Makrondan DƏSTƏK – “Ukraynanın yanındayıq” - FOTO
373
30 Sep 2022 | 23:47

Makrondan DƏSTƏK – “Ukraynanın yanındayıq” - FOTO

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna əraziləri ilə bağlı qərarını pisləyib.

Bizim.Media xəbər verir ki, Makron bununıa bağlı fikirlərini şəxsi “twitter” hesabında qeyd edib.

“Mən Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Zaporojji və Xerson vilayətlərinin qanunsuz ilhaqını qətiyyətlə pisləyirəm. Bu həm beynəlxalq hüququn, həm də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır”,-deyə Fransa rəhbəri bildirib.

O, həmçinin qeyd edib ki, Fransa Rusiyanın bu qərarına qəti etirazını bildirir və məruz qaldığı təcavüzlə mübarizə aparmaq, eləcə də ölkənin bütün ərazisində öz suverenliyini bərpa etmək üçün Ukraynanın yanında olmağa davam edəcək.

Bizim.Media




Link kopyalandı!
Son xəbərlər