Xəbər lenti
23/10/2019 [09:38]:
Çempionlar Liqası: Bu gün III tura yekun vurulacaq
23/10/2019 [09:35]:
Düşmən pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəsi pozub
23/10/2019 [09:34]:
Əli Əsədov kadr islahatlarına başlayıb
23/10/2019 [09:32]:
Bu gün AMEA-ya yeni prezident seçiləcək
23/10/2019 [09:11]:
Müsəlmanları müdafiə edən vəkil Qarabağda erməni separatçılarına dəstək verdi…
23/10/2019 [08:36]:
Rəcəb Tayyib Ərdoğan: “ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
23/10/2019 [07:38]:
Xristian ölkəsində azyaşlıları harama alışdıran “uşaq şampanı”nın qadağan olunması təklif edildi...
23/10/2019 [06:44]:
Problemini bu üç nəfərdən qeyrisinə söyləmə...
23/10/2019 [00:01]:
AzTV gündəlik 35 min ədəd araq istehsal edilən zavoddan reportaj hazırladı - VİDEO
22/10/2019 [23:52]:
Bəylər Əyyubovun müavininin istefaya göndərilmə səbəbi: Güvən problemi, yoxsa ...?
22/10/2019 [23:12]:
Yaponiyada olimpiadanı izləmək üçün piyada yola çıxdı - MARAQLI...
22/10/2019 [22:57]:
Türkiyənin nəqliyyat naziri: “BTQ-yə nə qədər çox ölkə qoşularsa, layihə daha da effektiv olar”
22/10/2019 [22:53]:
Şahin Mustafayev: "Qeyri-neft tranzit daşımalarının həcmi 43 faiz artıb"
22/10/2019 [22:46]:
Pentaqon rəhbəri: "Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq"
22/10/2019 [22:40]:
Akif Əlizadənin AMEA-nın prezidentliyindən istefa verdiyi xəbəri yayıldı...
22/10/2019 [22:17]:
Prezident: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır"
22/10/2019 [22:15]:
İlham Əliyev: "Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır"
22/10/2019 [22:08]:
Ərdoğan: "Sabahdan başlayaraq, YPG terrorçuları ərazidən geri çəkiləcək" (Yenilənib)
22/10/2019 [22:04]:
Mərdəkan yolunda ölümlə nəticələnən qəza baş verib - VİDEO
22/10/2019 [22:00]:
SOCAR-ın prezidenti Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif edib
22/10/2019 [21:35]:
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
22/10/2019 [21:31]:
Bu il Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanacaq
22/10/2019 [21:28]:
Qənirə Paşayeva MM-də müvafiq qurumları ciddi addımlar atmağa çağırdı
22/10/2019 [21:06]:
"Mənim fikirlərim deyəsın hörmətli Siyavuş müəllimin də xoşuna gəlməyib"
22/10/2019 [20:58]:
Oğlunun yatağında kabus gördüyünü hesab etdi, həqiqət öyrəndikdə isə... - MARAQLI
22/10/2019 [20:22]:
“Heç vaxt fəxri ad almayacağam” – Nadirdən həmkarlarına atmaca
22/10/2019 [19:40]:
Uşağını kəndirlə velosipedə bağladı - AĞLASIĞMAZ...+ VİDEO
22/10/2019 [19:10]:
İllərdir qırxılmayan Avstraliyalı qoyun öldü - FOTO
22/10/2019 [19:07]:
2024-cü ildə dünya iqtisadiyyatına təsir göstərəcək ölkələr bəlli olub
22/10/2019 [19:04]:
Bir sıra qənd istehsalı müəssisələrində pozuntular aşkarlanıb, cinayət işi başlanıb - RƏSMİ
22/10/2019 [18:59]:
“Mövqeyimizi ortaya qoymalıyıq”
22/10/2019 [18:58]:
Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub -FOTOLAR
22/10/2019 [18:39]:
Rusiyada xanım müğənnini döyərək bu hala saldılar - VİDEO
22/10/2019 [18:21]:
Türkiyə hökuməti Suriyadakı itkilərini açıqlayıb
22/10/2019 [18:15]:
Qənirə Paşayeva MM-də çıxış edb
22/10/2019 [18:15]:
Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi – VİDEO, FOTOLAR
22/10/2019 [18:09]:
Prezident sərəncam imzaladı - Yeni qoruqlar yaradıldı
22/10/2019 [18:08]:
Prezident Şahin Mustafayevi qəbul etdi - Foto
22/10/2019 [18:00]:
Bakı Mühəndislik Universitetində BDU-nun 100 illiyi qeyd olunub
22/10/2019 [17:58]:
Terrorçular Suriya ordusuna hücum etdi - 3 şəhid, 18 yaralı
22/10/2019 [17:56]:
Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı
22/10/2019 [17:53]:
İctimai Şuranın yeni seçilən sədri və müavini danışdı: “Problemlər müzakirə olunacaq”
22/10/2019 [17:50]:
Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi
22/10/2019 [17:50]:
Gürcüstanda Ümummilli lider Heydər Əliyevin heykəlinə erməni təxribatı - FOTO + VİDEO
22/10/2019 [17:49]:
Mingəçevir su anbarında reyd keçirildi
22/10/2019 [17:48]:
“Azərsu” rəsmiləri vətəndaşları dinlədi
22/10/2019 [17:47]:
Baş Nazirin yeni müavini Şahin Mustafayev kimdir? - DOSYE
22/10/2019 [17:45]:
Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi
22/10/2019 [17:16]:
“Bizdə vəzifədən sadəcə iki əllə yapışmırlar: Həm də iki ayaqla yapışırlar”
22/10/2019 [17:05]:
Şahin Mustafayev baş nazirin müavini oldu - SƏRƏNCAM
22/10/2019 [16:55]:
Cinsi istismara məruz qalan qıza bu dəfə saz kursunda müəllimi təcavüz etdi - RƏZALƏT...
22/10/2019 [16:17]:
“Türkiyə “Barış Pınarı” əməliyyatıyla Suriyanın ərazi bütövlüyünü pozub” - İkiüzlü Rusiya...
22/10/2019 [16:15]:
Ərdoğanla Putin arasında görüş başladı...
22/10/2019 [16:14]:
Türk ordusu terrorçuların bölgədən çıxışını təqib edir
22/10/2019 [16:13]:
Ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb
22/10/2019 [16:12]:
“Diaspor fəaliyyətində xidmətə görə” medal TƏSİS olunur
22/10/2019 [16:11]:
Azərbaycanda övladlığa götürmə prosesi 3 mərhələdə aparılacaq
22/10/2019 [16:10]:
Bahar Muradovadan AÇIQLAMA: “Azərbaycana məhz belə aksiyalar yaraşır”
22/10/2019 [16:07]:
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
22/10/2019 [16:05]:
"Azərpaşa Nemət Hacıbala Abutalıbovdan nümunə götürsün, “kreslo”nu məşğul etməsin"
22/10/2019 [16:01]:
Bu günə kimi fəxri ad ala bilməyən məşhurlar -SİYAHI...
22/10/2019 [15:51]:
İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək
22/10/2019 [15:50]:
İlk türk astronavt 2023-cü ilə qədər kosmosa uça bilər
22/10/2019 [15:49]:
Ukraynadakı səfirimiz məsxərəyə qoyuldu - Xudiyev "qızıl xırdalamaq" istədi, ancaq...
22/10/2019 [15:46]:
Deputat büdcədə şişirdilmiş rəqəmlərə qarşı çıxdı
22/10/2019 [15:31]:
Azərbaycanın yaşı 70-dən çox olan yüksək vəzifəli məmurları - SİYAHI
22/10/2019 [15:23]:
"Qarabağ Azərbaycandır, Qarabağ Türkiyədir...!" -Hulusi KILIÇ...
22/10/2019 [15:16]:
İran səfirinin qızı Moskvada öldü -FOTOLAR
22/10/2019 [15:14]:
Bakı yollarında ilk -FOTOLAR
22/10/2019 [14:57]:
“Putinlə Ərdoğanın danışıqları çətin olacaq” - Rəsmi Moskva
22/10/2019 [14:56]:
177 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22/10/2019 [14:53]:
Azərbaycanda yeni medal təsis edildi
22/10/2019 [14:37]:
"Kim ki, öz üzərində işləyir, gec-tez layiq olduğunu əldə edəcək, əsas can qoymağındır”
22/10/2019 [14:16]:
“Spikerin yanında nüfuzunu artırmaq üçün belə fədakarlıq edib” - QALMAQAL...
22/10/2019 [14:14]:
Bu yollar bağlanacaq - Sürücülərə xəbərdarlıq!
22/10/2019 [14:01]:
Müdafiə nazirinin təklifi bir milyarddan çox insanı gülüşə qərq etdi
22/10/2019 [13:53]:
“Azərbaycanda bir dənə kişi var”, “Alabala...”” - Onlar yaddaşlarda bu cür qaldılar...
22/10/2019 [13:43]:
“Belə bir işin görülməsi böyük təsəllidir...” - Aprel şəhidlərimizin atalarıyla bağlı klip çəkildi
22/10/2019 [13:42]:
Hesablama Palatasına yeni auditor təyin edildi
22/10/2019 [13:39]:
“Milli dəyərlərimizə qəsd edənlərin  dövlətimiz tərəfindən  durdurulması zəruridir...”
Bütün arxiv bir sırada
23/09/2015 [14:49] - Köşə - ( 13701 dəfə baxılıb)

Uşaqlığınızı qoruyun...

Günay Əhmədova

(Dördüncü söhbət)


Hörmətli oxucular, nəhayət, çoxdan gözlədiyiniz məlumatları sizə təqdim edirik. Bu dəfəki söhbətimizdə miomaların müalicəsindən bəhs edəcəyik. Mətləbə keçməzdən öncə tibbi söhbətlərimizin mövzu etibarilə şaxələnməsinə təkan vermiş Ləman, Ofeliya, Nazlı, Həyat, Nəcibə, Güntəkin, Yasəmən, İlhamə, Arzu və digər xanımlara, həmçinin qarşı cinsin nümayəndəsi olan  Qara Tağıyev, Xalid, Tural Hacıyev, Nüsrət, Nəriman müəllim, Qarakişi, Səbuhi Bilalov, Azad Nəbili kimi oxucularımıza təşəkkürümüzü çatdırmaq istəyirik. Bilin ki, maraqlı şərhləriniz bizim üçün mayak rolunu oynayır və sizin üçün faydalı ola biləcək məsələləri müəyyənləşdirməyimizə yardım göstərir. Odur ki, fikirlərinizi yazmaqda davam edin. Əmin olun ki, sizi narahat  edən bütün məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

Qayıdaq fibromiomalara. Əvvəlki söhbətlərimizdə siz artıq fibromiomaların əmələ gəlməsi, yaranmış törəmənin sonrakı inkişafına təkan verə bilən risk faktorları, bu tip şişlərin hansı əlamətlərlə özünü büruzə verdiyi, fibromiomaların qarşısını almaq üçün vacib olan profilaktik üsullar barədə məlumat almışınız. İndi isə bu xəstəlikdən müalicə olunmaq üçün müasir səhiyyə sistemində hansı yolların mövcud olduğunu öyrənəcəksiniz. Diqqətli olun, incə məqamları nəzərdən qaçırmayın. Hə, əziz xanımlar. Sizdə mioma tapılıbsa, qorxmayın. Onu vaxtında müalicə etməyə çalışın.

Məlumunuz olsun ki, miomaların müalicəsində 3 əsas taktika mövcuddur:

müşahidə;
əməliyyat;
dərman müalicəsi, embolizasiya  və s.


Nəzərə alın ki, müalicə prosesində həkimin bu 3 taktikadan hansını seçməsi  müxtəlif səbəblərdən asılıdır: miomatoz düyünün ölçüsü, sayı, xəstənin yaşı, uşaqlarının sayı və bir çox digər amillər həmin seçimdə mühüm rol oynayır. Siz də bu prosesdə fəal iştirak edin və hər şeyi həkimin öhdəsinə buraxmayın. Çünki sağlamlaşmaq üçün düzgün müalicə vasitəsinin seçilməsi qədər, həmin müalicəni düzgün yerinə yetirmək də olduqca vacibdir. Səhhətinizə özünüz diqqət edin. Bilin ki, əgər miomanın ölçüsü kiçikdirsə (yəni 1 sm-dən 5 sm-ə qədər) və xəstənin heç bir şikayəti yoxdursa, belə halda ən düzgün taktika heç bir tibbi müdaxilə etmədən xəstəni müşahidə altında saxlamaq və miomaya nəzarət etməkdir. Xüsusilə, yaş etibarilə menopauza dövrünə yaxın olan qadınlarda aşkarlanan kiçik ölçülü xoşxassəli şişlər müşahidə altında olmalıdır (bildiyiniz kimi, menopauza dövründə miomanın ölçüləri kiçilir). Qəfildən bir problem ortaya çıxmasın deyə, hər 6 aydan bir müayinə olunmağınız vacibdir. Aparılan ginekoloji və transvaginal ultrasəs müayinələr zamanı orqanizminizdə baş vermiş dəyişikliklər müəyyən ediləcək. Bunu da bilməyiniz vacibdir ki, ötən müddət ərzində (yəni 6 ayda) miomanın ölçülərində böyümə yoxdursa, nəzarətə davam etmək ən düzgün yoldur. Lakin əgər miomanın ölçülərində ciddi böyümə müşahidə edilirsə, o halda pasiyentə cərrahi əməliyyat təklif olunur. Uşaqlığın daxili qişasında (endometriumda) yerləşən submukoz düyünlər və həddindən artıq qanaxma verən düyünlər isə ölçülərindən asılı olmayaraq mütləq əməliyyat edilməlidir.

Tibb aləmində miomanın bu günə qədər ən dəqiq və geniş yayılmış müalicəsi cərrahi müdaxilə sayılır. Cərrahi müalicənin təyin edilməsi aşağıdakı hallarda vacib olur:

miomanın ölçüsü 12 həftəlik hamiləlikdən böyük olduğu zaman;
dərman müalicəsi aparılmasına baxmayaraq aybaşı sikli pozulan və həddindən artıq qanaxması olan anemik (qan azlığı) xəstələrə;

miomanın ölçüləri ilə əlaqədar olaraq xronik qasıq ağrıları və şişkinlik halları olan xəstələrə;
Rutin ultrasəs müayinələri zamanı qısa zamanda sürətlə böyüyən miomalarda (xərçəng riski ilə əlaqədar olaraq);
miomanın sidik kisəsini, sidik axarını və ya bağırsağı sıxması ilə əlaqədar olaraq bu orqanlarda problemlər yarandığı zaman. (Praktika göstərir ki, iri ölçülü miomalar sidik kisəsini sıxaraq tez-tez sidiyə çıxma, sidik saxlamazlığı, sidik ifrazının mümkün olmaması kimi hallar yarada bilir. Bağırsaqlar mioma tərəfindən sıxıldıqda isə nəcis ifrazı pozulur. Ona görə də, bu halların aradan qaldırılması üçün mioma əməliyyat edilir.);
sonsuzluğa qarşı müalicə aparılması və süni mayalanma planlaşdırılıran qadında 0,5 sm-dən böyük submukoz və ya 5 sm-dən böyük intramural mioma olduqda;

mioma ilə əlaqədar olaraq uşaq salma, vaxtından əvvəl doğuş, dölyanı mayenin vaxtından əvvəl gəlməsi, dölün ana bətnində ölməsi kimi xoşagəlməz hallar baş verdikdə;
uşaqlığın başqa problemləri, o cümlədən endometrium və  yumurtalıq problemləri ilə əlaqədar olaraq əməliyyat olunmalı xəstələrə;

uşaqlıq yoluna qədər inkişaf edən miomalarda;

miomanın degenerasiyası nəticəsində ürəkbulanma, qusma, şiddətli ağrı kimi hallar yarandıqda;
menopauzadan sonra miomanın ölçüləri böyüdükdə.

Cərrahi əməliyyata razılıq verən qadın bilməlidir ki, bu yolla onu incidən fibromiomalardan yaxa qurtarmaqla yanaşı uşaqlığını, yəni ana bətnini də itirə bilər. Bu isə çox ciddi məsələdir və qadınların taleyində, ailə vəziyyətində müxtəlif problemlərə yol aça bilər. Ona görə də yüz dəfə ölçüb, bir dəfə biçin.  Qərar verməzdən əvvəl bütün incəlikləri götür-qoy edin. Çünki müasir dövrdə uşaqlıq miomalarında ən çox tətbiq edilən cərrahi müalicə histerektomiya (uşaqlığın çıxarılması) və miomektomiyadır (uşaqlıq saxlanılmaqla, miomatoz düyünün çıxarılması). Bu metodlardan hər hansı  seçilərkən mütləq aşağıdakı faktorlar nəzərə alınmalıdır:
miomanın sayı, ölçüsü və yerləşməsi;

xərçəng olma ehtimalı;
uşaq dünyaya gətirmə istəyi;
xəstənin seçimi.

Ana olmaq imkanlarını qorumaq istəyən qadın bilməlidir ki, uşaqlıq daxilində miomaların sayı əməliyyatın taktikasının seçilməsində ən əsas amillərdən biridir. Əgər  xəstədə bir miomatoz düyün və xəstənin şikayətləri  varsa, bu zaman yalnız həmin düyün çıxarıla bilər, yəni müalicə vasitəsi kimi miomektomiya tətbiq edilə bilər. Bununla da xəstənin bütün problemləri həll olunar.

Lakin bu, nadir hallarda rast gəlinən vəziyyətdir. Belə ki, miomalar adətən çoxsaylı və müxtəlif  ölçülü olur. Uşaqlıq daxilində miomanın sayı nə qədər çox olursa, miomaların hamısını tək-tək çıxarmaq  ehtimalı azalır, miomektomiyaya bağlı qanaxma riski artır və əməliyyatın histerektomiya ilə nəticələnmə riski çoxalır. O halda xəstənin şikayətlərinə səbəb olan düyünün müəyyənləşdirilməsi də qeyri-mümkün olur.

Belə vəziyyətdə seçim qarşısında qalan qadın və onun doğmaları bu mühüm faktorları nəzərə almalıdırlar: əgər miomaların ölçüsü çox böyükdürsə və miqdarı çoxdursa, xəstənin yaşı 40-a yaxın və ondan yuxarıdırsa, həm də qadının övladları varsa, o halda uşaqlığın tam götürülməsi daha məqsədəuyğundur. Çünki bu halda qadın bətninin saxlanılması və miomatoz düyünün çıxarılması yolunu (yəni miomektomiya əməliyyatını) seçibsə, bilməlidir ki, bir müddət sonra təkrar əməliyyata ehtiyac yarana bilər və histerektomiyanın aparılması (yəni bətnin çıxarılması) zəruri ola bilər.

Ancaq burada bir incə məqam var! Əgər qadın uşaq doğmaq istəyirsə, o halda yuxarıda sadaladığımız göstərişlərə baxmayaraq miomektomiyanı seçməlidir. Çünki bu müalicə üsulu vasitəsilə müvəqqəti də olsa, o, uşaqlığını qoruyar və ana ola bilər! Miomektomiyanın üstünlüyü məhz bu məqamdadır: həmin əməliyyatdan sonra xəstənin hamilə qala bilmək və uşaq doğmaq şansı olur! Daha sonrakı mərhələdə isə zərurət yaranarsa, qadın mənəvi əzablara düçar olmadan bətninin çıxarılmasına razılıq verə və səhhətini bərpa edərək doğduğu uşağı şad-xürrəm böyüdə bilər.       

Zərif cinsin nümayəndələri ağır nəticələr meydana gətirən qadın xəstəliklərinə düçar olanda bəzən depressiyaya düşür, aylarla stressdən çıxa bilmirlər. Onlarda bədbinləşmə, qadın kimi özünə (gözəlliyinə, cazibəsinə) inamı itirmə, həyat eşqinin   azalması halları müşahidə olunur. Lakin yadda saxlamaq lazımdır ki, yaşamaq üçün sağlamlıq hər şeydən vacibdir. Ona görə də, uşaqlığında mioma olan xəstəyə eyni zamanda biopsiya ilə yumurtalığın və yaxud uşaqlığın xərçəngi diaqnozu da qoyulubsa, o halda ən düzgün müalicə histerektomiya və ya ooferektomiyadır (yumurtalığın çıxarılması). Həkim bu nəticəyə xəstənin yaşı, şikayətləri və USM+MRT müayinələri nəticəsində gəlibsə, deməli, yuxarıda qeyd edilən əməliyyat aparılmalıdır.

Sizlərə qaranlıq bir məqam qalmasın deyə, bu söhbətimizdə fibromiomaların dərman müalicəsi və türkəçarə üsulları barədə də fikirlərimizi bildirməyi vacib sayırıq. Bu xəstəliklərin müalicəsinə istiqamətlənmiş klinikamızda hər gün onlarca pasiyentlə rastlaşırıq. Ardıcıl aparılan müayinə və müalicələrin nəticəsi bir çox qənaətlərə gəlməyə şərait yaradır. Ginekoloqlar öz təcrübələrində bəzən  miomanı kiçiltmək üçün  müxtəlif kimyəvi tərkiblərə malik dərman preparatlarından istifadə edirlər. Bunların əksəriyyəti antihormon preparatlarıdır. Praktikadan çıxış edərək deyə bilərik ki, fikrimizcə, miomanı kiçiltmək üçün istifadə edilən dərmanların faydası yoxdur. Çünki bu tipli dərmanlar estrogenlərin səviyyəsini azaltmaqla, bir müddət miomanın ölçülərini balacalaşdırır. Lakin dərmanlar kəsildikdən sonra, bir neçə ay ərzində mioma sürətlə böyüyərək əvvəlki ölçülərinə çatır. Deyə bilərsiniz ki, o halda həmin dərmanı kəsməyin. Amma bilməlisiniz ki, qanda estrogenlərin səviyyəsinin azalması qadın orqanizmində bir sıra xoşagəlməz hallar yaradır, ona görə də təbabət elmində uzun müddət belə dərmanların istifadəsi tövsiyə edilmir. Miomanın həcmini azaldan dərmanlar bəzən əməliyyatönü mərhələdə, uşaqlıq qanaxması zamanı qanaxmanı dayandırmaq və beləliklə qan azlığının qarşısını almaq məqsədilə müvəqqəti istifadə edilə bilər. Bu zaman şişin ölçüsü azaldığından əməliyyat aparmaq asanlaşır.

Xəstələrlə söhbət zamanı bir maraqlı məsələ də ortaya çıxır. Məlum olur ki, onlar miomaların ölçülərini kiçiltmək üçün dərman preparatlarından deyil, xalq təbabətindən istifadə ediblər. Məsələn, bəzi hallarda hər səhər kartof suyu və ya soğan suyu içməklə miomanın kiçilməsini müşahidə etmək mümkün olur. Bunlardan əlavə xalq təbabəti ilə bağlı ədəbiyyatlarda gicitkan yarpağı, çobanyastığı otu, qurd pəncəsi kökü, aptek çobanyastığı çiçəyi, gülümbahar çiçəyi, boymadərən otu kimi bitkilərin də miomaların sorulmasında təsirli olduğu qeyd edilir. Xanımlara tövsiyəmiz budur ki, türkəçarə vasitələrindən istifadə etməmişdən əvvəl müalicə həkimləri ilə məsləhətləşsinlər.

Tibb elmi gündən-günə inkişaf edir. Dünən çarəsiz görünən bir çox xəstəliklər bu gün adi naxoşluq kimi tam müalicə olunur. Bu baxımdan qadın xəstəlikləri də istisna deyil. Qadınlığından yetərincə bəhrələnmək, nəsil artırmaq istəyində olan xanımların diqqətinə çatdırım ki, son dövrlərdə Avropada miomaların qeyri-cərrahi metodlarla müalicəsi həyata keçrilir. Bunlardan biri miomanın embolizasiyasıdır (damarın qapanması). İmkanınız varsa, siz də tibbin bu nailiyyətindən yararlanın.

Məlumat üçün qeyd edim ki, embolizasiya metodu tətbiq olunarkən xəstənin qasıq nahiyəsindən angioqrafiyanın müşayiəti ilə katetrlə girilərək, uşaqlıqda miomanı qidalandıran qan damarının içərisinə müxtəlif maddələr vurulur, nəticədə damar qapanır, yəni embolizasiya olunur. Bu üsulla bağlanan damarla miomanın qıdalanması pozulduğundan düyünlərin ölçüləri tədricən kiçilir və mioma ilə əlaqədar olan ağrılar azalmağa başlayır. Həmin vaxt uşaqlığın başqa nahiyələrinin qidalanması pozulmadığı üçün onlar zərər görmürlər. Son illərdə bu metoddan açıq və laparoskopik əməliyyatlara nisbətən daha geniş istıfadə edilir. Metod əsasən gənc, menopauzaya girməmiş, uşaqlığını itirmək istəməyən qadınlara tətbiq edilir. Miomektomiyadan fərqli olaraq bu müalicə nəticəsində bütün düyünlər balacalaşır.

Onu da bilin ki, embolizasiya metodu əsasən hamilə olmayan, uşaqlığın iltihabi xəstəliyi, uşaqlıq və yumurtalıq xərçəngi müşahidə edilməyən, böyrək funksiyaları normal olan xəstələrə tətbiq edilir. Embolizasiya zamanı cərrahi əməliyyata bağlı yara izinin olmaması, ümumi narkozdan istifadə edilməməsi, xəstəxanada qalmağın vacib olmaması metodun əsas üstünlüklərindən hesab edilir.

Beləliklə, əziz xanımlar! Gözüaçıq olun. Mioma ilə bağlı yersiz əməliyyat edilməsinə, gənc yaşda zəruri göstəriş olmadan uşaqlıq və yumurtalıqların çıxarılmasına imkan verməyin.


GÜNAY ƏHMƏDOVA,
onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası.

loading...
loading...
AzTV gündəlik 35 min ədəd araq istehsal edilən zavoddan reportaj hazırladı - VİDEO
Bəylər Əyyubovun müavininin istefaya göndərilmə səbəbi: Güvən problemi, yoxsa ...?
Oğlunun yatağında kabus gördüyünü hesab etdi, həqiqət öyrəndikdə isə... - MARAQLI
Uşağını kəndirlə velosipedə bağladı - AĞLASIĞMAZ...+ VİDEO
İllərdir qırxılmayan Avstraliyalı qoyun öldü - FOTO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Yaponiyada olimpiadanı izləmək üçün piyada yola çıxdı - MARAQLI...
Siyasət
“Türkiyə “Barış Pınarı” əməliyyatıyla Suriyanın ərazi bütövlüyünü pozub” - İkiüzlü Rusiya...
Şou-biznes
Bu günə kimi fəxri ad ala bilməyən məşhurlar -SİYAHI...
Şou-biznes
“Yaşlananda kişiyə qadın lazım olur, gəncliyində dağda-bağda olursan...”
Cəmiyyət
Qusarda yeni araq zavodu açıldı: - Qarabulaq suyu, qızıl və gümüş filtrlər + FOTOLAR
Həftənin ən çox oxunanları
“Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim...” - VİDEO
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
Rusiyalı ekspert: “Türkiyə real döyüşlərdə Yaxın Şərqin istənilən ordusunu boğar”
Vilayət Eyvazova ağır itki üz verdi
Avtomobili olanlara şad xəbər - Azərbaycanda YENİLİK
ABŞ kəşfiyyatının hesabatında Qarabağ probleminin 5 həll variantı üzə çıxdı…
“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”
Prezidentdən "Qordi düyünü" ilə bağlı tapşırıq: "Yaxın günlərdə problem çözüləcək..."
“Bu adam nə qədər şərəfsiz, ləyaqətsizdir ki... - Xalq artistindən əməkdar artistə şok ittiham
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247