Xəbər lenti
23/01/2021 [20:31]:
Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” - VİDEO
23/01/2021 [20:29]:
Komada qalıb, 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var - Foto
23/01/2021 [20:20]:
Sarqsyanın kürəkəni: “Soros dairələrinə anti-Rusiya ritorikasını gücləndirmək tapşırılıb”
23/01/2021 [20:13]:
Azərbaycanın Çindən idxalı ötən il 1,4 mlrd. dollardan çox olub
23/01/2021 [20:08]:
Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi - FOTO/VİDEO
23/01/2021 [20:03]:
Netanyahunun oğlunun Putinlə görüşünü xatırlaması  etirazla qarşılandı...-FOTO
23/01/2021 [19:56]:
“Qarabağın tərəqqisi ölkəmizin iqtisadi gücünün daha da artmasına səbəb olacaq”
23/01/2021 [19:45]:
Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada - Təəssüratlar
23/01/2021 [19:20]:
Qənirə Paşayeva türkiyəli şairin kitab təqdimatında gənclərə çağırış edib
23/01/2021 [19:14]:
FHN yanğınların əsas səbəbləri və yanğın zamanı təhlükəsizliyə dair qaydaları açıqlayıb
23/01/2021 [19:12]:
Şahbuz rayonunda zəlzələ olub
23/01/2021 [19:09]:
Naxçıvanda bir qrup hərbçiyə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib
23/01/2021 [19:08]:
Rusiya XİN: “ABŞ daxili problemləri ilə məşğul olsun”
23/01/2021 [19:06]:
Şuşanı azad etmək arzusuyla yaşayan şəhid kəşfiyyatçı - VİDEO
23/01/2021 [18:38]:
Türkiyədə kurs keçən, Şuşanı azad etmək arzusuyla yaşayan şəhid kəşfiyyatçı - VİDEO
23/01/2021 [18:28]:
ABŞ-dan Rusiyadakı etirazlara dəstək - Kreml QƏZƏBLƏNDİ
23/01/2021 [18:20]:
Bu il əhalinin gözlədiyi, arzusunda olduğu qanunlar qüvvəyə minəcək
23/01/2021 [18:12]:
AQTA-dan “quş qripi”nin qarşısının alınması ilə bağlı ÇAĞIRIŞ
23/01/2021 [18:06]:
Larri Kinq dünyasını dəyişdi
23/01/2021 [17:40]:
Kəlbəcərin Qamışlı kəndi - VİDEO
23/01/2021 [17:31]:
“Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
23/01/2021 [17:29]:
Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 162 yeni yoluxma - FOTO
23/01/2021 [17:16]:
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub
23/01/2021 [17:14]:
Moskvada polislə qarşıdurma oldu, yaralananlar var - FOTOLAR
23/01/2021 [17:12]:
"Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir” - Türkiyə prezidenti
23/01/2021 [17:10]:
“Cəsarətli ol, gəl, bu, məni xoşbəxt edəcək” - Xanım deputatdan eks-prezidentə
23/01/2021 [17:05]:
"Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
23/01/2021 [17:04]:
“Vətən Müharibəsi ilə bağlı yüksək səviyyəli filmlərin çəkilməsinə ciddi ehtiyac var”
23/01/2021 [17:04]:
İlham Əliyev Zelenskiyə başsağlığı verdi
23/01/2021 [16:59]:
Qənirə Paşayeva gəncləri Nizamini daha dərindən öyrənməyə və təbliğ etməyə çağırıb
23/01/2021 [16:54]:
“Bu belə davam edə bilməz...”
23/01/2021 [16:41]:
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
23/01/2021 [16:37]:
Navalnının həyat yoldaşı da həbs olundu
23/01/2021 [16:12]:
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI
23/01/2021 [16:11]:
SOCAR-ın Müşahidə Şurası yaradılır - FƏRMAN
23/01/2021 [16:03]:
BDU-nun magistrantları: “Ötən semestr əldə edilən təcrübə öz bəhrəsini verir”
23/01/2021 [15:53]:
Polad Bülbüloğlu atasının Şuşadakı evində - FOTO
23/01/2021 [15:53]:
“Qarabağda ermənilərlə qonşu kəndlərdə necə yaşayacağıq?..”- Deputat cavab verir
23/01/2021 [15:30]:
İsmayıl Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib
23/01/2021 [15:27]:
İstanbuldan Bakıya qızıl sikkələr gətirən ələ keçdi - VİDEO
23/01/2021 [15:13]:
Nümayəndə heyətimiz AŞPA-nın qış sessiyasında iştirak etməyə hazırlaşırlar...
23/01/2021 [15:02]:
Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub
23/01/2021 [15:00]:
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
23/01/2021 [14:59]:
2783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub - Nazirlik
23/01/2021 [14:48]:
Şimal-Cənub Nəqliyyat Dəhlizinin inşasının sürətləndirilməsi təklif edilir
23/01/2021 [14:45]:
Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı - RƏSMİ
23/01/2021 [14:40]:
Rusiyada saxlanılanların sayı 230-a çatdı - VİDEO
23/01/2021 [14:26]:
Moskvada təhlükəsizlik tədbirləri gücləndirildi - aksiyalara görə
23/01/2021 [14:25]:
“Təəssüf ki, özəl televiziyalarda daha çox şübhəli imici olan adamlar efirə dəvət olunur”
23/01/2021 [14:25]:
İşğaldan azad edilən Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
23/01/2021 [14:19]:
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23/01/2021 [14:15]:
“Hər qadına sevdiyi insanla bir ömür xoşbəxt həyat yaşamasını arzu edirəm...”
23/01/2021 [14:14]:
Azərbaycanda neft hasilatı artacaq
23/01/2021 [14:13]:
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23/01/2021 [14:12]:
Nazir Rövşən Əkbərovun bacısı oğlunu işdən çıxardı
23/01/2021 [14:08]:
Qeqam Nazaryan: "Nikol, Abqarımı və digər 5-7 min oğullarımızı sən öldürdün"(VİDEO)
23/01/2021 [13:54]:
“Qalatasaray”ın yeni transferi İstanbula gəlib
23/01/2021 [13:49]:
Azərbaycan Ordusunun şəhid olmuş zabiti Qubada dəfn edilib - VİDEO
23/01/2021 [13:34]:
DİN əməliyyat keçirib, 22 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb - FOTO
23/01/2021 [13:25]:
Prezidentin köməkçisinin təqdimatında vebinar təşkil edildi
23/01/2021 [13:22]:
“Düşmən ölkəni xilas etmək, ona nəfəslik vermək hələ tezdir”
23/01/2021 [13:21]:
"Düşünür ki, polisin hətta istirahət etdiyi zamanda şəkilini çəkib ictimailəşdirsə..."
23/01/2021 [13:20]:
TƏBİB-dən tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına CAVAB
23/01/2021 [13:15]:
Sevinc Ağaşirinova: “Bizim yüksək əhval-ruhiyyəyə ehtiyacımız var, vaksinə deyil...”
23/01/2021 [13:08]:
"Görəsən bizim babalarımız İranı idarə ediblər, yoxsa İrana xidmət ediblər..?"
23/01/2021 [13:05]:
“Sosial şəbəkə və dünya mediasında erməni vandalizminin ifşası prosesi gücləndirilməlidir”
23/01/2021 [12:58]:
Erməni millət vəkili: "Bu məsələ tez bir zamanda həll olunmalıdır"
23/01/2021 [12:50]:
ABŞ-da lotereya iştirakçısı 1 mlrd. dollar udub
23/01/2021 [12:48]:
Ermənistanda Rusiya hərbçisi ölüb
23/01/2021 [12:47]:
Daha 5 erməni hərbçinin qalıqları tapıldı
23/01/2021 [12:42]:
“Ekrana çıxan qadınlar boğazlarındakı, biləklərindəkiləri qızılları nümayiş etdirirlər...”
23/01/2021 [12:41]:
Vüqar Səfərli barəsində ev dustaqlığı seçilməsi üçün məhkəməyə müraciət edib
23/01/2021 [12:35]:
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
23/01/2021 [12:33]:
Tünzalə Ağayeva TƏBİB-ə üsyan etdi: “Nə vaxta qədər... "
23/01/2021 [12:31]:
“Ermənilərin türklərə nifrət strategiyasına dəstək  ABŞ-ı çox çətin duruma sala bilər...”
23/01/2021 [12:19]:
Evdə yanğın baş verərsə, nə etməliyik? 
23/01/2021 [12:08]:
Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişlənir
23/01/2021 [12:06]:
Azərbaycanda ər arvadını qəddarlıqla öldürdü - RƏSMİ
23/01/2021 [11:54]:
Prokurorluq Cəlilabadda qadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb
23/01/2021 [11:53]:
Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək
Bütün arxiv bir sırada
28/02/2015 [13:00] - Araşdırma - ( 8562 dəfə baxılıb)

Erməni səngərinin bir addımlığında... - FOTOLAR

Eşitdiyimiz Naxçıvan haqqında bilmədiklərimiz...


Əvvəli bu linkdə---moderator.az/?xeber=70963

Qonaq-qara bolluğuna düşmüş diyar...

Naxçıvanın qonaq-qaralı olub-olmamasıyla da maraqlandım. Düşündüm ki, özünü millətçi və vətənpərvər hesab edən bir media kapitanı 44 illik ömründə bircə dəfə də Naxçıvana gəlməyə macal tapmayıbsa, o zaman çətin ki, əcnəbi turistlərin, eyni zamanda Azərbaycana təşrif buyurmuş diplomatların, çeşidli tədbir və konfrans iştirakçılarının baş çəkə biləcəyi bir məkan ola. Xoşbəxtlikdən bu qənaətimdə də yanıldım. Öyrəndim ki, son illər qonaq-qara sarıdan nəinki korluq çəkməyiblər, əksinə, bolluğuna düşüblər. Turistlərin artan statistikası bir yana, son zamanlar Azərbaycana gəlmiş əcnəbilərin Naxçıvana da yönləndirilməsinin dövlət protokoluna salınması məncə alqışlanmalıdır. Azərbaycanda akkreditə olunmuş bütün səfirlər, keçirilən beynəlxalq miqyaslı forumların əksər iştirakçıları vaxtaşırı Naxçıvanda olur və Muxtar Respublikanın görməli yerlərini ziyarət edirlər. Öz şəxsimdə min dəfə eşitməkdən-oxumaqdansa bircə dəfə görməyin daha əhəmiyyətli olduğunu yuxarıda vurğulamışdım, bu baxımdan etiraf edək ki, sərhədlərimizin o tayında yalnız petrol və doğal qaz ehtiyatlarının bolluğuyla tanınan bənzərsiz Azərbaycanımızın dünya mədəniyyətinə, elminə, tarixinə verdiyi töhfələrlə də tanınması üçün əcnəbilərin bura ayaq basması, unikal özəlliklərə sahib olmamızı, aşırı qonaqpərvərliyimizi öz gözləriylə görmələri heç şübhəsiz olduqca vacib məqamdır və əminəm ki, bu istiqamətdə çəkilən cəfa və xərclər hədər getməyəcək... 

Cavidsiz Cavidli Naxçıvan...

Təbii ki, Naxçıvana gəlib bu torpağın gəlib-getmiş ən sanballı övladlarından olan, Azərbaycan dövləti və milləti mövcud olduqca qürurla xatırlanası Hüseyn Cavidi anmamaq, onun məzarını və ev muzeyini ziyarət etməmək Hindistana gedib “Tacmahal”ı ziyarət etməmək qədər qəbahət olardı. Açığı, 20 il öncə inşa edilmiş məqbərə bu günün dəbdəbəli tikililəri fonunda mənə sovetlərin xoş olmayan xatirəsi təsiri bağışladı. Könül istərdi ki, günlərin bir günü Cavidin məqbərəsi də yeni memarlıq üslubunda və Naxçıvanın travertin daşıyla üzlənmiş şəkildə qarşımıza çıxaydı...
Amma Cavidin ev muzeyində keçirdiyim hisləri ifadə etməkdə qələm də aciz, klaviatura da. Xüsusən İrkutskdakı qəbirin üstündəki 59 nömrəli taxta parçası, həyat yoldaşı Mişkinaz xanımın “Ümid edirdim ki, Cavidim gələcək, yaralı ürəyimə təsəlli verəcək. Göz yaşımı siləcək. Keçirdiyim günlərimi qələmə alacaq. Əfsus ki, o yolu gedən gəlməzmiş” sözləri damarlardakı qanı dondurcaq qədər adama zor gəlir. Yeganə təsəlli odur ki, Hüseyn Cavid təkcə Naxçıvanın deyil, Azərbaycanın dünya miqyasında öyünüləcək sərvətidir. Petrol da tükənəcək, doğal qaz da, amma Cavid dühasından bəşəriyyətə işıq saçan mənəvi qida Günəş enerjisitək tükənməzdir...

Yeraltı dünyanın cənnəti...

Hələ sovetlər dönəmindən Naxçıvanla bağlı xəyallarımda canlandırdığım məkanlardan biri də Muxtar Respublikadakı duz dağlarıdır. Ta qədimdən Naxçıvan sal duzlarıyla məhşur olub və karvanlar əsrlərlə Şərqdən Qərbə bu məmləkətin daha bir müqəddəs nemətini daşıyıblar. Duzdağ Fizoterpaiya Mərkəzinə baş çəkməyim və orada yaradılan heyrətamiz şərait də səfər təəssüratımda xüsusu yer tutub. Dünyanın səkkizinci möcüzəsi adına haqq edən bir müalicə və tarixi abidə, duzdan tikilmiş füsunkar muzey... Etiraf edim ki, orda gördüklərimi oxucuya olduğu kimi çatdırmaqda acizəm, yalnız bu yeraltı dünyanın cənnətində olmaqla insanda dolğun fikir formalaşa bilər. Qısaca onu qeyd edim ki, dünyada anoloqu olmayan bu mərkəzi yetərincə təbliğ edə bilmədiyimiz qənaətindəyəm. Amma qəm yeməyə dəyməz və mərkəzin baş həkimi ilə söhbətimizdə bəlli oldu ki, artıq sadəcə buranı görmək istəyən əcnəbi ziyarətçilərin və astmadan əziyyət çəkən xəstələrin sayında ciddi artım müşahidə olunur. 
Səfərin sonuncu günü Sədərəyə yollandıq və Azərbaycanımızın bütün coğrafiyası üzrə erməni səngərlərinin yaşayış məntəqəsinə bu qədər yaxın olduğu ikinci yerin olmadığından heyrələndim. Təbii ki, bu gün erməni səngərinin yaxınlığında və birbaş atəş xətti altında olan onlarla yaşayış məntəqəmiz var ki, mülki əhali də evini tərk etməyi düşünmədən gündəlik qayğılarıyla baş-başadır. Amma söhbət ondan gedir ki, Sədərək rayonunun vaxtilə Heydər Əliyevlə Robert Köçəryanın çadır qurub münaqişəni həll etməyə çalışdıqları məkan-Heydərabad qəsəbəsi erməni səngərlərinə o qədər yaxındır ki, diqqətlə fikir verdikdə dığaları adi gözlə də görmək mümkündür. Üstəlik, söhbət Qarabağ münaqişəsindən çox-çox əvvəllər salınmış hansısa kənddən deyil, məhz atəşkəsdən sonra Muxtar Respublika rəhbərliyinin təşəbbüsü ilə siması tamam dəyişmiş və bəlkə də ermənilərə acıq gəlsin deyə o cür yüksək zövqlə abadlaşdırılmış bir şəhərdən gedir. O şəhərdən ki, ermənilər nəinki avtomatla, hətta “Babək” filmindəki kimi dağdan daş diyirləməklə mülki əhaliyə problemlər yaşada bilərlər. Amma camaat öz işindədir. İnsanlardan bu arxayınçılığın səbəbini soruşuram. Deyirlər ermənilər vaxtilə əlimizin duzunu görüblər, indi də anlayırlar ki, atəşkəsi pozsalar Azərbaycan tərəfində 10-15 min civarında mülki əhali birbaşa atəş zolağı altında qalacağı halda ermənilər sərhəddən 60 kilometr aralıda olan paytaxt İrəvanı da tərk etmək zorunda qalacaqlarından ehtiyatlanırlar. Yəni Azərbaycanın müasir zenit-raket kompleksləri 5-7 dəqiqə ərzində ötən əsrin əvvəllərində nankor qonşularımıza peşkəş etdiyimiz İrəvanı xəritədən silmək iqtidarındadırlar. Yerli gəlmişkən, Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan şəhərindəki yeni qərargah binasını gördüm, Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissə ilə kənardan da olsa tanışlığım çox xoş oldu, təfərrüatlar barədə yazmağa ehtiyac duymuram, sadəcə oxucularımız bilsin ki, Naxçıvanın coğrafiyası etibarlı əllərdədir.

Naxçıvandan ayrılmağımıza bir neçə saat qalanda qərara aldım ki, bəlkə Dini Qurumlarla iş üzrə idarəyə baş çəkim, mümkün olsa özümü təqdim edərək Naxçıvanda dindarlara qarşı sərt cəza tədbirləri görülməsi barədə həmin günlər mətbuatda tirajlanmış informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənməyə çalışım. Alınar yaxşı, alınmaz da, bilərəm ki, danışmağa üzləri yoxdur...Burada da gözləmədiyim davranışla üzləşdim. Köməkçiyə “Bakıdan gələn bir qonaq sizinlə görüşmək istəyir” deməsini söylədim, dərhal Vüqar Babayev qəbul etdi, aramızda bir saata yaxın çox maraqlı söhbət oldu. Oxucularımı səmimiyyətimə inanmağa dəvət edirəm, mən bu günədək o cür yüksək səviyyəli ilahiyyatçı alimlə, peşəkar gənc məmurla nə rastlaşmışdım, nə ünsiyyətdə olmuşdum. Doğrusu, millətimiz və dövlətçiliyimiz adına xeyli qürurlandım ki, bəlalardan yeganə xilasımız kadrların düzgün seçilməsindədir və nə qədər qaba anologiya olsa da Stalinin “hər şeyi kadrlar həll edir” fikirləri yadıma düşdü. Söhbət əsnasında mediadan xeyli giley elədi və həqiqəti təhrif etməyin qanunla cəzasını bir kənara qoyub Allah dərgahında böyük günah olduğunu ahəstəcə əsaslandırdı. Sən demə, ilk dəfə Muxtar Respublika üzrə 250 molla üçün xüsusi uniforma tikilərək tam təmənnasız verilməsi də ilk dəfə məhz Muxtar Respublika rəhbərliyinin təşəbbüsü olub, sonradan Qafqaz Müsəlmanları İdarəsi bu novator ideyanı bütün ölkə üzrə tətbiq edib. Vüqar müəllim Muxtar Respublikadakı dini qurumlarla və dindarlarla bağlı mövcud durumu da ətraflı izah elədi, bəzən İslama dəxli olmayan yabançı cərəyanların dağıdıcılıq, mənəviyyatsızlıq təbliğ edən emissarlarına qarşı qanunların sərt üzünün göstərilməsinin Bakıda təhrif olunmuş şəkildə anlaşılmasından narahatçılığını dilə gətirdi. Yeri gəlmişkən, bir ay öncə Bakının Binəqədi rayonunda prezident İlham Əliyev tərəfindən açılışı olan Qafqazın ən böyük məscidinin-Heydər məscidinin idarəçiliyinin məhz Naxçıvan Dini Qurumlarla iş üzrə İdarəyə həvalə edilməsi də çox mətləblərdən xəbər verir. Görünür, Muxtar Respublikada BDU-nun ilahiyyat fakultəsinin məzunu və Türkiyədə əlavə ilahiyyat dərsi almış yeganə şəxs olan Vüqar Babayevə o cür böyük etimadı göstərənlər ağı qaradan seçməyi bacarıblar və obrazlı desək, çörəyi nəhayət çörəkçiyə verməyin vaxtının çatdığını qəbul ediblər...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İqtisadiyyat və Sənaye Nazirliklərinin Naxçıvanda vüsət almağa başlayan bir humanitar təşəbbüsləri barədə də oxucuları məlumatlandırmağı özümə borc bilirəm. Naxçıvanda əhalinin məşğulluğunu artırmaq üçün xalça toxunmasına start verilib. Təsəvvür edin ki, hər bir hana toxuyan şəxsə ayda 220-250 manat maaş verilir, 2-3 aya başa gələn həmin xalçanı da təkrar nazilriklər bazar qiymətinə həmin xanımlardan alıb Naxçıvana təşrif buyuran yüksək çinli xarici qonaqlara hədiyyə edirlər, yaxud onların satışını təşkil edirlər. Özü də hananı və toxuculuq üçün bütün xammalı nazirlik də pulsuz verir. Nəticədə toxucular ikiqat qazanır. Burada dövlət nəinki hər hansı qazanc gözləmir, əksinə, ikiqat xərcə düşür, amma əvəzində vətəndaşın məşğulluğu və dolanışığı təmin olunur. Bundan əlavə vaxtaşırı əlil insanların əl işlərindən ibarət yarmarkalar keçirilir. Yarmarkaya çıxarılan bütün əl işləri Muxtrar Respublika rəhbərliyinin göstərişi ilə elə təklif edilən qiymətə alınır. 

Bu gün ölkə əhalisinin bankların əlindən sinədağlı olduğu heç kimə sirr deyil. Amma Naxçıvanda fəaliyyət göstərən “Naxçıvanbank” əhaliyə, xüsusən də sahibkarlıqla məşğul olan, olmaq istəyən şəxslərə Bakıdakından ikiqat aşağı faizlə kredit verir. “Şapka”ya gəldikdə isə nəinki kimdənsə bunu istəmək, hətta adını çəkmək Naxçıvanda ümumiyyətlə yasaqdır. Hamı “Şapka” həvəsinə düşənlərin necə deyərlər, papağının necə boş qalacağını bildiyindəın nəfsinə hakim kəsilib. 

Bu gün dünyanın az qala bir nömrəli probleminə çevrilmiş ərzaq təhlükəsizliyi məsələsi də Naxçıvan üçün prioritet deyil. Bu sətirlərin müəllifi həmin istehsal müəssisələrini bir-bir gəzib və bundan əlavə Naxçıvanda istehsal olunan məhsulların təqdim edildiyi Naxçıvan Biznes Mərkəzinə da baş çəkərək gördüklərindən heyrətlənib. Artıq Muxtar Respublika əhalisinin istehlak etdiyi ərzaq səbətinin az qala 80 faizi daxili imkanlar hesabına təmin edilir. Bir sözlə, qeyri-neft sektorunun inkişafını öz gözləriylə görmək istəyənlər də Naxçıvana getməli olacaqlar...

Xudahafizləşmək zamanı gəldi. Naxçıvana baş çəkib rəsmi dövlət qəzeti olmuş olsa belə “Şərq Qapısı”na baş çəkməmək orada çalışan həmkarlarımıza qarşı hörmətsizlik olardı. Burada da məni qonaqpərvərliklə qarşıladılar. Amma Vüqar Babayevdən fərqli olaraq ortada hər hansı-giley güzar da olmadı. Qəzetin baş redaktoru da 30 yaşlı cavan kadr olsa da köhnə işçidir, əvvəllər Muxtar Respublika televiziyasında və Ali Məslisin mətbuat xidmətində çalışıb. Naxçıvanla bağlı Bakıda neqativ rəy formalaşmasında müəyyən qədər bu qəzet rəhbərliyinin də günahı olması replikamı qəbul etmir. Deyir ki, biz bacardığımıəz qədər belə deyək ki, Naxçıvanın informasiya blokadasını da yarmaq üçün əlləşirik, amma bəzən hər şeyi yalnız qara rəngdə görmək və təqdim etmək istəyənlərə meydan verilməsi bu cəhdlərimizi heçə endirir. Baş redaktor Naxçıvanda söz və mətbuat azadlığının boğulmasıyla bağlı Bakıda tez-tez səsləndirlən iddiaları da qəbul etmədiklərini xüsusi vurğuladı və qəzetin bir neçə nüsxəsini göstərərək “baxın görün rəsmi dövlət qəzeti olmasına rəğmən bu qədər tənqidi material veririk. Axı biz az qala hər nömrədə ən yüksək posta oturan məmurları faktlarla qınayırıq və məzəmmət edirik, onlar da dərhal yazdıqlarımızdan nəticə çıxarırlar” deyir. Baş redaktorun sinəsi dolu olduğunu görüb əməkdaşlıq təklif edirəm ki, blokadanın yarılmasında bizim də dəstəyimizə ümid edə bilərlər, amma bir şərtlə ki, təqdimat həqiqəti əks etdirsin...

Dəyərli oxucu, artıq burada səfər təəssüratlarıma nöqtə qoymağa hazırlaşıram. Ümid edirəm ki, səmimiyyətimə şübhə etməyəcəksən və oxuduqlarının hamısının həqiqət olduğuna inanacaqsan. İnanmamaq və şübhələnmək də haqqındır və nəzərə alın ki, mən bu 3 günlük ziyarət çərçivəsində Vüqar Babayev xaric nə bir məmur gördüm, nə də Muxtar Respublikadakı ictimai-siyasi durumu analiz etməık imkanım oldu. Sadəcə bu qeydlərimi Naxçıvanla ilk tanışlığıma bağışlayın və əmin olun ki, hər şey elə oxuduqlarınız kimidir...

Naxçıvan-Bakı-Naxçıvan 18-20 fevral

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
loading...
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
Maskasız deputat parlamenti bir-birinə vurdu VİDEO
Cinsiyyət dəyişdirmək istəyərkən nə zaman öləcəyini öyrəndi - FOTOLAR
İranlı liderdən dünyanı şoka salacaq paylaşım: "İntiqam qaçılmazdır"
Mənfi 25 dərəcə soyuq havada başlarından aşağı buzlu su boşaltdılar - MARAQLI... + VİDEO
N.Tusi adına Klinika

Müsahibə
“Bu belə davam edə bilməz...”
Cəmiyyət
“Təəssüf ki, özəl televiziyalarda daha çox şübhəli imici olan adamlar efirə dəvət olunur”
Cəmiyyət
"Görəsən bizim babalarımız İranı idarə ediblər, yoxsa İrana xidmət ediblər..?"
Cəmiyyət
"Onlar muğamın müqəddəs olduğunu gərək başa düşsünlər"
Cəmiyyət
Azad Rəhimov barəsindəki iddiya aydınlıq gətirdi: “Narahatlığa heç bir əsas yoxdur...”

Yazar
İlham İsmayıl
“Kişi evin, sərhəd də dövlətin çəpəridir...”
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı..." - FOTOLAR
"Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında pilləkən və qapı hazırlamışam"
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı sanksiya..." (VİDEO)
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}