Ehtiyatda olan zabit, mayor Rasim İmanov prezident İlham Əliyevə müraciət ünvanlayıb. Moderator.az saytı və "Hürriyyət" qəzetinə göndərilən müraciətdə 34 il ordu sıralarında qüsursuz şəkildə xidmət etdiyinə diqqət çəkən R.İmanov Ali Baş Komandandan mənzil probleminin həllinə yardımçı olmağı xahiş edib:
“Möhtərəm prezident,
cənab Ali Baş
Komandan mən, ehtiyyatda olan
zabit mayor İmanov
Rasim Əli oğlu
Qarabağ müharibə veteranı, Silahlı Qüvvələr veteranıyam. Zəngilan rayonundan
məcbüri köçkünəm. Dövlət
Sərhəd Xidmətində 25 təqvim ili, güzəştli
olaraq 34 il qüsursuz
xidmət etmiş, II və III
dərəcəli qüsursuz xidmətə
görə medalla təltif
edilmiş, SSRİ və Azərbaycan Respublikasi Sərhəd Qoşunlarında
nümunəvi xidmətə görə dəfələrlə Fəxri
Fərman və medallara
layiq görülmüşəm. Bu gün yalnız
öz adımdan deyil, bütün ailə üzvlərimiz adından sizə müraciət edirəm.
Mən DSX-nin
rəisinin 30.06.2011-ci il
tarixli 942 s/h əmri ilə yaşa
görə Silahlı Qüvvələrin
ehtiyatına buraxılmış və qeydiyyata
götürülməsi üçün Zəngilan
rayon hərbi komissarlığına göndərilmişəm. Xidmətimin 14
ilini ailə üzvülərimlə birlikdə
döyüş bölgəsində (Horadiz ”“ Füzuli) keçirmişəm. Lakin 30.06.2011-ci
il tarixindən qoşunlardan
təxris olunmağıma baxmayaraq
mənim “Hərbi Qulluqçuların
Statusu haqqında” Azərbaycan
Respublikasının Qanununun 12-ci
maddəsinin 2-ci bəndində
nəzərdə tutulmuş ehtiyyata
buraxıldıqdan 6 ay
müddətində mənzillə təmin
olunmaq hüququm pozulub. Sərhəd
Qoşunları haqqında 1993-cü
il 06 yanvar
tarixli Azərbaycan Respublikası
Qanunun IV fəslində
39-cu maddəsində Sərhəd
Qoşunlarının mənzil fondunun
xüsusiyyətlərini müəyyən edir. Həmin
maddəyə görə sərhəd
qoşunlarının hərbi qulluqçuları
Azərbaycan Respublikasının mənzil
qanunvericiliyinə müvafiq olaraq
sərhəd qoşunlarının mənzil
fondundan ayrılan mənzil
sahəsi ilə təmin
edilirlər.
Bundan başqa
“Azərbyacan Respublikası Silahlı
Qüvvələrinin 20 təqvim
ili və daha
çox qüsursuz xidmət
etmiş hərbi qulluqçularının sosial
müdafiəsinin gücləndirilməsi tədbirləri
barədə” Azərbcaycan Respublikası Prezidentinin 28 dekabr
2011-ci il tarixli
569 nömrəli Fərmanına
uyğun olaraq dövlət
vəsaiti hesabına mənzil
verilməsini xahiş etmişəm.
Mənzillə təmin
olunmağım üçün xidmət
dövründə (2006-cı il) və
ordudan təxris olunduqdan
sonra (02.12.2011 â„– 12
/501/13/İ-1382/3) DSX-nin rəisi cənab
Elçin Quliyevin rəsmi
qəbulunda olmuşam. Onu da qeyd
edim mi, 2001-ci il tarixdə
döyüş bölgəsində Horadiz
SD-də xidmət edərkən
şəraitsizlikdən həyat yoldaşım
sağlamlığının bir hissəsini
itirmişdir. (Ekipriz ”“ 04.10.2001 “Semaşka”
cərrahiyyə şöbəsi)
Möhtərəm prezident. Mənzillə təmin
olunmaq hüquqlarımın pozulduğu
üçün kömək məqsədi
ilə rəsmi olaraq
bütün əlaqədar dövlət qurumlarına
müraciət etmişəm. Lakin təəssüflər
olsun ki, bu müraciətlərin heç biri mənim pozulan hüquqlarımın bərpası üçün yetərli
olmayıb.
Cənab prezident.Dəfələrlə Azərbaycan
Respublikası Prezidentinin Hərbi
Məsələlər üzrə müşaviri
Cənab Vahid Əliyevin
qəbulunda olmuşam (müavinlər qəbul
edib). Qəbul zamanı müavinlər
tərəfindən bizə yaxın
vaxtlarda mənzil veriləcəyinə
söz verilib. Mənzillə əlaqədar
Azərbaycan Respublikasının prezidentinin müdafiə məsələləri
üzrə şöbə müdiri
cənab general-leytenant Məhərrəm
Əliyevə rəsmi müraciət
ünvanlamışam. (20.02.2014-SS127319419
AZ)
18.09.2012-ci il
tarixində sizə telefonoqramma vuraraq
ərizələrimə baxılmasını xahiş
etmişəm. Qeyd etmişəm ki, müraciətlərim süründürməçiliyə salınır, problemin həlli istiqamətində real
addım atılmır.
Müraciətlərimin və ərizələrimin ötür-ötür
oyununa salındığı üçün
aidiyyatı üzrə dövlət
orqanı olaraq Şirvan
İnzibati-İqtisadi Məhkəməsinə
(Hakim Elxan Əmirəliyev), Şirvan Apelyasiya
Məhkəməsinə (Hakim Zeynal Zeynalov), Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinə
(Hakim Mahir Muradov), Azərbaycan Respublikası
Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Hakim Kəmaləddin
Bədəlov) müraciət etmişəm. Həmin
məhkəmələrdə pozulmuş hüquqlarımın
təmin edilməsi üçün
qaldırdığım iddialara baxıldı
və çox təssüflər
olsun ki, 3 ildi
ki, gedən məhkəmə proseslərində
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd
olmaqla qanunsuz, ədalətsiz qərar
qəbul edildi.
Azərbaycan Respublikasında müraciət
etmədiyim dövlət orqanları
və məhkəmə sistemi
qalmayıb. Nə üçün məhkəmələr
və dövlət orqanları
məni Beynəlxalq Məhkəmələrə
üz tutmağı vadar
edir? Axı sizin dövlət məmurlarının
vətəndaşların hüquqlarını pozmamaqla bağlı xüsusi göstərişiniz
var.
34 il
xidmətdən sonra mən
hal-hazırda 5 nəfər
həddi-buluğa çatmış ailə
üzvlərimlə birlikdə kirayədə
yaşayıram. Bakı şəhəri Xətai
rayonunda Sərhəd Qoşunlarının
hərbi qulluqçular və
ehtiyyatda olan zabitlər
üçün dövlət hesabına
6 binadan ibarət
540 mənzilli yaşayış
sahəsi tikilib istifadəyə
verilib. Nə üçün Sərhəd
Qoşunlarının rəhbərliyi məni mənzillə təmin
etmək istəmir? Bunu anlaşım deyiləm.
Cənab ali baş komandan! Yuxarıda qeyd
edilənləri nəzərə alaraq xahiş edirəm ki, uzun müddət
nümunəvi xidmətimi, Qarabağ müharibəsi
və Silahlı Qüvvələrin
veteranı olmağımı, Zəngilandan
5 nəfər ailə
üzvü ilə birlikdə
köçkün düşdüyümüzü nəzərə
alıb mənim mənzillə
təmin olunmağımı aidiyyatı
qurumlara xüsusi göstəriş
verəsiniz. Bütün ümidimiz sizədir”.
Seymur Əliyev