Şərq yaltaqlığı...
Oxunub: 4327
29 May 2015 | 22:47
Şərq yaltaqlığı...
İstiqlalçı millət vəkili Mətləb Mütəllimli deputat Zahid Oruc haqqında olduqca kəskin notlu bir müəllif yazısını Moderator.az-a göndərərək sayta yerləşdirilməsini xahiş edib. Həmin yazını cüzi redaktələrlə oxuculara təqdim edirik, eyni zamanda Zahid bəyə də bəri başdan cavab haqqı tanıdığımızı bəyan edirik:
 

 Dünyada üç şey təhlükəlidir: uşaq əlində bıçaq, axmaq əlində hakimiyyət, yaltaq dilində tərif...

 (Monqol atalar sözü) 

                                                          
Qısa elə”¦

Bu günlərdə  Moderator.az saytında camaatın millət vəkili adlandırdığı, guya Bərdədən deputat  seçilmiş, əslində isə millətinin say - seçmə oğullarına, qızlarına qənim kəsilmiş indiki hakimiyyətin vəkili Zahid Orucun  “Günahsızlıq qəbzi “  sicilləməsinəsinə rast gəldım. Burda nədən bəhs edilmir ki: 2005-ci il inqilabından, həbsdən buraxılanlardan, müəllifin əbədi tapşırığından - Fərhad Əliyevdən, əlbəttə, “təmiz əqidə adamı libası geymiş“ Cəmil Həsənlidən,  Zülfüqarlı qardaşlarından, Amerikada ağlar üçün ağlayan qaralardan, Almaniya partiyalarından, Türkiyə hökümətindən, Beynəlxalq Bankın idarəçiliyindən, dünənəcən hakimiyyətin can - ciyəri olmuş iş adamı Nizami Piriyevdən, Hacı İbrahimin uğursuz sonluqla bitən biznesindən, Bandotdeldən, iqtidar əleyhinə birləşənlərdən və sair və ilaxir. Sənin belə lüzumsuz uzunçuluğun, ucundan tutub ucuzluğa getməyini təkcə mən desəydim, dərd yarı idi. Bir çoxları, hətta Milli Məclisin sədri O. Əsədov belə bütün millətin gözü qarşısında dərsini pis bilən uşaq kimi  səni danlayır  ki, ”Səndə bir xasiyyət var, çox uzun danşırsan, qısa elə.”
                                                           
Mandat paylayanlar
                                                                                                                                                                  Düzünü bilmək istəsən, mənim qənaətimcə, əsas qayəsi yarınmaqdan ibarət olan sənin bu uzun, uzun olduğu qədər də cansıxıcı, mənasız, hər cümləsindən məddahlıq damcılayan bu yazına mən də cavab verməzdim, bir şərtlə ki, əgər normal  həyat təcrübəsi olmayan bu adam yetənə yetib yetməyənə bir daş atmasaydı, özünü  hamıdan ağıllı gösrərməsəydi, hər çıxışında özünü  prezidentin  rəsmi sözçüsü  kimi aparmasaydı. Əlbəttə, başa düşmək olar ki, qabaqdan parlament seçkiləri yaxınlaşır, sən də 14 ildən sonra yenə adına mandat yazdırmaq istəyirsən, amma bunu urvatlı etsəydin nə olardı ki? Belə olsaydı, camaat  sənin əcaib - qəraib ideyalarına- “Tələbə qəbulu dövlət komissiyası müəllimlərin biliyini qiymətləndirsin”, “Azərbaycan gənclərinin xaricdə dini təhsil almasına qadağa qoyulsun”, Rusiya sevgin və sair yersiz çağırışların bəlkə də unudulardı. Sən özün də yaxşı bilirsən ki, hər dəfə cibinə dürtülən deputat mandatını  sənə  xalq yox, “ağ bina” ”“ Prezident Aparatı verib. Bəlkə, özündən razı olan sən elə bilirsən ki, hamı səni tərifləyir, sevir, başına and içir? Yanılırsan, özü də çox bərk yanılırsan.
                                                           
Təyinatlı deputat. 
                                                                                                                                                                  Hərbi ekspert Üzeyir Cəfərov  məsləhət görür ki, “ Zahid Oruc ağzını yumsun və dərk etmədiyi məqamlardan danışmasın. Mən Zahid Orucu rüsvay edərəm, getsin məddahlığı ilə məşğul olsun. Təyinatlı deputat kimi sakit otursa yaxşıdır.”                                                                                                                          

Jurnalist Şahvələd Çobanoğlu da yazır ki, “Zahid Orucun saxta yolla deputat olması da baş verməli deyildi.”                                                                                                                                                                         Sənin   iş yoldaşın, Milli Məclisin deputatı Ərəstun Cavadov  da fikirlərini cəmiyyətlə bölüşməkdən çəkinmir və  bildirir ki,  “Ümumiyyətlə, məqsədi və ideyası bəlli deyil. Külək  hara əsirsə,o da o yana əsir. Onun dostu ilə düşməninin kim olduğu bilinmir.”                                                                                                                     

Jurnalist  Seymur Verdizadə isə  xatırlayır ki, Z. Oruc bir dəfə demişdi ki,hər dəfə seçicilərlə görüşə gedəndə cibləri reseptlə dolur.Onun seçiciləri dərman almağa pul tapmır,amma,o,hər il ( 14 il) Milli Məclisdə hökümətin hesabatının leyhinə səs verir.Yenə sadalayımmı?                                                                                                                                                                                                                .                                            
Kor tutduğun buraxmaz. 
                                                                                                                                                                  Neçə illərdir ki, bir çoxları, o cümlədən, sabiq iqdisadi inkişaf naziri Fərhad Əliyevi söyməklə, onun xəyanətindən, çevriliş etmək cəhdindən danışmaqla evinə çörək aparırsan. Bəxtın onda gətirib ki, o, nə əvvəl-həbsdə olanda, nə də indi-ölkədə olmayanda bu  sözlərinə cavab verə bilmir. Sən də bundan istifadə edib boş meydanda şellənirsən, xoruzlanırsan. Əsrlərdir atalar sənin kimiləri nəzərdə tutub deyib ki, yıxılan ağaca hamı-baltalı da hücum çəkər,  baltasız da. Yaxşı  bilirsən ki, F.Əliyevin aşığının alçın durduğu vaxtlarda heç cıqqırını da çıxara bilməzdin. O, səni, necə deyərlər, məcazi mənada, diri-diri, çeynəməmiş udardı. Amma onu da yaxşı bilirsən ki, indi  cəngəllik qanunları  ilə idarə edilən Azərbaycanda yox, başqa normal ölkədə bu şər-böhtan baş versəydi, səni ən azından 10 il türmə gözləyərdi. Birincisi, işlədiyi dövrdə bütün nöqsanlarına, YAP üçün etdiyi qanunsuzluqlara baxmayaraq, Azərbaycan üçün F.Əliyevin etdiyinin heç bir faizini sən etməmisən. Belə olan halda, növbəti saxta  mandat  üçün niyə allahsız danışırsan, imanını bada verirsən? İkincisi, sən hardan bilirsən ki, o vaxt F. Əliyev metallurgiya sənayesinə əlini qoymuşdu, qaynatası ölkəyə gələn taxılın 63 faizinə nəzarət edirdi, Qaradağ sement zavoduna  qeyri-rəsmi  himayədarlıq edirdi? O rəqəmləri sənə verənlərdən soruşmağa cəsarətin çatarmı ki, 63 faizin neçə faizi (uzağı 3-5 faizi ) ona çatırdı, qalanı isə o vaxt da, bu gün də sənə rəqəmləri verənlərəin cibinə  axır? Üçüncüsü, axı, soruşmaq ayıb olmasın, nə canın boynuna düşüb ki, bir mandata görə özünü xalqın gözündə gülüş hədəfinə çevirirsən? 
                                                                                                                                
                                                   
Prezidentin sağ əli

Sənə və bəzilərinə xatırlama verməyi vacib bilirəm ki, F. Əliyevlə bağlı məsələlərdə mənim mövqeyim onu müdafiə kimi başa düşülməsin. Birincisi, mən 8 il sərasər nahaqdan yatırılan və sonda sınan, aman diləyən F.Əliyevin yox, haqqın tərəfindəyəm. İkincisi, əslinə qalanda, əgər indiyə qədər mən 2 nəfərdən  pislik görmüşəmsə, onun biri F.Əliyev olmuşdur. Ölkə başçısı İ.Əliyev hakimiyyətə gələndən sonra  insanların malı- mülkü əlindən alınmağa başlandı. Bizim də dişlə-dırnaqla təmizləyib abıra saldığımız və icarəyə götürdüyümüz qəza vəziyyətində olan  partiya qərargahı auksiona çevrilmiş məhkəmələr vasitəsi ilə bizdən alındı və bir "türemşik"ə külli miqdarda pul müqabilində  satıldı. Səndən  fərqli olaraq mən  o vaxt prezidentin sağ əli olan F.Əliyevin eninə də, uzununa da döşəməkdən çəkinmirdim. Gördüyün kimi F.Əliyevin  qanunsuz hərəkətlərinə görə mənim danışmağa daha çox mənəvi haqqım vardır. Bununla belə heç kim çörəyi qulağına yemir və bizim, eləcə də digər şəxslərin mülklərinin sahiblərindən alınması onda da, indi də mərkəzləşmiş qaydada həyata keçirilir ki, bunun da başında kimin dayandığını özün yaxşı bilirsən.  
 
                                                  
"Quran" sənə qənim olar                                                                                                                                                                                        
Eyni zamanda, belə bir cəfəng, cəfəng olduğu qədər də absurd ittihamı ağlı başında olan heç kim qəbul etmir  ki, F.Əliyev, eləcə də sabiq səhiyyə naziri Əli İnsanov ( Allah qapısını açsın) guya dövlət çevrilişinə cəhd etmişlər. İstər Ə.İnsanov, istərsə də F.Əliyev vəzifədə olduqları  bütün dövrlərdə H.Əliyevə, sonra da İ.Əliyevə ən sədaqətlə xidmət edən şəxslər olmuşdur və bunu istintaq da açıq sübut etmişdir. Məhz ona görə də  hər dəfə sənin tərəfindən  F.Əliyevin  xarici təsirlərə düşməsini deməyin  "Məlikməmməd nağılı"ndan başqa bir şey deyildir. Eyni zamanda, sənin bütün  müsəlmançılıq  normalarını pozaraq ““İ.Əliyev onun kabinetinə müqəddəs "Quran"la silahlanıb gələn F.Əlyevi  qəbul etmədi ” deməyin "Quran"a qarşı da hörmətsizlikdir.”  Əvvəla, əgər belə bir şey olmuşdursa (yəqin, olub ki, səni belə “faktlar” la təmin ediblər), bu da  daim oruc tutan, namaz qılan keçmiş nazirin günahsız olduğunu bir daha sübut edir. Bir də ki, ey çoxlu kitab oxuyub, amma ona əməl etməyən, "Qurani-Kərim" silah deyil, bizim - müsəlmanların qarşısında baş əydiyi müqəddəs kitabdır.
                                                     
Şərq məddahlığı. 
                                                                                                                                                               Müsahibələrinin birində səmimi etiraf etmisən ki, ”Çox da həsəd aparılası ömür yaşamamışam.” Düz sözə nə deyəsən, mən də sənin bu acı etirafını başa düşürəm, bölüşürəm. Amma onu da bilirəm ki, seçdiyin urvatsız yol sənə çoxlu xeyir gətirsə də heç vaxt şərəf gətirmir. Bu həqiqətən də belədir, axı, tərifini göylərə qaldırdığın hakimiyyətə yaltaqlanmayanlara, məddahlıq etməyənlərə Azərbaycanda  yer  yoxdur, mandat  yoxdur. Şəxsən mən bu yaşa çatmışam, sənin kimi xeyli kitab oxumuşam, amma heç vaxt rast gəlməmişəm ki, özünü kişi hesab edənlər  şəxsi mənafelərinə görə, sözün həqiqi mənasında, elin - obanın gözü qarşısında özünü oda - közə vursun, yandırsın. Millət pis gündə yaşadığı bir vaxtda heç bilmirsən bir yoluq mandat üçün dövlət başçısına hardan yaxınlaşasan, hardan dürtüləsən. Təkcə bir yazında dövlət başçısını gah -Prezident, gah- 1-Cİ ŞƏXS, gah-Rəhbər, gah-Lider, gah da Sərkərdə adlandırırsan. Amma sən və sənin kimi şəxsi mənafeyinə görə hər şeyə gedənlər bir vacib məqamı unudursunuz ki, YAP hakimiyyəti yaltaqları yox, yaltaqlığı sevir.
                                                       
Cəmil hara,sən hara?
                                                                                                                                                                       2013-cü ildən, prezidentliyə namizəd olduğun vaxtdan indiyə qədər  gecə-gündüz saqqız kimi çeynədiyin mövzulardan biri də Cəmil Həsənlidir. Prezidentliyə yalançı namizədliyin ərəfəsində bəzi namizədlər kimi sən də ancaq və ancaq dünyaca məşhur, sənə çörək verənlərdən fərqli olaraq kitablarını özü yazan professor Cəmil Həsənlinin yaxasından qır - saqqız olub yapışmışaraq qopmurdun ki, qopmurdun. Guya bu adamın övladının təhsil haqqını kimsə ödəyib, yaşadığı evin zirzəmisini özəlləşdirib və sair. Əgər belədirsə, xaricdə təhsil alanın xərcinin ödənilməsi qəbahətdirsə, onda sənin xaricdə oxuyan övladının təhsil haqqını kim ödəyir? Bir də ki, rəhmətliyin oğlu, bütün Azərbaycanın özəlləşdirildiyini deməyə cürətin çatmırsa, heç olmasa hansısa bir yetim zirzəmidən danışma.                                                                                         
Və ən nəhayət, nə vaxtsa özünə heç sual vermisənmi ki, Cəmil Həsənlinin dünyanın bir çox ölkəsində, o cümlədən, Amerikada çap olunan kitablarını tərəzinin bir gözünə, səni də o biri gözünə qoysalar, hansı tərəf ağır gələr? 
                                                      
Qaş düzəldən yerdə”¦                                                                                                                                           
                                                                                                                                                                      Deyəsən, mən də sənin kimi ucuzluğa getdim, gərək, oxucular üzrlü hesab etsin, günahımdan keçsin. Sonda sənə onu da məsləhət görürəm ki, danışanda, yazanda  diqqətli ol, qaş düzəldən yerdə vurub gözünü də çıxarma. Sabiq müdafiə naziri S.Əbiyev hakimiyyətdən gedəndən sonra cürətlənib onun haqqında deyirsən ki, “ Səfər Əbiyev daha çox Azərbaycan cəmiyyəti ilə və onun təmsilçiləri ilə konfliktdə idi, nəinki düşmənlə.”  Mandat gözlədiyin bir vaxtda, belə siyasi səhvə yol verməyin, keçmiş müdafiə nazirini düşmən elan etməyin sənə yaxşı heç nə vəd etmir. Belə çıxır ki, Əliyevlər hakimiyyəti ən mühüm postda, müdafiə nazirliyinin başında 18 il düşmən saxlayıblar?
                                                        
Burda gül vurmusan”¦ 
                                                                                                                                                                                                                                                                                                                     
Siyasi fəaliyyətində seçki taleyini həll edəcək  bir çox siyasi səhvlərə  yol verirsən. Bir çıxışında  deyirsən ki, “İlham Əliyev kabinet  lideri olmayıb, o, ölkəni qarış-qarış dolaşıb, 1-ci Pyotrdan da qüdrətli şəkildə bu ölkəni qurub.”                                                                                                                                                
Qeyri - rəsmi təmsil etdiyin partiyanın - Yeni Azərbaycan Partiyasının platformasına görə Azərbaycanın banisi, qurucusu, məhz Heydər Əliyevdir. Sən onu unudaraq İ.Əliyevi qabağa verməklə kobud  səhvə yol verib ümummilli liderə xəyanət etmirsənmi?                                                               

29.05.2015. 



.
  
 
 
 
 
 

Oxşar xəbərlər
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
19 Apr 2024 | 11:41
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
19 Apr 2024 | 11:41
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular