Bilmirəm
Cavanşir haqqında nədən danışım. Elə bağlılığındanmı, dostluğundanmı,
insanlığındanmı, şairliyindənmi, ya dərvişliyindənmi? Cavanşir deyir ki,
Sonum sözdü, ilkim sözdü,
Varım sözdü, mülküm sözdü.
Qurusam da kökümü sözdü
Mən bir sözdən göyərəcəm.
Bu gün
Cavanşiri tanıyanlar onun bir söz olaraq cücərdiyini, dediyinin
doğruluğunu təsdiqləyir.
Amma mən sizə deyim ki, Cavanşir heç də hər zaman dediyinin üstündə durmayıb. Bunu özü də etiraf edir:
Bağışla, yolunda durduğum səhər,
Bağışla, gözləri yuxusuz gecəm.
Mən də dəyişildim hamıdan betər
Oldum hamı kimi sözündən keçən.
Bəli, deyim ki, Cavanşir mənə verdiyi sözə etibarsız
çıxdı. Mənə hey deyirdi ki, “...bir gün
gÉ™lÉ™cÉ™k sÉ™ninlÉ™ qoÅŸa bu qatarda XudafÉ™rin körpüsünü keçəcÉ™yik...â€
Amma sözünə xilaf çıxdı... Dostlarım bilir ki, mən nəinki
sözünə xilaf çıxanları bağışlamıram, hətta görüşə yubananlardan belə küsürəm.
Amma Cavanşirdən nə küsdüm, nə də incidim. Çünki, Cavanşir kefindən yox, məsuliyyətsizlikdən
sözünə etibarsızlıq eləməyib. Cavanşir hamıdan gizlətdiyi, zaman-zaman mənə
pıçıldadığı min ağıllının çəkÉ™ bilmÉ™diyi, ona É™manÉ™t olan DÆRVÄ°Åž dÉ™rdinin
dalınca getdi:
Gizlədərəm özgə bilməz,
Çəkərəm gizlicə bilməz.
Min ağıllı çəkə bilməz,
İndi bir dəli dərdimi.
Çəksin, qoy şahanə çəksin,
Ya da dərvişanə çəksin.
Tapsın, bir bəhanə çəksin,
Salvador Dali dərdimi.
Getdi ki, bütün dərvişlərin yükünü qərarlaşdıran
qırxlardan xəbər tutsun:
Haqqa gedən yol salayım,
Yol kənarında sarayım.
Gün axşam oldu, qırxlardan,
Bir xəbər sorayım, dərviş.
(Qırxlar meydanına vardım,
Gəl bəri, ey can dedilər.
İzzət ilə salam verdim,
Gəl, iştə, meydan dedilər.
Qırxların qəlbi durudu,
Gələnin qəlbin arıdır.
Gəlişin hardan bəridi?
Söylə, sən kimsən dedilər. Ş. İ. Xətai)
Getdi ki şairdən, nəğməkardan xata-bəlanı sovması üçün mövlaya yalvarsın:
Mən dərdə-kədərə öyrəncəliyəm,
Hər işi nəhs gedən işgəncəliyəm.
Barı heç olmasa öz əcəliynən
Ölməyi şairə, nəğməkara yaz.
Bir də dünyanın bu üzünün hər üzünü, hər dərdini
görmüşdü, daha görəsi bir şey qalmamışdı.
Nə şeytan şərindən qorxum,
Nə Allahdan umu-küsüm.
Ömür mənim şirin yuxum
Həyat deyib yaşamışam.
Ona görə də dünyanın o üzünü görməyə, o üzdən dünyaya
baxmaÄŸa getdi.
Ay Allah, nəydi yaddan çıxanım,
Unutduğum nəydi, durduğum yerdə?!
Gəlib bu üzünü gördüm dünyanın,
Gedib o üzündən baxacam bir də.
Və getdi ki, bizlərə sevgi istəsin:
Dərd yaxamadan elə tutub ötürməz,
Ælin kÉ™sÉ™r, É™lim yara yetirmÉ™z.
Oda düşdün, od da günü götürməz,
Aman, Lələ!
Səndən dilədiyim sevgidi hələ.
Bu səbəblərə görə mən Cavanşirdən nə küsdüm, nə
incidim. O dünyanı
görmÉ™yÉ™, o dünyadan bizÉ™ baxmaÄŸa getdi. KimsÉ™ çaşıb “CavanÅŸir öldüâ€- demÉ™sin . NecÉ™ ki, özü É™vvÉ™ldÉ™n deyib:
Beqafıl qapım döyülür,
Açıram, daşdan döyüləm.
Mən bəri başdan deyirəm
Deməyin, urvatsız öldü.
Cavanşir dünyasını dəyişdi. Özü demiş, qara bəxtiynən və ağ üzüynən onu o
dünyaya yola saldıq.
Æzizim, aÄŸa mÉ™ni,
Bükməyin ağa məni.
Qara bəxtlə, ağ üzlə
Qoyun torpağa məni.