Moderator.az xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Volqoqrad regional bölməsi Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu ad günü, habelə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edib:
“Ad günü- bu, hər ilin insana verilən elə bir xoş gündür ki, həmin gün dostlar və tanışlar bu günün sevincinin və insanın tutduğu mövqeyinin həzzini birgə bölüşürlər. Sizi Volqoqrad azərbaycanlıları adından həm 55 illik yubileyiniz, həm də Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunmanız münasibəti ilə təbrik edirik! Biz Sizin RF prezidenti Vladimir Putinin qərarı ilə “Dostluq” ordeni ilə təltif olunmanızı çox böyük sevinclə qarşılamaqla yanaşı, bunu həm də ədalətli və vaxtında verilmiş qərar hesab edirik.
Volqoqraddakı
“Bakı-Volqoqrad” Monumental Dostluq parkının özülü Sizin yüngül əliniz sayəsində
qoyuldu və tikintisinə start verildi. Bu park qısa zamanda
tikilərək şəhər sakinlərinin istifadəsinə verildi. Bu park təkcə sevgililərin
istirahət yerinə deyil, şəhər sakinlərinin bayram gəzintisi yerinə
çevrilməklə yanaşı, həm də Azərbaycan dövlətinin dostluq və xoşməramlı siyasətinin,
müdrik addımının göstəricisinə
çevrildi.
Bu ad
gününüzdə hər gününüzün Sizə sevinc gətirməsini, məmnunluq və
uğurlarla dolu günləri bəxş etməsini arzu edirik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik
və səadət arzulayırıq. Bir daha ad gününüzü təbrik edirik”.
Hörmətlə, Ümumrusiya Azərbaycanlıları Konqresinin Volqoqrad regional bölməsinin sədri T.Həsənov
və İdarə Heyətinin sədri R. Seyfullayev.