Süd vəzi xərçənginə qalib gəlməyin yolları...
Köşə
Oxunub: 3792
02 Jul 2015 | 11:06
Süd vəzi xərçənginə qalib gəlməyin yolları...
Ötən məqaləmizdə dünya qadınlarının probleminə çevrilmiş süd vəzi xərçənginin (SVX) əlamətləri, müayinə və diaqnostika vasitələri barədə söhbət açmışdıq. Bu yazıda SVX-nin müalicə yolları barədə danışacağıq. Əgər özünüzdə və ya doğmalarınızdan birində süd vəzi xərçəngi aşkarlanıbsa, dərhal təşvişə düşməyin. Bilin ki, hər il dünyada milyonlarla qadın bu xəstəlikdən yaxa qurtara bilir. Siz də onlardan biri ola bilərsiniz! El arasında belə bir deyim var: tez evlənənlə tez ayrılan peşman olmaz. Zərif məxluqların baş bəlasına çevrilmiş SVX-ni də erkən mərhələdə aşkarlayıb, vaxtında müalicə etdirən yaşama şansını itirmir.

Öncə bu xəstəliyin etimologiyasına diqqət edək. Kimlər risk faktoru qarşısındadır? Praktika göstərir ki, birinci dərəcəli qohumlarda (yəni ana, qızı və bacısı) SVX-nin olması, erkən yaşda aybaşı olmaq, gec yaşda aybaşıdan kəsilmək (gec menopoz), həddindən artıq kökəlmək, menopauzada nəzarətsiz hormon istifadə etmək kimi amillər hormonal faktorlar sayıla bilər. Ona görə də, bu qəbildən olan xanımlar öz zərif orqanlarına qarşı daha həssas olmalı, hər hansı əlamət görən kimi dərhal həkimə müraciət etməlidirlər. Diaqnoz dəqiqləşdikdən sonra xəstəni ciddi müalicə prosesi gözləyir. Təbabətin hazırkı durumuna görə, SVX-nin müalicə yolları bunlardır:

1. cərrahi əməliyyat

2. kimyəvi dərman müalicəsi

3. radioterapiya və yaxud şüa müalicəsi

4. hormonal müalicə

5. immunoterapiya.

Qeyd edək ki, yuxarıda sadaladığımız faktorlardan heç birinin olmadığı hallarda da qadın süd vəzi xərçənginə yaxalana bilir. Ona görə də, sağlamlığa münasibətdə sayıqlığınızı heç vaxt əldən yerə qoymayın.

Bəzi xəstələrdə problem cərrahi əməliyyatdan sonra aradan qalxır. Bəzilərində isə müalicəni tamamlamaq üçün kimyəvi dərman müalicəsinə, radioterapiyaya və digər metodlara da ehtiyac olur. Bunu həkim müəyyənləşdirir. Bilin ki, yerli və ya sistem xarakteri daşıyan həmin müalicə vasitələrinin hər biri sizin həyatınızı qorumaq üçündür. Cəsarətli olun. Əhval-ruhiyyənizi yüksək tutun və orqanizminizi bədbin duyğuların əsarətinə verməyin. SVX-yə qalib gələcəyinizə inanın və xəstəliklə mübarizədə əzmkar olun.

Yerli müalicə süd vəzindəki törəməni aradan qaldırmağa və ya kiçiltməyə yönəlir. Bu, cərrahi yolla, ya da şüa verilməsi vasitəsilə həyata keçirilir. Sistem müalicə dedikdə isə kimyəvi dərman müalicəsi, hormonal müalicə və immunoterapiya nəzərdə tutulur. Həmin müalicələr qan dövranı vasitəsilə bədənin bütün nahiyələrindəki şiş hüceyrələrini məhv edir və yaxud nəzarətdə saxlayır. Süd vəzi xərçəngindən əziyyət çəkənlərin bir qismi radioterapiyadan və yaxud cərrahi müdaxilədən öncə törəməni kiçiltmək üçün sistem müalicəsi qəbul edir. Digər qismi isə lokal (yerli) müalicədən sonra törəmə yenidən əmələ gəlməsin deyə, sistem müalicə alır. Bu metod yayılmış süd vəzi xərçənginin müalicəsində də tətbiq edilir.

SVX ona görə müasir təbabətin aktual problemi olaraq qalır ki, həm son onilliklərdə bu diaqnozla xəstələnmə halları çoxalıb, həm də aparılan müalicələr nəticəsində qadınların rastlaşdığı çətinliklər tibb elmindən öz həllini gözləyir. Əsasən mənəvi-psixoloji mahiyyət daşıyan həmin çətinliklər sırasında kimyəvi terapiyadan sonra saçın tökülməsi, xarici görünüşün və həyat tərzinin dəyişilməsi, əgər döş kəsilib götürülübsə qadında özünü qiymətləndirmə dərəcəsinin aşağı düşməsi kimi faktorları qeyd edə bilərik. Bunlar vəziyyəti daha da dramatikləşdirir. Əlbəttə, hər bir qadın gözəlliyinə gözəllik qatan döşlərinin yerində qalmasını istəyər. Amma unutmayaq ki, həyatımız görünüşümüzdən daha qiymətlidir, yaşamaq əsl hünərdir.

Yüzlərlə xəstə ilə təmasda olmuş onkoloq kimi deyə bilərəm ki, mammoqafik skrininq sayəsində xəstəliyi erkən mərhələdə aşkarlayaraq öncə orqansaxlayıcı əməliyyatlardan, sonra isə şüa müalicəsindən istifadə etməklə bu problemi qismən həll etmək mümkündür, yəni döşünüzü saxlamaq olar. Lakin bir sıra obyektiv və subyektiv səbəblərdən həmin prosesi aparmaq hər zaman mümkün
olmadığından hələ də ölkəmizdə aparılan əsas cərrahi müdaxilə mastektomiya əməliyyatıdır.

Cərrah planlaşdırılan əməliyyatın növünü təyin edərkən xəstəliyin hansı inkişaf mərhələsində olduğunu, əsasən də birincili şişin ölçüsünü və lokalizasiyasını nəzərə alır. Törəmənin ölçüsünün süd vəzinin ölçüsünə olan nisbətinə diqqət yetirir. Bu məqamda xəstənin yaşı da mühüm rol oynayır. Yəni həm xəstəliyin proqnozu, həm də döşün saxlanılmasının xəstə üçün vacibliyi nəzərə alınır. Süd vəzinin formasına və bu orqanın saxlanılmasına təsir edən digər faktorlara diqqət yetirilir. Bütün bunları tibbi və insani baxımdan saf-çürük edəndən sonra cərrah iki yoldan birini seçir: ya radikal mastektomiya (döşün kəsilib götürülməsi), yaxud lampektomiya və kvadrantektomiya həcmində orqansaxlayıcı əməliyyat taktikasını tətbiq edir.

SVX ilə mübarizədə bu mərhələyə gəlib çatıbsınızsa bilin ki, orqansaxlayıcı əməliyyatlar əsasən xəstəliyin erkən mərhələsində (I və II mərhələdə) tətbiq oluna bilər. Döşünüzdə kiçik ölçülü törəmələr varsa, cərrahiyyə əməliyyatından sonra şüa müalicəsi ala bilərsinizsə, o halda döşünüzü qorumaq şansınız çoxdur. Bir məqamı da nəzərə alın ki, orqansaxlayıcı əməliyyatdan sonra eyni süd vəzində xəstəliyin yenidən əmələ gəlmə ehtimalı ildə 0,5%-dən 1 faizədəkdir. Bu da törəmənin onkoloji xüsusiyyətlərindən asılı olaraq dəyişir.

Süd vəzi xərçənginin cərrahi yolla müalicəsində yalnız törəmənin çıxarılması kifayət etməz. Kanser kütləsinin götürülməsindən əlavə qoltuqaltı limfa düyünləri də çıxarılmalıdır. Limfa düyünlərinin disseksiyası törəmənin götürülməsi ilə eyni seansda, törəmənin yayılma dərəcəsini müəyyən etmək üçün aparılır. Limfa düyünlərində kanser hüceyrəsi müəyyən edilərsə, müalicə planı dəyişilməlidir.

Sonradan sürprizlərlə qarşılaşmamaq üçün əməliyyatdan əvvəl həkiminizlə ətraflı söhbət edin. Müalicə prosesinin gedişatı barədə dəqiq bilgi alın.

Əməliyyatdan sonra kimyəvi dərman müalicəsinə ehtiyac olarsa, xəstə əvvəlcə kimyəvi terapiyanı, sonra isə şüa müalicəsini qəbul etməlidir. Şüa müalicəsi qəbul edəcəyinizə, müntəzəm surətdə davamlı olaraq yoxlama-nəzarət (kontrol) müayinələrinə vaxtlı-vaxtında gələcəyinizə həm həkiminiz, həm də özünüz əmin olmalısınız. Bir özünüzə də sual verin: mən bu prosesə hazırammı? Nəzərə alın ki, uzun müddət davamlı nəzarət altında olacaqsınız. Fiziki ağrılara, mənəvi sıxıntılara dözə biləcəksinizmi? Yaşamaq, doğmalarınızın yanında olmaq, həyatdan həzz almaq istəyirsinizsə, dözməlisiniz. Sarsılmadan qətiyyət göstərməlisiniz. Özünüzdə bu gücü tapın. İnsan oğlu çox güclü və iradəlidir. Bəzən adi günlərdə ağlımıza belə gətirə bilmədiyimiz gücü ekstremal vəziyyətlərdə müşahidə edir, özümüzə heyran qalırıq. Özünüzə və gücünüzə güvənin.

Ümumiyyətlə, SVX-nin müalicəsi bir neçə mütəxəssis ”“ onkoloq, radioloq, patomorfoloqlar tərəfindən aparılır. Xəstənin psixoloji vəziyyətini nəzərə alaraq əməliyyatdan əvvəl və sonra psixoloq və psixiatorların da konsultasiyasına ehtiyac yarana bilər. Orqansaxlayıcı əməliyyatın icrası mümkün olmayan xəstələrdə mastektomiya əməliyyatı yerinə yetirilir ki, bu zaman süd vəzi regionar limfa düyünləri ilə birlikdə blok şəklində kəsilib götürülür.

Mastektomiya ”“ şiş kütləsinin ətrafındakı sağlam süd vəzi toxumasının regionar limfa düyünləri ilə birlikdə çıxarılması əməliyyatıdır. Bu halda xəstəliyin yenidən əmələ gəlməsi ehtimalı orqansaxlayıcı əməliyyatlara nisbətən 3-8% azdır. Orqansaxlayıcı əməliyyatlarda şüa terapiyası mütləq vacib olduğu halda, mastektomiyadan sonra müəyyən göstərişlər olmazsa, şüa müalicəsi aparılmaya bilər. Şiş kütləsinin ölçüsü süd vəzinin ümumi ölçülərinə nəzərən böyük, yaxud multisentrik (törəmənin sayının 1-dən çox olması) olduğu hallarda, əməliyyatdan sonra xəstənin şüa müalicəsi alması qeyri-mümkün olduqda mastektomiya əməliyyatının aparılması daha məqsədəuyğundur. Müasir dövrdə xəstənin öz toxumalarından və yaxud protezlərdən istifadə etməklə süd vəzində rekonstruktiv

əməliyyatlar icra edilir. Yəni qadına süni döş qoyula bilir. Unutmayın, tibb elmi sizin üçün bu imkanları da yaradıb.

Kimyəvi dərman müalicəsi

Qadınları ən çox qorxudan müalicələrdən biri kimyəvi dərman müalicəsidir. Bu terapiya xərçəng hüceyrələrini öldürən dərmanların damar yolu ilə bədənə yeridilməsindən və ya həb şəklində qəbul olunmasından ibarətdir. Həmin dərmanlar qan dövranına daxil olaraq bütün bədənə yayılır, beləcə uzaq orqanlara yayılmış xərçənglərin aradan qaldırılmasını təmin edir. Min təəssüf, bu preparatlar çox güclü təsirə malik olduqlarından xərçəng hüceyrələrini öldürərkən bəzi normal hüceyrələrə də zərər verə bilir ki, bu da yan təsirlərə yol açır... Lakin buna baxmayaraq, kimyəvi terapiya vacibdir. Düzdür, ağrılıdır, asan deyil. Amma vacibdir.

Nəzərə alın ki, xəstəliyin erkən mərhələlərində belə, xərçəng hüceyrələri SVX-dən qoparaq qan dövranı yolu ilə yayıla bilər. Bu hüceyrələr əlamətlərlə (simptomlarla) müşayiət olunmaya bilər, hətta rentgenoloji müayinələr zamanı görünməyə və fiziki müayinədə aşkar edilməyə bilər. Ancaq gizli-gizli, altdan-altdan öz işini görən bu mənfur hüceyrələr böyüməyə davam etsələr, bədənin başqa bölgələrində yeni şişlərin meydana gəlməsinə səbəb olarlar. Bax, kimyəvi dərman müalicəsi məhz belə hüceyrələri tapıb məhv etmək üçün tətbiq olunur. Kimyaterapiya bütün orqanizmə təsir göstərən sistemli dərman terapiyasıdır. Məqsədi də törəməni, damar və limfatik yolla başqa orqanlara yayılan şiş hüceyrələrini məhv etməkdən ibarətdir. Müasir dövrdə çoxsaylı kimyəvi dərman preparatları var. Əsas prinsipsə budur: daha sürətli bölünmə qabiliyyətinə malik olan şiş hüceyrələrini bu xüsusiyyətindən istifadə yoluyla məhv etmək və ya böyüməsinin qarşısını almaq.

Cərrahiyyə əməliyyatından sonra kimyaterapiyanın tətbiqi döş xərçənginin yenidən əmələ gəlməsi ehtimalını azaldır. Kimyaterapiya cərrahiyyədən əvvəl də tətbiq edilə bilər. Bu, birincili şişin kiçilməsini və beləcə daha asan çıxarılmasını təmin edər.

Bilin ki, SVX yeni aşkar edildikdə belə döşdə mikrometastazların varlığı ehtimal olunur. Bu səbəbdən, son 30 ildə erkən mərhələdə süd vəzi xərçənginin cərrahi müalicəsinə əlavə olaraq mikroskopik metastazları yox etməyi hədəf götürən qoruyucu (adyuvant) kimyaterapiya və hormonoterapiya təyin edilir. Sevindirici haldır ki, adı çəkilən müalicələr sayəsində həm xəstəliyin yayılma müddətində, həm də ümumi yaşama göstəricilərində yaxşılığa doğru dəyişmə müşahidə olunur. Yaxın vaxtlarda bunlara bir də bioloji müalicə əlavə olunub.

Həkim müvafiq bir adyuvant müalicə planını seçərkən bir sıra faktorlara diqqət edir: xəstənin yaşı, şişin diametri, qoltuq altındakı metastatik limfa düyünlərinin miqdarı, estrogen (ER) və progesteron (PR) hormon reseptorlarının ekspressiyası, xəstədəki digər xəstəliklər və HER2/neu geninin ekspressiyası müvafiq dərman sxemlərinin seçilməsində vacib rol oynayır. Qeyd edək ki, hormon reseptorları neqativ olan SVX zamanı antiestrogen müalicədən istifadə edilmədiyi kimi, HER2/neu gen ekspressiyası mənfi olan SVX-də də trastuzumab adlı bioloji müalicədən istifadə edilməsinin heç bir faydası yoxdur.

Optimal kimyəvi dərman müalicəsinin müddəti 4-6 aydır. Müalicə sxemi seçilərkən dərmanların kənar təsirlərinə və xəstənin digər xəstəliklərinə mütləq diqqət edilməlidir. Xəstə bilməlidir ki, kimyaterapiya nəticəsində saç tökülməsi, ürəkbulanma, qusma, halsızlıq, ishal və ya qəbzlik, aybaşı nizamsızlıqları, dırnaq və dəri dəyişiklikləri, həmçinin erkən menopauza riski var. Amma bu kənar təsirlərin çoxu keçicidir, yəni müvəqqətidir. Müalicə əsnasında ən çox diqqət çəkən məsələlərdən biri də infeksion xəstəliklərə qarşı alınacaq tədbirlərdir.

Hormonoterapiya

Kimyaterapiya bitdikdən sonra hormonal reseptorları müsbət olan xəstələrə hormon müalicəsi təklif edilir. Reproduktiv dövrdə olan xəstələrə 5 il müddətinə selektiv antiestrogen olan Tamoksifen təyin edilir. Həmçinin 40 yaşın altında olan xanımlara, ən az 2 il müddətlə, yumurtalıq funksiyasını müvəqqəti olaraq dayandıracaq dərmanlar verilir. Menopauza dövründə olan xəstələrin adyuvant hormon müalicəsində Tamoksifenlə yanaşı, aromatazanın inhibitorlarından da istifadə etmək mümkündür. Bu gün istifadə olunan 3 növ aromatazanın ingibitoru vardır; anastrazol, letrozol və eksemestan. Bu dərmanların istifadəsi zamanı nizamlı ginekoloji müayinələrdən keçmək vacibdir, osteoporozla əlaqədar xəstələrə illik nəzarət edilməsi, xüsusilə aromatazanın inhibitorlarından istifadə zamanı qan serumunda xolesterol səviyyələrinin yoxlanılması lazımdır. Yadınızda saxlayın ki, Tamoksifenlə bağlı qara ciyərdə piylənmə, atəş basması, çox nadir də olsa uşaqlıq xərçəngi, damar tıxanmaları və görmə pozğunluqları ola bilər.

Radioterapiya

Radioterapiyada yüksək enerjili şüalar (x şüaları kimi) vasitəsilə xərçəng hüceyrələri məhv edilir və ya kiçildilir. SVX-nin müalicəsi üçün həm xarici, həm də toxumadaxili şüa verilə bilər. Radioterapiya cərrahiyyə əməliyyatından sonra süd vəzində, döş qəfəsinin ön səthində və ya qoltuqaltı nahiyədə qalan xərçəng hüceyrələrini aradan qaldırmaq üçün istifadə edildiyi kimi, daha az sıxlıqla cərrahi əməliyyatdan əvvəl şişin kiçildilməsi üçün də tətbiq oluna bilir.

Şüa müalicəsinə əməliyyatdan təxminən bir ay sonra başlanılır, 6 və ya 7 həftə boyunca həftənin 5 günü davam edilir. Hər seans bir neçə dəqiqə çəkir. Şüa müalicəsi ağrısızdır. Bu terapiyanın ən əhəmiyyətli yan təsirləri süd vəzində şişlik və ağırlıq hissi, müalicə tətbiq olunan bölgədə günəş yanığına bənzər dəyişikliklər və halsızlıqdır. Bilin ki, süd vəzi toxumasında və dəridə meydana gələn dəyişikliklər, ümumiyyətlə, 6 aydan 12 ayadək müddətdə itir. Bəzi qadınlarda isə müalicədən sonra süd vəzi daha kiçik və daha möhkəm hala gəlir.

Gördüyünüz kimi, sağlamlığınıza həssas yanaşma, xəstəliyin müalicəsinə ağıllı və təmkinli münasibət sayəsində süd vəzi xərçənginə də qalib gəlmək mümkündür. İradəli olun və xəstəliyə deyin: “Süd vəzi xərçəngi, mən səndən güclüyəm!”

Günay Əhmədova

onkoloq, tibb üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:05, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - FOTO
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:52, Bu gün
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 14:30
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 14:30
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan