Bizi sosial şəbəkələrdən izləyin:
Balerina Anastasiya Voloçkova "İnstaqram" səhifəsində saunada çəkdirdiyi şəkli paylaşıb.
Moderator.az-ın ans press-ə istinadən məlumatına görə, hamamda "Böyük teatrın" sabiq-solisti öz çılpaq bədənini iynəyarpaqlı budaqlarla örtməyə çalışsa da bu onda tam alınmayıb.
Balerinanın çılpaq sinəsi kadra düşüb. "Sibirdən gələn küknar süpürgələrində hamam ... Əla yer!" ”“ deyə ulduz hər kəsə bunu təkrarlamağı məsləhət görür.
Qeyd edək ki, Anastasiya Voloçkova ilə azərbaycanlı biznesmen Bəxtiyar Səlimov arasında eşq macərası yaşanıb. Onların məhəbbət romanı düz 2 il davam edib. Bu qış balerina sevgilisindən ayrılmaq qərarına gəlib. O, bunu Bəxtiyar Səlimovun Moskvaya gec-gec gəlməsilə əlaqələndirib.
Xatırladaq ki, 46 yaşlı iş adamı Bəxtiyar Səlimov Bakıda anadan olub.