Təhsil problem deyil, problem təhsildir
Oxunub: 2992
11 Sep 2015 | 17:44
Təhsil problem deyil, problem təhsildir

Gənclərə və valideynlərə daha çox xitab etmək gərəklidir. Qoy, hər yazılan yazı birər xitab olsun müasir gəncliyə və yönləndirməyə. Əskiləri oxumasın qoy gənclər, buna da razı olun, barı bir az çağdaşlaşaq. Hər mədəniyyət, hər fəaliyyət, hər sivilizasiya, istənilən gənclik müxtəlif yollarla və eyni şəkildə püxtələşir, formalaşır. Bizim istədiyimiz, daha doğrusu, başdakı böyüklərin istədikləri beyin yüklənməsidirsə, buna, yəni beyninizin istənilən məlumatı həmişəlik saxlamağa çalışmasına öyrəşməyinizdəndir. Etirazınızı açıq-aydın dilə gətirmədiyiniz üçün sizə istəmədiyiniz bilgiləri də maraq dairənizdə olanlarla birlikdə yükləyirlər. Bunun əsas səbəbi metodsuzluq idisə, indi insanına dəyər verməməkdir. Təhsil verdiklərini öz üzərinə qaldırmamaq üçün, yəni sırf öz mənfəətini güdərək bəzi güzəştlərə getsən belə, onlara nə öyrədəcəyin mövzusunda da qərarsızsan sanki. Təhsil insanın bilgi dairəsinin genişləndirilməsidir. Məsələn, bir humanitar yönümlü şagirdin beynini qocaman fizika, kimya dərslikləriylə doldurmaq onun psixoloji sarsıntısına səbəb olur və şagird bundan sonrakı görəvlərini də həmin fizikanı öyrəndiyi kimi, başından edərcəsinə yerinə yetirir. Bu, vərdiş halına çevrilir.

Bizi qarşılayan yeni formalaşma dövrü düşüncəyə, tam olaraq dərin dərrakəyə, zehniyyətə əsaslanır. Hər yeni rahatlıq yeni sınaq və əlavə çətinlik olmalıdır. Hətta bunu belə insan özü beynində tənzimləməlidir. Hər yeni yenilik həqiqətən də yenidir və müəyyən əfkara əsaslanmışdır. Türk gəncliyi öz sinəsinə döyərkən Qərb öz imkanlarını daha da genişləndirdi. Şərqdə doğulan mədəniyyət Qərbdə böyüyüb boya-başa çatdı. Şərq “halva-halva” dedi, Qərb həmin “halva”nı yedi. Əlimizdəkilərlə yetinməyimizdədir səbəb. Bu gün xaricdə oxuyan tələbərin var, onların dünyagörüşləri zəngindir və sən onlara baxıb qürrələnirsənsə, daxilini necə tənzimləyəcək, idarə edəcəksən.

Dilimizi belə yalan satan şər düşüncəli yalnızca öz mənafelərini düşünən qüvvələr bu gün həyatımızın istənilən sahəsində bizi qarabaqara izləyirlər. Bizimsə izlədiyimiz başqalarını həsədlə izləməyimizdir. Bu gün qalxınmasaq, mən qalxmasam, sən qalxmasan, kimi qaldıracaq bizi, görəsən? Tənqidlər kifayət eləmir, onlar tezliklə solan çiçək kimidirlər. Keçmişi geridə qoyub yeni üsullarla oyandırmaq lazımdır cəm olan insanları. Onlar yalnızca əyləncəyə toplanırlar bu gün, təəssüf ki, digər məqsədləri yoxdur. Keçmişi irəliyə çıraq tutub gələcək üçün çarpışmaq əsasdır. Nəticə çıxarılası qaranlıqdan keçib irəliləyirik. Həyat davam etdikcə, dünya var olduqca heç nə gec deyil, buna inanmaq vacibdir. Və müəllimlərimizə də başa salmaq gec deyil ki, sizin dərsinizdə uşaqlar daima yuxulayırlar. Bəlkə onları ayıltmaq əvəzinə özünüz ayılasınız birinci. Mənim tarix müəllimlərimdən biri bütün dərsi danışırdı da, bizim beynimizə heç nə daxil olmurdu. Qulaq birindən qəbul edib digərindən buraxır. Tarix yaşanaraq öyrədilməlidir halbuki. Biz isə dərslərimizdə ölürük, yaşamaqdan, yaşatmaqdan söhbət belə gedə bilməz. Tarix araşdırmalarla öyrənilməlidir, yoldaş müəllim, yoldaş şagird, yoldaş təhsil. Və bu gün belə öz sovet ideologiyasını milli məfkurəsi sayan yaşı altmışı keçmiş müəllimlər, məktəb direktorları var. Onlar sizin, bizim çağdaş gənclərimizə öz fikirlərini aşılayır, bununla örnək olmağa çalışırlar. Bəzən də heç çalışmırlar, hər şey olduğuna, olacağına varır.

Xeyr, günah təhsildə deyil. Təhsil heç vaxt günahkar ola bilməz. Təhsil günahkardırsa, onu məhv edək. Buyurun, oturaq və günahkar qılmağa şəxs arayaq. Günahı dində də gördülər, gerilikdə də gördülər, İslamda, azad fikirdə də gördülər. Günah “Qurani-Kərim”dədir ki, ilk sözü “Oxu!” idi Məhəmmədə(s.) göndərilən. Əgər bu gün oxuyursan və Yaradan Rəbbinin adıyla başlamırsansa, ey gənc, şər əməl tutursan.

Düzəltmək və düzəlmək insanın çalışmağa bacardığı işdir. İstənilən gediş gəncliyin gəlişi üçündür həyat lövhəsi üzərində. Yaxşı oynamaq üçün yaxşı düşünmək, yaxşı düşünmək üçün isə, yaxşı qidalandırmaq lazımdır əfkarı. Dünya zehni-səltənətə çevrilir. Cahangiranə kainat bizi idarə etmir və o, heç də cahangir

deyil. Sən əsil Cahangirin fərqinə varsa idin, hər şey tamam fərqli olardı, ey insan. Axı niyə Nəcip Fazil söyləyir:

“Deyirlər, Dünya öküz üzərində fırlanır,

Dünya üzərində fırlanan neçə öküz gördüm.”

Və zaman var idi, insanların gözündə cahangir həmin öküz idi, Yeri fırladan. İndiki cahangirlər yer üzərində fırlanan öküzlərdir. Çox uzun zaman sonra bəlkə, amma əsl Cahan Sahibini hamı tanıyacaq. Özünü hökmdar sayanlar da utanacaq, miskin həyat sürüb nafilə yerə əllərini göylərə açanlar da. Allah ona açılan heç bir əli boş qaytarmır geri, o əl hərəkət etsə öz gücünə bir azcıq.

Və bu gün Yer üzünün insanları adamı boğan, xəstəliklərə səbəb olan toz yığını kimidir. Toz varsa əgər, onu soran da icad edilmişdir mütləqa. Diqqətli ol, ey türk oğlu, “mən uluyam!” deyib keçmə. Zira nə ulayanlar gördük bircə addım sonra yerdə xalqın gözündəki kədəri oxumayanları. Çox xalqlar yanıldı və bəlasını davamları çəkdi. Keçmişini yaşamayan gələcək onu gerçəkdən yaşamağa məhkumdur. Torpaqlarını gerimi qaytarmaq istəyirsən? O torpaqlar sənindirmi həqiqətən? “Bir şey əlində deyilsə, sənin deyil” prinsipini mənə hayat öyrətdi. Bəli, ən böyük öyrətmən səni öyrədən deyil, ən böyük öyrətmən sənin öyrəndiyindir, yəni sən özünsən. Qarşına çıxanı anlayaraq öyrənib istifadəyə yararlı olub-olmadığını özün müəyyənləşdirəcəksən. Bax, bunu öyrətmək lazımdır gəncliyə. Necə öyrənmək lazım olduğunu, öyrənmək bacarığını aşılamaq lazımdır. Yoxsa, nə qədər çeynəsən də loxmanı, öz dişi əzməyibsə, dadını anlamayacaq. Əzbərləmək qısamüddətli olsun qoy, amma bəzi şeylər var ki, dostlarım, onları əzbərləmək mümkün olmayacaq. Anlamasan, öyrənə bilməyəcəksən.

Ağlındakı problemi ilk öncə özündə ara. Tapa bilmədinsə, “yoxdur” demək olmaz. Həyat başdan-ayağa problem yığınağıdır. Bu problemlərdən arınmaq üçün onlardan qaçmamalısan. Əgər sağlam nəsihət arzusundasansa, ruhunu qoy qarşına, söhbət elə, araşdır nə istədiyini onun da. Ruhunu anlamayan gənclik gələcəyin ən ali əlilidir. Ruh sənin daxilindir. Sənin ruh aləmin sənin mənəvi orqanındır. Onu müayinələrdən məhz özün keçirməlisən. Gəncliyin ilk öncəki sorunu nə istədiyini bir dürlü müəyyənləşdirə bilməməsidir. Qərarsızdır çağdaş türk gənci. Xəyalların

ardıyca qaça-qaça yoruldunmu, zavallı? Bəlkə də onları uzaqdan seyr eləyərək daima... Bütün bu miskinlik gələcək problemlərin çarçısıdır. Oturdunuzsa, o həzzi bir daha əldən vermək istəməyəcəksiniz. Odur ki, mənzil başına çatmamış yer rahatlamayın arxanıza.

Bir nəsil əvvəlcə özünü, sonra da gələcək nəsillərini düşünməlidir. Özünü düşünən mövcudiyyət gələcəyini də düşünər və gələcək mövcudiyyəti də düşünər. Yaşından asılı olmayaraq, hər bir insanın amalı da, fikri də, çabası da kamilləşmək üçün sərf edilməlidir. Gənclik kamil düşüncələrin üzərində qurulmalıdır ki, yarımçıq çatı olmasın başımıza.

Oxşar xəbərlər
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...