Göy adamı
Köşə
Oxunub: 2811
24 Jun 2015 | 14:46
Göy adamı

Gələn gedəcək. O gəlmişdi, yoluna vardı və getdi. Nə mal-mülk, nə cah cəlal, nə haqq etdiyi prezidentlik səltənəti onun sufi könlünü  bulandırmadı, əbədi eşq qaynağı olan ilahi feyzdən bir an aralı salmadı. Ucaldıqca sadələşdi. Sadələşdikcə gözümüzdə ucaldı. Pul-para, sərvət, kürsü əldə edəndə o qədər meylini dəyişən gördük ki... O dəyşmədi. Zənginliyi də, yoxsulluğu da ilahi təqdirdən qəbul etdi. Hakimiyyət güdükçüsü olmadı, xalqa xidmətkar olmaqdan məmnunluq duydu. Rüşvətdən, korrupsiyadan uzaq, içi sevgi zənginliyi  ilə dolub-daşan bir həyat yaşadı.

Getməyə gəldiyini bildiyindən, ötəri dünyanın əsiri olmadı, getməyin şərəfli yolçusu, yolbayı oldu. Hər kəsi zatən bəyzadə görmək istədi, hər kəsə fərq qoymadan bəy dedi. Təbriz soraqlı “Qaragilə” oxudu, şəsti əyməyən bəy havası oynadı, türk tarixinin ağrı-acısını yaşadan Sakarya şerini dilində əzbər etdi. Təkəbbür göstərmədi. Hər kəs onu insan yaraşığı təvazönünn, alicənablığın, mülayim təbiətin timsalında gördü. Dostları candan sevdi. Dostluğa, insanlığa xilaf çıxanları zamanın ixtiyarına buraxdı. Üstünə gələnləri, onu daşlayanları, kommunistini, kommunist xislətli yapçısını, arxadan xəncər vuranları, üzünə çamur atanları, onu siyasi rəqiblərinə satanları, dönükləri nehrə dünyamızın içində əritdi. Yağı yağ, ayranı ayran oldu.

Üç rəngli bayraq tutan əl nə gözəl! Vətən himninin səsləndirən dill nə gözəl!  İmanı, birliyi, həmrəyliyi, nizamı, qüdrəti olan el nə gözəl! Bayrağa sarıldı bayraqdar oldu, milyonların dilində himnin səslənməsindən qürur duydu. Sovet müstəmləkəsinə el birliyini görg etdi. Siyasət hiylədir, kələkdir, hakimiyyəti qorumaqdır deyə çılız düşünənlərə, siyasət xalqı ilə birgə xoşbəxt olmaq, millətini millətlər içində ucaltmaq, vilayatə sahib olmaq, yerlibazlığın, regionçuluğun kökünü kəsmək, bütöv Azərbaycan eşqi ilə yaşamaqdır ideyasını anlatdı.

Aşiqin ən böyük kamalı, ən böyük xoşbəxtliyi məşuquna qovuşub, fənaya uğramaqdır. O, məşuquna sarıldı və Allah dərgahının ən məhrəm guşəsində  öz əbədiyyətinə qovuşdu. Məkanın cənnət olsun bəy. 

 

 

Göy adamı

 

Əlsiz, ayaqsız,

 

əllərin, ayaqların yetmədiyi

 

göylərin pak, müqəddəs qoynunda,

 

nəcib, xeyirxah bir ruh dolaşmada.

 

“Orda bir yol var uzaqlarda”

 

göynərtili soraqlarla,

 

haqqa sadiq, can sirdaşım,

 

mövlam mənim

 

haqq evinə qovuşmada.

 

Qovuşmadadır

 

könül yarın bağçasına,

 

Çiçək-çiçək ulduz göylər

 

gəl-gəl deyir, qucaq açır,

 

qərib yollar yolçusuna.

 

Gəl-gəl deyir,

 

Tanrı üzlü mavi göylər,

 

Get, yolun açıq olsun,

 

gör nə zamandır

 

göylər sənin yolunu gözlər.

 

Yolunu gözlər,

 

göy üzü, intəhasızlıqlar,

 

Gözlər səni, yer üzündən

 

incik düşən,

 

məsum, yalqız ruhlar.

 

Get, qonağı ol,

 

saqisi mələklər olan

 

ay-ulduzla bəzənmiş

 

məclislərin,

 

Allah hüzurundadır məqamı

 

nəfsi təmiz, müqəddəslərin.

 

Sarmış buludları

 

qulac-qulac qollarına,

 

Yer adamı olammadın,

 

bəy əfəndim,

 

salam olsun sənin

 

haqq nurundan şölə saçan

 

yollarına.

 

Yerdə pisliklər, yamanlıqlar çox.

 

yer keçib naşı əllərə,

 

yerdə allah bəndəsinə aman yox.

 

Aman yoxdur yerdə,

 

yer qurduna, çay balığına,

 

Satılır yer bazarında insan

 

itdən ucuz bahalığına.

 

Yer, quyruğu uzun dünyanı

 

pardaqlayıb, sökənlərin,

 

Yerdə sənin nə işin,

 

mələklər ağuşudur yeri,

 

tərəzisi düz çəkən kişilərin.

 

Ələyəcək ələyində

 

yaxşını, yamanı,

 

iynəsi gözündən əyri sapları

 

keçirən fələklər,

 

Qəm yemə, bəy əfəndim,

 

xoş müjdəni,

 

səndən əvvəl yetirər göylərə

 

xeyr-şər dəftərini

 

yazan mələklər.

 

Necədir, bəy əfəndim,

 

zamana buraxıb hər işi,

 

zamansızlaşmaq,

 

Əl götürüb faniliklərdən,

 

qəm nəğməsini

 

küləklər pıçıldayan

 

uca göylərdə

 

əbədi kamansızlaşma?

 

Necədir, hər yaranışın son mənzili,

 

o uca göylərin halı,

 

Yermi, göymü yaxşı,

 

yoxsa, bir aldanışdır

 

insanın göylərə can atan

 

şirin xəyalı?

 

Cənnət qoxulu çiçəklər

 

ruha qida verirmi orada,

 

Dan şəfəqli səhərlər

 

çiçəklər üstünə

 

təzə-tər şehin sərirmi orada?

 

Varmı oralarda bölgüsü aparılan

 

ağlar, qaralar,

 

Sızıldarmı yenə

 

sinənə dağı çəkilən

 

sağalmaz yaralar?

 

Səsi batmış Təbriz

 

necə görünür oradan,

 

Şuşaya əlin şatırmı,

 

Söylə göy adamı,

 

göylər sənin ürəyinə yatırmı?

 

Ürəyinə yatırmı ruhunun

 

səmalarında pərvaz etdiyi

 

mas-mavi göy qübbələr,

 

Yaraşırmı sənə

 

Tanrıdan boyuna biçilmiş

 

ulduz düyməli, səmavi cübbələr?

 

Necə qarşıladı səni

 

könül həmdəmlərin,

 

azadlıq carçısı, nazlı mələklər,

 

Üzündən utandımı sənin

 

qara bəxtimizə

 

tasın quran fələklər?

 

Yaşıl işartılı nişanələr qoyulubmu,

 

yolunu getməyə zülmətlərin,

 

İxtiyarı zalımlar əlində deyil ki,

 

yerdə hər tikəsinə

 

tələ qurulan ilahi nemətlərin?

 

Nizamı necə qurulub

 

göylər səltənətinin,

 

orada ay, ulduz işinə qarışmır ki,

 

Yaşamır ki, göylər yer rəzalətini,

 

Haqqı yeyilən haqsızlıqla

 

barışmır ki?

 

Sağ, sol, yolun o üzü, bu üzü varmı,

 

Kəsir burada əyri düzü,

 

kişi olmaq, düzü demək

 

orada işə yarayırmı?

 

Göy üzü təmiz ayna kimi,

 

ləkə götürməz,

 

Alar sevdiklərini qoynuna,

 

göy üzündən onu, ötürməz.

 

Arındırar mavi göy sularda,

 

Heyran qalar paklığına onun

 

öz suyunda çimizdirdiyi sular da.

 

“Xoş gəldin” deyər ona

 

göylər yaraşığı ruh pərilər,

 

Aman allah, nə xoşbəxtlik,

 

göy çadırlar içində sənə

 

laylasını mələklər oxuyan

 

bir yer sərilə”¦

 

Qapısı taybatay açıla üzünə

 

özgür aləmlərin,

 

Heyranı olasan

 

köksü azadlıq eşqi ilə

 

əbədi döyünənlərin.

 

Hər gecən ayrı bir gecə ola,

 

Ala səni qoynuna

 

ay, ulduz gözəllər,

 

Ax necə olar”¦

 

Şikəstə, “Qara gilə” oxuya sənə

 

səhərlərə açılan qara gecələr,

 

Uyu qardaşım, uyu,

 

ora bir səadət bağçası,

 

Yetər inşallah hər arzun yerinə,

 

ruhun yalnız orda dincələr.

 

Nurəddin İsmayıl

Oxşar xəbərlər
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 08:47
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 08:47
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN