onu anasının qucağından zorla qopardım. Buraxmaq istəmirdi. Elə bil bir-birilərinə bitişmişdilər...

Körpə, əmziyi çılpaq damaqlarının arasında gəmirə-gəmirə, mənim qoynumda yuxuya getdi. Onu ehmalca anasına doğru uzadanda başımı yuxarı qaldırdım və qadının üzümə zillənmiş gözlərinə taxıldım...

O, mənə nəsə demək istəyirdi...

Amma deyə bilmirdi...

Erməni gəlini ilə aramızda təzə-təzə başlayan dialoqu komandirin yorğun və zəhmli səsi yarımçıq qoydu:

- Bura bax, girovları dəyişənlərə zəng vurmuşam. Ləngimə. Get onların yanına. Səni gözləyirlər...

Düz on iki saatdan sonra qucağı uşaqlı gəlinlə birgə daha beş ermənini də Xocalı girovları ilə dəyişməyə yollandıq. 

Məni təmas xəttinin yaxınlığına buraxmadılar. 

Ancaq hər iki tərəfdən ağ bayraq qaldırmış bir-neçə hərbçinin qarşı-qarşıya gəldiyini uzaqdan açıq-aydın görürdüm...

Söhbət uzun çəkmədi. Başa düşdüm ki, sövdələşmə qabaqcadan razılaşdırılıb. 

Hərbçilərdən sonra girovlar da onların dayandığı neytral zonaya gətirildilər...

Gəlin diqqətimi özünə çəkdi - körpəsini bağrına basıb hamıdan qabaqda qaçırdı, elə bil uçurdu...

Daha sonra nə baş verdiyini anlamadım. Basdırıq idi...

Bir anlıq kiminsə əlini mən doğru uzatdığını gördüm. Bəlkə də yanılırdım. Amma o anda, deyəsən, hamı mənə tərəf çevrilmişdi...

...Xocalıda girov götürülən dinc insanların vəziyyətini sözlə ifadə etməyə gücüm çatmır. Onların hər birini iki-üç əsgər qucağına almışdı. Nə danışa bilirdilər, nə də yeriyə...

Mən bu insanların simasında ilk dəfə dünyanın ən böyük əzabını gördüm...

Mən dünyanı heç vaxt belə yüngülsaqqal görməmişdim...

Mən bu insanların simasında ermənilərin simasızlığını gördüm...

Mən bu insanların simasında daha nəyi görmədim ki...

İnsanın şərəf və ləyaqətini, şərəfin, ləyaqətin nə olduğunu anlamayanlar alçaldar...

Güclünün gücsüzə gücü çatmaz...

Erməni zimVORneri Xocalı qətliamı ilə dünyanın ən ağır cəzasına haqq etdi...

Bu haqqı biz ona tanıdacağıq, mütləq tanıdacağıq...

***

Fikirlərimin nizamı girovları dəyişən "rəhbər"in kobud səsilə pozuldu:

- Buyur. "Dostun" iki daşın arasında yazdı. Xahiş elədilər ki, sənə çatdırım...

Əl içi boyda kağız idi. Üç-dörd kəlmə söz yazılmışdı. Özü də erməni dilində... 

Əl içi boyda kağız idi. Amma elə bil çiynimə özümdən ağır yük götürdüm. Bir andaca hər şey iradəmdən kənara sıçradı. Əsən əl-ayağım, düyün düşən düşəncələrim ipə-sapa yatmırdı; sözümü eşidən yox idi...

Müharibə məni nəyin qurbanına çevirmişdi: xeyirinmi, şərinmi? Bilmirəm!

İndi mənə hər şey ovucuma aldığım o balaca kağızda yazılanlar qədər qaranlıq və yad idi...

"Rəhbər" ürəyimdən keçənləri dərhal "oxudu."

- Narahat olma, ermənicə bilən var. Deyərəm, gedərsən yanına...

Maraq məni götürdü, daha "rəhbər"in saqqalını sığallaya-sığallaya bu anlarda necə bic-bic gülümsəməyinin dalınca düşmədim. 

Verdiyi ünvana tələsdim... 

Amma axtardığım adam evində yox idi. Axşam gələcəkdi. "Məktub"u xanımına verdim...

Vağzala necə gəldiyimi, avtobusa necə əyləşdiyimi, Bakıya necə çatdığımı bilmədim. Yol boyu bir dəfə də olsun kipriklərim qırpılmadı. Elə bil ölmüşdüm, ya da kor idim...

Axşam həmin adamın evinə zəng vurdum. Telefonu özü götürdü. Tanışlıq verdim. Kim olduğumu biləndə gülümsədi və qəribə bir ironiya ilə kağızda yazılanları əvvəlcə erməni, sonra da Azərbaycan dilində oxudu:

- Sənsən, mənim uşağımın atası, sənsən... 

Oxşar xəbərlər
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:06, Bu gün
Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 20:20
Rusiya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır - FOTO
22 Apr 2024 | 20:16
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22 Apr 2024 | 20:14
"Azərreyl"in baş məşqçisi: "Sonadək mübarizə apardıq və qalib gəldik"
22 Apr 2024 | 20:02
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
22 Apr 2024 | 20:01
UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib - FOTO
22 Apr 2024 | 19:59
Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO
22 Apr 2024 | 19:59
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
22 Apr 2024 | 19:56
"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti
22 Apr 2024 | 19:53
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
22 Apr 2024 | 19:37
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - FOTO
22 Apr 2024 | 19:35
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 19:24
Qaribaşvili Azərbaycan səfiri ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:09
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:01
Sarvan Cəfərov: Şirkətlərlə 100,5 min hektar sahədə pambıq istehsalı üçün müqavilə bağlanılıb
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
22 Apr 2024 | 18:34
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir
22 Apr 2024 | 18:20
“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb - FOTO
22 Apr 2024 | 18:15
Prezident İlham Əliyev: “Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq"
22 Apr 2024 | 18:12
“Meta”nın mətbuat katibi Rusiyada azadlıqdan məhrum edilib
22 Apr 2024 | 18:08
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
22 Apr 2024 | 18:04
Azərbaycanlı bankir Vyanada vəfat etdi - FOTO
22 Apr 2024 | 18:00
Politoloq Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərini müqayisə etdi
22 Apr 2024 | 17:55
Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR
22 Apr 2024 | 17:50
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH + FOTO
22 Apr 2024 | 17:48
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
22 Apr 2024 | 17:45
Məktəblərdə laborant ştatı lazımdırmı? - Ekspertdən İLGİNC rəy
22 Apr 2024 | 17:40
BDU-da IFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
22 Apr 2024 | 17:35
Azərbaycanlı idmançı erməni rəqibini məğlub etdi
GÜNLÜK
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL