Artıq bəlli bir müddətdir ki, Rusiya ilə Ukrayna arasındakı gərginlik davam etməkdədir. Rusiyanın Ukrayna torpaqlarının bir hissəsini hələ də işğal altında saxlaması tərəflər arasında yeni bir savaşın başlaması riskini artırır ki, bu da lokal toqquşmalarla yanaşı, həm də uzunmüddətli psixoloji gərginliklə müşahidə edilir.
Maraqlıdır, Rusiyanın
Ukrayna ilə yeni bir savaşa başlamaq ehtimalı varmı? Kreml indiki şəraitdə belə
bir müharibənin başlamasında maraqlıdırmı?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev Rusiyanın belə bir
savaşda maraqlı olmadığını vurğuladı:
“Bu gün Rusiya üçün ən
vacib məsələ işğal etdiyi əraziləri öz nəzarətində saxlamaq, Qərblə dil tapmaq,
Minsk razılaşmasının tələblərini yerinə yetirməkdir. Rusiya Qərlə anlaşmaqla
Ukrayna münaqişəsi səbəbi ilə ona qarşı tətbiq edilən sanksiyaları aradan
qaldırmağa, bu sanksiyalardan canını qurtarmağa çalışır. Bu gün Rusiyanı ən çox
narahat edən məsələ budur. Odur ki, Ukraynada Rusiyanın təşəbbüsü ilə yeni bir
müharibənin başlayacağını düşünmürəm”.
Seymur Əliyev