Həyatı köçürtməyin cansıxıcı detalları
Oxunub: 5880
21 Sep 2015 | 10:56
Həyatı köçürtməyin cansıxıcı detalları

Moderator.az yazıçı Qan Turalının yeni hekayəsini təqdim edir.


İyirmi dörd saat işləyən köşkdən bir şüşə soyuq su alıb xırda qəpikləri cibinə soxdu. Bir udum içib yoluna davam elədi. Bu küçədə qarşısına daim eyni adamlar çıxırdı və bu adamlar ona fikir vermirdilər.

 

Qapıları min ildir qapalı olan kilsənin qarşısından keçib sola döndü. Son müştərilərinə göz qoyan ofisiantlara baxdı. Nəfəsini dərmək üçün dayananda cibindən kağız çıxartdı, baxmadan gecəyə bir söz pıçıldadı: “Nuray”. Kağızda bir cümlə yazılmışdı: “Həftənin cüt günləri...” Mənzilə çatmamış son döngədə dayandı, şüşədəki suyu əlinə töküb üzünə çırpdı. Sürətlə döyünən ürəyinin sakitləşməsini gözlədi.

                              

Üstündə işıq reklamları sayrışan binaya girdi, Nurayı görmədi. Onu heç kimdən soruşmadı; belə şərtləşmişdilər. Divana çöküb Red Bull istədi, kök qadın gətirdi. Red Bulldan stəkana süzdü, içinə buz atdı. Qadın “Jack Daniels”i götürəndə əliylə “Yox” işarəsi verdi. Stolun üstünə beş manatlıq tulladı.

 

Bir qız gəlib yanında oturdu. “Nuray niyə yoxdur?” - deyə soruşdu o qızdan. Qız “Nurayı tanımıram” - dedi. Əlini cibinə atdı, 20 manat çıxartdı, “Nurayı tap, bunu sənə verim” - dedi. Qız ayağa qalxıb kök qadının yanına getdi. Kök qadın  başını “yox” mənasında yellədə-yellədə danışırdı. Qız masaya məyus qayıtdı. Ondan heç nə soruşmadı. Hər şey aydın idi. Qıza viski sifariş verib yaxın oturdu, qız onu qucaqladı. Nurayı düşünməyə başladı. Beləcə yuxuya getdi. Yuxuda mahnı eşidirdi: “Yatcaz, kalkcaz, hop ordayım”. Ayılanda sakitlik idi. Tək idi və üstünə adyal örtmüşdülər. Geniş salonda heç kim yoxuydu, bircə kök qadının oturduğu stolda başqa bir qadın oturmuşdu. Qadın ona yaxınlaşanda pivə istədi.  Saat 8-in yarısıydı. Pivədən turş qoxu gəlirdi. Efes Draft istədi, o da turş idi. Qadın gözə dəymirdi. Stolun üstünə beş manat qoyub çıxdı. Parkda idman edənlərin nifrətli baxışları altında siqaret çəkməyə başladı. Yuxu onu siqaret çəkdiyi yerdə haqladı.

 

Qoca bir səsə ayıldı. “Bəlkə deyirəm siz... O film... İndiki cavanlar hər şeyi bilirlər... Bəlkə, o film yadınızda ola. Bir qız olur. Evə gəlir. Blokda yubkasını qaldırıb ayaqlarına dezodorant sıxır. Sonra da evə girir. Evdə bir oğlanla yatağın üstündə atılıb düşürlər. Guya ki... Başa düşdün də. Sonra qonşu qapını döyür. Bəlkə baxmısan o filmə”.

 

Sərxoş adamlara məxsus aşırı diqqətlə qocanı dinlədi, dediklərindən bir məna çıxartmağa çalışdı, lakin sözlər anlaşılmaz idi. “Siz nə soruşurdunuz? Başa düşmədim”. Qoca eyni sözləri təkrar edəndə başa düşdü ki, düz eşidib. “Hə, siz o filmi deyirsiniz”. Qoca açıqca sevindi: “Hə, adını bilirsinizsə, deyin. O filmi axtarıram. Qız blokda ayaqlarına dezodorant vurur. Sonra da...”. “Sizə o filmin necə bitdiyi lazımdır? Yoxsa nə?”. Qoca duruxdu: “Yox, mənə o filmin adı lazımdı”. “Neynirsiz o filmi?” - soruşdu. Qoca “İstəyirəm o filmə təzədən baxım, o filmin adı lazımdı mənə”. Telefonunu çıxartdı, amma inanmırdı bu qırıq-qırıq məlumatlarla o filmin adını tapa. Telefonun batareyası bitmişdi. Amma qocanı ümidsiz qoymaq istəmədi: “Telefonunuzu mənə verin, kinodan yaxşı başı çıxan dostlarımdan soruşub sizə deyərəm”. Kişi cibindən qələm və kağız çıxardı, nömrəsini yazıb ona verdi və təşəkkür edərək uzaqlaşdı.

 

Taksi blokun qarşısında saxlayanda onun pilləkənləri çıxmağa həvəsi qalmadı. Siqaret heç bir ləzzət vermirdi, bədən bir neçə günlük nikotin tələbatını almışdı, amma yenə də ritualı pozmamaq naminə birini yandırdı. Bir orta yaşlı kişi yaxınlaşdı ona, məhəllənin avaralarından idi, gecəyarı da, səhər obaşdan da onu həyətdə görürdü.

- Salam qaqaş.

- Salam.

- Mənim quşumu görməmisən?

- Quşu?

- Xallı quş, görməmisən?

- Görməmişəm.

 

Quşbaz başını yelləyib uzaqlaşdı. O da pilləkənləri çıxıb liftin düyməsini basdı, liftdən düşən iki oğlan “Bağışlayın, həyatı köçürdürük deyə lifti məşğul elədik” dedilər. Evə girib koridordan qonaq otağına göz atdı, bir həftə bundan qabaqkı otaq idi, boş pivə butulkaları, başından bir az yeyilmiş çips qutusu, külqabıya çevrilmiş boşqablar. Bütün paltarlarını əynindən çıxardıb özünü yatağa atdı. Yerə tökülən qəpiklərə fikir vermədi.

 

O oyananda alatoran idi. Hamama girib duş aldı, mətbəxə qayıdıb bir pivə götürdü. Yatağına uzandı. Telefonu şarja taxdı. Pivə içə-içə telefonunu açdı. Qeydlər bölməsinə baxdı. Sonra da təqvimə. Bu gün tək gün idi. Operatorun yaddaşında qalan mesajlar telefonuna tökülürdü, endirimlər, lotereyalar, kompaniyalar, ardınca cavabsız zənglər...

 

Kök qadın onu görən kimi gülümsəyib salam verdi. Divanda onu görən kimi sözlərini kəsib olduğundan daha gözəl görünməyə çalışan qızları bir-bir süzdü. Gedib uzaqdakı stolda oturdu. Kaş üzünü, ya da heç olmasa gözlərini xatırlayaydı. Cibindən qələm çıxardıb salfet kağızlarına fotorobotlar çəkməyə başladı. Son çəkdiyi Hitlerə oxşayırdı, yanına svastika çəkib salfeti külqabıya atdı. Saçlarını sarıya boyamış arıq qızı çağırdı. Arxa otağa keçdilər. Hamama girdi, nəmli duş kabininə “Nuray” yazdı.  Qız yataqda onu gözləyirdi, o da qızın yanına uzandı. Sonra zəngi basıb bir şüşə viski istədi. Stəkanı doldurub başına çəkdi, özünü ürəkbulanmadan güclə saxladı. Yenə hamama girdi, su damcıları “Nuray”a hücuma keçmişdi, “N” hərfinin başı pozulmuşdu.

 

Viski şüşəsini götürüb yerinə qayıtdı, salfetkaları qaldırıb fotorobotlara baxdı, yenə heç biri tanış gəlmədi. Qələmi götürdü, lakin əlləri sözünə baxmırdı. Pivə istədi, bir uduma pivəni yarıladı, üstünü viskiylə doldurub qızın yanına qayıtdı. Qız yataqda hələ də çılpaq uzanmışdı. Kətildə oturub onu seyr elədi. Bir siqaret yandırıb parçı başına çəkdi. Cibindən kağıza bükülmüş marixuananı siqaretlə yandırıb siqareti parça atdı. Uzaqlardan qulağına bir səs gəldi: “Çək nəşəni tüstüsü dağlara yayılsın”. Həyat bir kino lenti kimi gözlərinin önündən keçmədi, amma montajsız kadrlar gəldi qarşısına. Budur, doqquz yaşında, Kürün sahilindədir, lilləri ağac budağı ilə qarışdırır.  Ya da on dörd yaşında məktəb yeməkxanasında SSRİ tarixi oxuyur. 11 yaşında bir qızla əl-ələ tutub dərsdən gəlir. Avtomatlı OMON-çular mindiyi avtobusun qarşısını kəsir. Uşaq vaxtı gördüyü bir yuxudu bu, göydə uçurdu. Dörd yaşlı mavi gözlü qızı xatırlayır. Bir qız onun qarşısına pivə qoyub otaqdan çıxır və o, qızın çiyninə tökülmüş saçlarına baxır. Altı yaşında qonşunun maşınının şüşəsini sındırması yadına düşür. Universitetin uzaq küncündəki hovuzun kənarında dayanıb tökdüyü göz yaşlarını bir film kimi qarşısında canlanır. Araq şüşəsi görünür: “Russkiy standart”. Qabağına qoyulan südlü sosiskalara baxır. Uşaq vaxtı gördüyü zooparkı görür - ağ ayılar, qırmızı canavarlar, yorğun fil... Arıq bir polis, yanında dostu... O, parkda uzanıb. Yox, bu daha xəyal deyil... Dostunun sifətində  şən görünməyə çalışan pərt adamın ifadəsi vardı. Əlindəki butulkadan onun üzünə su çilədi, sonra polisin köməyi ilə onu maşına apardılar. Dostu elə hey danışırdı, arada sözlər onun qulağına çatırdı, lakin bu qırıq-qırıq sözlərdən söhbətin məzmununu anlamaq mümkün deyildi. Susuz idi, ac idi, bir cümlə qurub aclığını, susuzluğunu dostuna çatdırmaq istədi, lakin “Görəsən, parkdakı ördəklər qışda harda qalır?” - cümləsi çıxdı. Sonra bir müddət susdu, maşın svetoforda dayananda üzünü dostuna tutub dedi: “Acam!” Dostu svetofordan sola burulub bir kafenin qarşısında saxladı, içəri keçdilər. O, vitrindəki ayran bankasını başına çəkib hamısını içdi, salfetka ilə ağzını sildi. Qadın ofisiant kartof və toyuq qızardılmış iri bir tavanı onların qarşısına qoyan kimi toyuq döşünü dişinə çəkərək yeməyə başladı. Yemək yedikcə özünə gəlirdi, lakin doymurdu. Bir azdan çörək batırdığı tavanı ortalıqdan götürdülər. Qız süfrəyə kolbasa, pendir, dovğa, çoban salatı qoydu. Yedikcə üzündə tox insanlara xas məmnun ifadə yaranırdı. Qulağı səsləri təmiz götürə bilirdi, nitqi də qaydaya düşürdü, dostunun danışdıqlarını da anlayırdı. Süfrənin üstündə yeməyə bir şey qalmadığını görüb ofisiantı çağırdı. Ofisiant süfrəni yığışdıranda ilk dəfə onun sifətinə baxdı və gülümsədi. Sonra telefonunu alnına qoyub yan tərəfdəki divanda yatan gənc oğlanı gördü, telefondan kədərli mahnılar axırdı. Dostu ofisiantın gətirdiyi çayı stəkanlara süzüb ciddi söhbətə başlayan adamlara xas qətiyyətlə soruşdu:

 

- Sənə nə olub? Polis sənin telefonundan zəng elədi, dedi ki, bəs, gəl, halı pisdi. Deyirəm, nolub, deyir, məndən soruşur ki, xallı göyərçini görməmisən? Dalınca hansısa film haqda soruşmusan. Cibindən 50 manat çıxartmısan ki, ratsiyanı ver, bütün polislərə bir mesajım var. Polis ratsiyanı söndürüb verib sənə. Sən də ordan anons eləyib demisən ki, mənə Nurayı tapın! Hardasa əlli dəfə demisən bunu! Axırda da özündən getmisən.

 

- Bu haqda danışmayaq bəlkə?

 

- Bəs nə haqda danışaq? Gecə saat 5-də bu kafedə niyə görüşmüşük səncə?

 

- İncitmə də məni... Qoy çayımı içim...

 

- Yaxşı. Bircə bunu bil ki, mən sənin Tarkovski kimi bir rejissor olmağını gözləyirəm! Qarşında böyük üfüqlər var.

 

- Cəhənnəm olsun Tarkovski! Mən heç kim olmaq istəyirəm!

 

Başını aşağı saldı, telefondakı mahnıların qəm-qüssəsi bir az da artmışdı elə bil. Aşiq özünə lənət oxuyur, məşuqun ürəyinə ox sancılmasını tələb edirdi. Oğlanın bu mahnı sədası altında hansı yuxular gördüyünü təsəvvür etməyə başladı. Qədim dövrdür, qəbilə toplanıb, sevgilisinə xəyanət edən qızı cəzalandırırlar, qızın sevgilisi qəbilə başçısının oğludur. Ağsaqqallar qərar verir ki, oğlan cəzanı özü seçməlidir. Oğlan sadağından bir ox çıxardıb zəhərə batırır, cəllada verir ki, qızın ürəyinə sancsın. Bundan sonrakı yuxunu təsəvvür eləməyə vaxt qalmadı. Çünki yatan oğlan elə diksinib qalxdı ki, telefon vitrinin qarşısına düşdü. Telefonu götürə-götürə üzünü mətbəxə tutub “Nuray, Nuray” deyə səsləndi. Sonra mətbəxə gedib ordan iri bir səbət götürdü, qapını bağlayıb çıxdı.

 

Onlar da hesabı ödəyib qalxdılar. On beş dəqiqə sonra yaşadığı binanın qarşısındaydı. Dostunu yola salıb bir siqaret yandırdı, pırıltı səsi eşidib alışqanın işığını səs gələn tərəfə döndərdi. Xallı göyərçin idi.

 

Yola çıxıb bir taksi çağırdı və kafeyə qayıtdı.

 

Nuray bayaq onun oturduğu stolda oturmuş, televizora baxırdı. Onu görən kimi gülümsədi. “Qəhvə?” - deyə soruşdu, təsdiq işarəsini görüb mətbəxə keçdi, “Səninçün qəhvə almışdım, nə qədər gözlədim, gəlmədin” - dedi. Südü götürdü, qəhvə düzəldib onun qarşısına qoydu.

 

- Səni çox axtardım, Nuray, tapa bilmədim, o gün çox sərxoş idim, səni harda gördüyümü unutmuşdum, özgə qapılarda axtardım səni.

- Harda axtarırdın məni?

- Soruşma, mən də deməyim.

- Bəs necə oldu tapdın?

-Təsadüfən. Səni tapmaq, itirmək və yenidən tapmaq, hamısı təsadüfdür.

-Bayaq çox qorxdum. Elə bildim ki, kafeyə girəndə məni tanımadın.

-Yox, yox, tanıdım, sadəcə istəmədim...

-Nəyi istəmədin?

-Biz bir sirr pərdəsiyik, hər zaman da belə qalacağıq.   

 

 

Qəhvə soyumağa başlayırdı, qəhvədən udumladı, stəkanı Nuraya verdi, o da içdi qəhvədən. Nurayın saçlarını sığalladı, əllərindən tutdu. Nuray elə gözəl gülümsəyirdi ki... Onu bu təbəssümə bağışlamaq olardı. “Başlayaqmı?” - deyə soruşdu, Nuray tərəddüdlə ona baxdı, sanki son gücünü toplayıb, “Başlayaq” - dedi. Əl-ələ tutub kafedən çıxdılar, yolu keçib, hündürmərtəbəli binaların birinin həyətinə girdilər. Liftə keçib ən böyük rəqəm yazılmış düyməyə basdılar.

 

Pəncərəni açıb qarşısında durdular. Nurayın dodaqlarından öpəndə qız ona qısılıb hönkürdü. Birinci özü pəncərəyə dırmaşdı, ardınca Nuray.

 

Ölümə bir neçə saniyə qalırdı...

 

23 avqust-3 sentyabr 2015 (Kulis)

Oxşar xəbərlər
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü