“Müxalifətin mitinqi ilə bağlı yayılan məlumatlar təxribat xarakteri daşıyır və bu həqiqəti əks etdirmir”.
Bunu Moderator.az-a açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı deyib. Onun sözlərinə görə, bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin nümyəndəsi Zaur Ramazanovun imzası ilə Milli Şuranın mitinqinə icazə verilməməsi ilə bağlı yayılan məlumat təxribat xarakteri daşıyır:
“Mitinq komitəsinin üzvü Fuad Qəhrəmanlı BŞİH-də Z. Ramazanovla əlaqə saxlayb və o bu məlumatı təsdiqləməyib. O deyib ki, ümumiyyətlə hələ bu məsləyə baxılmayıb və məlumat yoxdur. Bu məsələ sabah baxılacaq və rəsmi cavab veriləcək.”
G. Bayramlı onu da bildirdi ki, bir cəbhəçi fəalın başqaları tərəfindən ələ keçirilən saxta feysbuk səhifəsi vasitəsi ilə belə bir məlaumat yayılıb. Orada qeyd olunanlar təxribatdır.