Xəbər lenti
28/02/2020 [08:35]:
Putinin Moldovada şəxsi şərab anbarı olduğu üzə çıxdı...-FOTOLAR
28/02/2020 [07:40]:
Polislər mollalarla birgə sürücülər üçün maarifləndirici aksiya keçirdi...-İBRƏTAMİZ-FOTO
28/02/2020 [07:11]:
Bir tacirin 4 arvadından hansı onunla bərabər ölməyi qəbul etdi?..-İBRƏTAMİZ RƏVAYƏT
28/02/2020 [01:06]:
"Xəstə, sağlam halıma baxmadan tökdüyüm təri şərəfsiz, alçağa halal etməyəcəm..."
28/02/2020 [01:00]:
"Natavan uğur qazanıbsa, “ruzisi ilə oynayım, cadu etdirim” deyə düşünürsüz, utanın, ayıbdır"
28/02/2020 [00:46]:
DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrinin ildönümüdür
28/02/2020 [00:43]:
"İndi şərəfsiz ermənilər və onların arxasında duranlar bu şəklə baxsın və qiymət versinlər"
28/02/2020 [00:01]:
"Düşmənin dilini öyrənmək lazımdır, amma bunu lazımi səviyyədə edə biləcəyikmi..?"
27/02/2020 [23:07]:
Azərbaycanda ilk: “Ermənicə-Azərbaycanca lüğət” çap edildi - FOTOLAR
27/02/2020 [22:59]:
Azərbaycan Gürcüstanda yeni layihələrdə iştiraka dəvət olundu
27/02/2020 [22:54]:
Jurnalistika fakültəsində dəyirmi masa keçirilib - FOTOLAR
27/02/2020 [22:50]:
"Əminəm ki, bu parlamentin ömrü uzun olmayacaq, ona görə yox ki..." - ŞOK VİDEO...
27/02/2020 [22:38]:
Məşhur aparıcı keçmiş millət vəkilini studiyadan qovdu - MARAQLI... + VİDEO
27/02/2020 [22:33]:
"Formula 1": İkinci günün qalibi Sebastyan Vettel oldu
27/02/2020 [22:31]:
Araqdan koronavirusa qarşı istifadə etmək olar - Rusiyalı virusoloq alimdən məsləhət...
27/02/2020 [22:29]:
Diabet xəstəliyindən əməliyyatla xilas olmaq mümkündür - Şəkər xəstələrinə fürsət...
27/02/2020 [22:09]:
İtaliyada koronavirusdan ölənlərin sayı 17-yə çatdı
27/02/2020 [22:03]:
Gürcü nazir Ermənistanda: Hərbi sənəd imzalandı...
27/02/2020 [22:01]:
“Hamının maskadan istifadə etməsinə ehtiyac yoxdur” - TƏBİB rəsmisi
27/02/2020 [21:29]:
Rusiya İrana uçuşları məhdudlaşdırdı
27/02/2020 [21:26]:
Xocalı soyqırımı Tokatda möhtəşəm bir konfransla anıldı - FOTOLAR
27/02/2020 [21:25]:
Koronavirusa görə məktəblərin bağlanacağı xəbərinə - Rəsmi cavab
27/02/2020 [21:22]:
İrandan gələn şəxslərin müayinəsi üçün FHN-in çadırlardan ibarət səyyar hospitalları yaradılır
27/02/2020 [21:15]:
Prinsipsiz Paşinyanın prinsipləri...
27/02/2020 [21:08]:
Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
27/02/2020 [21:07]:
İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi
27/02/2020 [21:05]:
İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir
27/02/2020 [21:03]:
Heyranı olduğu müğənniyə bənzəmək üçün gözünə döymə vurdurdu, kor oldu...
27/02/2020 [21:02]:
Türkiyə səfiri Ərdoğanın Bakı səfərini “Haber Global”a şərh etdi - VİDEO
27/02/2020 [20:32]:
Papa Fransisk koronavirusa yoluxub? - MARAQLI...+ FOTOLAR
27/02/2020 [20:16]:
Balıq tutmaq istəyərkən toruna baxın nə düşdü - MARAQLI... + VİDEO
27/02/2020 [20:10]:
ABŞ hərbi hava qüvvələri dünyanı mat qoymaqda davam edir: Uçan avtomobillər gəlir!
27/02/2020 [19:50]:
Çinli həkim ölümə meydan oxudu - İBRƏTAMİZ... + VİDEO
27/02/2020 [18:51]:
Paşinyanın portreti aşkar edilmiş iki məktəb rəhbərinə xəbərdarlıq edildi...-FOTO
27/02/2020 [18:48]:
Qapıçının vurduğu son dəqiqə qolu komandasına həyat verdi - VİDEO
27/02/2020 [18:48]:
Prezidentin köməkçisi də koronavirusa yoluxdu...
27/02/2020 [18:46]:
İrandan qayıdan Gürcüstan vətəndaşları ölkələrinə buraxılmadı
27/02/2020 [18:36]:
Düşmən ön xəttə qadınlardan ibarət xüsusi təyinatlılar yerləşdirə bilər
27/02/2020 [18:36]:
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
27/02/2020 [18:34]:
"Ədalətin kiçildiyi ölkələrdə yalnız günahlar və günahkarlar böyük görünürlər" - MÜRACİƏT
27/02/2020 [18:10]:
“Bu təhlükə yalnız Azərbaycan deyil, bütün dünya iqtisadiyyatını “vur"a bilər” – SOS!
27/02/2020 [18:02]:
Koronavirusa qarşı xüsusi kostyum hazırlandı - FOTO
27/02/2020 [17:45]:
Ərdoğan: “Üç şəhidimiz var, qarşı tərəfin itkisi çox böyükdür”
27/02/2020 [17:40]:
Bakıda elektrik enerjisinin verilişi bərpa edildi - YENİLƏNİB
27/02/2020 [17:37]:
İrandan gələn vətəndaşları altı saat gözlədən xəstəxana ilə bağlı RƏSMİ AÇIQLAMA
27/02/2020 [17:35]:
Bakıda işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA
27/02/2020 [17:34]:
İranda koronavirusdan üzərliklə qorunurlar - VİDEO
27/02/2020 [17:21]:
Yerə zibil atan adam 11 il sonra hakim qarşısına çıxarıldı...
27/02/2020 [17:17]:
"Səfərbərlik ediriksə, ilk növbədə intellektual potensialımızı səfərbər edək..."
27/02/2020 [17:17]:
Dövlət Sirri Kəmaləddin Heydərova etibar edildi - Prezidentdən Fərman
27/02/2020 [17:15]:
Gürcüstan DİN: “Qırmızı körpü”də sərnişinlər intensiv müayinə olunurlar
27/02/2020 [17:13]:
İtaliyada koronavirusdan ölənlərin sayı 14-ə çatdı
27/02/2020 [17:12]:
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
27/02/2020 [17:10]:
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27/02/2020 [17:09]:
Bakı Nəqliyyat Agentliyi işıqların sönməsi ilə əlaqədar hərəkətə keçdi
27/02/2020 [17:07]:
Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası təsdiqləndi
27/02/2020 [17:06]:
Gürcüstanda koronavirus aşkarlanan şəxs etnik azərbaycanlıdır
27/02/2020 [16:53]:
Gürcüstanın Səhiyyə naziri: “Ölkədə koronavirusun sürətlə yayılma ehtimalı yoxdur”
27/02/2020 [16:50]:
"Ötən dövr ərzində bu yatırımların dəyəri artaraq 3,5 milyard Çin yuanına bərabər olub”
27/02/2020 [16:48]:
Metroda 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur - YENİLƏNİB
27/02/2020 [16:48]:
Koronavirusdan ölənlərin başqa xəstəlikləri də olub
27/02/2020 [16:47]:
“Rusiyanın dəstəyi olmasa, Əsəd ayaqda dura bilməz”
27/02/2020 [16:46]:
İranda koronavirusdan ölənlərin sayı sürətlə çoxalır
27/02/2020 [16:45]:
Paytaxtın bir hissəsi işıqsız qaldı: "Azərişıq" Bakı küləyinin qarşısında mağmın durumda...
27/02/2020 [16:42]:
Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qəza baş verib - FOTO
27/02/2020 [16:38]:
"Türkiyə ilə Azərbaycanın tezlikləri biri-birini daha rahat tutduğuna görə..." - VİDEO
27/02/2020 [16:33]:
Pənah Hüseyn PA şöbə müdiri Ədalət Vəliyevlə görüşüb...
27/02/2020 [16:23]:
QHT Şurası könüllülüyün təbliğinə dair ayrıca qrant müsabiqəsi elan edəcək - FOTOLAR
27/02/2020 [15:53]:
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə hansı tədbirlər nəzərdə tutulub?
27/02/2020 [15:52]:
Martın 1-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının I mərhələsi keçiriləcək - DİM
27/02/2020 [15:51]:
"Xocalıdan vertolyotla sakinlər əvəzinə,  “Jiquli”lərini çıxarmağa qoymadığım şəxslər məni şərləməyə çalışdı...”
27/02/2020 [15:47]:
"Böyük Atatürkün sağlığında onun ədəbi fəaliyyətindən söz açılmayıb və buna görə..."
27/02/2020 [15:41]:
AKP sözçüsü: “Türkiyə bu terror dövlətini darmadağın etdi”
27/02/2020 [15:38]:
Pakistanda çəyirtkə hücumunun qarşısını almaq üçün Çin 100 min ördək göndərir - MARAQLI...
27/02/2020 [15:36]:
Koronavirusdan ölənlərin yaşı - STATİSTİKA
27/02/2020 [15:32]:
“Bunsuz Qarabağda müharibəyə başlamaq bizi Rusiyanın təzyiqləri ilə üz-üzə qoya bilər”
27/02/2020 [15:16]:
Ali Baş Komandan 3 generalı "Rəşadət" ordeni ilə təltif etdi və istefaya göndərdi...
27/02/2020 [15:13]:
Çılğın, emosional, 1 il nazir olan, 9 il həbsdə yatan, istiqlalçı deputat, "mürəkkəb fiqur"...
27/02/2020 [14:57]:
“Mən terrorizmlə mübarizənin ən çətin vaxtlarında oxşarlarımdan imtina etdim...”
27/02/2020 [14:55]:
Putin hansı telefonlara üstünlük verdiyini açıqladı
Bütün arxiv bir sırada
08/10/2015 [22:06] - Gündəm - ( 7014 dəfə baxılıb)

Arxan Laçınqaya ”“ önün Murovdur - Eldar Həsənov ”“ 60

Mənsub olduğu xalqın tarixini zənginləşdirəcək və şərəfləndirəcək yubilyar...


Oktyabrın 10 - da keçmiş baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 60 yaşı tamam olur. 

Yubilyarın uşaqlıq dostu, tanınmış publisist - jurnalist, keçmiş millət vəkili Əlövsət Ağalarov bu münasibətlə olduqca maraqlı müəllif yazısını Moderator.az - a göndərib:

“Hansı yubileydən danışırsan, qardaş?! Vətənində vətənsiz, yurd həsrətiylə qovrulan kimsənin yubiley keçirmək haqqını düşmən tapdağı altında inildəyən doğulduğu yurd - yuva ona halal edərmi?” 

Bax, sualıma verdiyi bu cavab altmış illik yubileyinə bir dost sözü yazacağım təbriki də alt-üst, fikirlərimi darmadağın elədi. İndi nə yazacağımı, hansı xatirələrimi yaddaşdan bu cansız kağıza köçürəcəyimi nə əlimdəki qələm, nə də düşüncələrimin cəmləşdiyi qafam bilir... Hələliksə, onu bilirəm ki:

10.10.1955-ci ildə Azərbaycanın füsunkar təbiətli, zümrüd yaylaqlı, buz bulaqlı dağları, qayaları göyün köksünə köklənmiş Kəlbəcərin Laçın kəndində dünyaya mavi gözlü, sarışın bir cocuq göz açdı. Cavan bir ailədə ilk oğul doğuldu. Zaman gələcək, bu oğulun səsi-sədası dövlətimizin uca kürsülərindən, vahid dünyamızın mötəbər təşkilatlarından, ölkələrindən yayılacaq. Hələliksə...
Eldar adı qoyulan bu körpə gözəl bir ailədə böyüməyində, ata-ana tərbiyəsi ilə formalaşmağında... ilk təhsil illəri, əmək vərdişi (baxmayaraq ki, Hümmət müəllim ailəsini övladlarının köməyi olmadan da, o dövrün tələblərinə uyğun normal dolandırırdı): uşaqlarının, xüsusən də oğlanlarının ayağı yer tutandan əməyə alışdırır, qarşılarındakı mürəkkəb həyat məktəbinə hazırlayırdı. Kənddə orta məktəb olmadığı üçün ibtidai sinfi bitirəndən sonra qonşu kəndlərin məktəblərinə aparırdı. Tale elə gətirdi ki, Eldar 5-ci sinifdən bizim oxuduğumuz Qılınclı kənd orta məktəbinə gəldi və bu məktəbi də əla qiymətlərlə bitirib Politexnik İnstitutuna daxil oldu.
İndi yadıma həmin o xoşbəxt və qayğısız illəri salanda yenidən o günlərə qayıtmaq istəyirəm... və yəqin ki, hamı bunu istəyər. Aha, bu məqamda yaddaşım oyandı, deyəsən. Həzin bir xatirə və özü də yubileylə bağlı xatirə:


10.10.1970. Kəlbəcər rayonu, Kazımkəndi     

Məktəbimizin direktoru İbrahim Vəliyev çox qayğıkeş və təcrübəli pedaqoq kimi, hər payız yuxarı siniflərin oğlanlarını qışda sinif otaqlarını qızdırmaq üçün odun tədarükünə cəlb edərdi. Oktyabrın 10-da Kazımkəndi deyilən gur meşəlikdə oduna aparmışdılar bizi. O vaxtlar ad günü-zad deyilən məfhumlar da yox idi. Sadəcə, Eldarın 15 yaşı olduğu üçün əvvəlcədən bir balaca “tədarük” görmüşdük: 2 ədəd çaxır (şoğəribin də hərəsi bir litrlik idi), 5-6 banka balıq konservi və 2 “buxanka” çörək. Təsəvvür edin, qızıl payız fəsli meşələr, dağlar İlahinin təbiətə verdiyi bütün gözəlliyə bürünüb: palıdın qızılı, ağcaqayının narıncı-sarı, gərməşovın çəhrayı, cökənin sarımtıl, vələsin qəhvəyi... rənglərinin simfoniyası. Dörd göz lazımıydı tamaşa edəsən. Quşların cəh-cəhi, həmin gün odun növbəsinə gedən bizlərin də “yubiley” keyfi! Bilmirəm əziz qardaşım, 60 yaşlı cavan oğlan o anları xatırlayırmı, amma dünən bizim o “komandadan” olan dostlarımızdan biri Nəsrəddin Əzimovla xeyli xatırladıq... Düz edir Eldar müəllim yubileyini keçirməməklə, yoxsa səhv ”“ onu özü daha yaxşı bilir, amma indən sonra nə qədər yubiley keçirsə də (70, 80, 100), inanmıram ki, 15 illik yubileyinin dadını-tamını versin! O məkan ayrı bir məkan idi... Ən azından o içkilərdən də, o yeməklərdən də yaxşısını tapa bilər, amma Kazımkəndinin o gözəlliyini dünyanın harasında olsa da tapa bilməyəcək. Ona görə də Allahdan ən müqəddəs arzum budur ki, növbəti doğum gününü ”“10.10.2016-cı il tarixini doğma Kəlbəcərimizdə qeyd edək!
Əslində, bu yazımı yazmağa da yəqin ki, razı olmayacaqdı, ona görə də partizanlıq edib bu gözəl insanın keçdiyi şərəfli və mənalı ömür yoluna bir qardaş gözüylə yenidən baxmaq istədim. İncisə də, inciməsə də...

Eldar Hümmət oğlu Həsənov. 10.10.1955 

Təkcə Kəlbəcərin deyil, artıq Azərbaycanın tanınmış oğlu Eldar müəllimi tanımaq, onunla ünsiyyətdə olmaq, özünün sevdiyi bir ifadəsilə desək, bir stəkan çay içmək qarşısındakına bir dünya verir desəm, ”“ yanılmaram. Eldarı çox uzaqdan (zaman anlamında) və yaxından (qəlb anlamında) tanıyan adam kimi deyərdim ki, belə şəxsiyyətlər ümumən insanlıq tarixinə az-az gəlirlər. Yəni konkret rəqəm demək çətindir, çünki hər xalqın tarixinə düşə biləcək, o tarixi şərəfləndirə biləcək insanlar az olmayıb. O cümlədən də, bizim. Eldar mənsub olduğu xalqın tarixini zənginləşdirəcək və şərəfləndirəcək bir soydaşımızdır. Yaxından tanımaq üçün onunla bayaq qeyd etdiyim kimi, bir stəkan çay içmək müddəti kifayət edər. Gözəl həmsöhbət, qayğıkeş tərəfdaş, öz dərin təhlilləri, izahlarıyla qarşısındakını valeh edəcək qədər mükəmməl xarizmaya malik bir insan! Kimsənin haqqını tapdalamağı, qəlbini qırmağı nə özünə rəva bilər, nə də başqasına. Belə məqamlarda dərhal Sücaətin bu bəndini deyər:

Dünyada heç nəyi əbədi bilmə,
Yazığın dərdinə, qəminə gülmə.
Özündən gücsüzün üstünə gəlmə,
Səni də sındırar, bil: həyatdı bu.

Mən tanıyandan, yəni 50 ilə yaxın bir dövrdə mürəkkəb və zəngin həyat yolu keçib. Ta uşaqlıqdan  bu günəcən yaddaşımda qalan əhvalatlardan bəzilərini sizinlə bölüşmək istəyirəm.

 Yaddaşdan birinci yarpaq

Bir dəfə məktəbdən çıxıb evə gələndə yolda kəndçimiz Həvva xalanın dəyirmanda üyütdüyü un kisəsini belinə şələləyib getdiyini görəndə Eldar oğlanları bir yerə topladı və bu qoca arvadın şələsini növbəylə kəndə qədər aparmağımızı təklif etdi. Birinci özü götürdü və müəyyən məsafədən sonra siyahıyla digərimizə verdi. Həvva xalanın evlərinə qədər o ağır kisəyə əli də dəymədi. Yazıq arvad elə sevinmişdi ki...

İkinci yarpaq

Bizim siniflə Eldargilin sinfi, yəni 9-la 8 futbol oynayırdıq. Top təsadüfən oyuna kənardan baxan qızlardan birinə dəydi, qız da hirslənib topu kənara atdı və məktəb bufetinin şüşəsini sındırdı. O vaxtlar Kəlbəcərdə ən qıt mallardan biri də şüşə idi. Aləm dəydi bir-birinə. Müəllimlər toplaşdı, çək-çevir başladı. Qərar qəbul etdilər ki, kim sındırıbsa, valideyni səhəri gün şüşə tapıb sınanın yerinə salmalıdır. Qızın da atası rəhmətə getdiyindən kasıb yaşayırdılar. Qız ağlayanda Eldar qabağa çıxıb dedi ki, şüşəni mən sındırmışam, qız yox. Hamı bilirdi ki, şüşəni o qız sındırıb. Hətta bir-iki uşaq dedi ki, Eldar yalan deyir, o sındırmayıb. O isə təkidlə özünün sındırdığını və sabah atasının şüşəni gətirib yerinə salacağını vəd etdi və səhəri günü şüşə artıq yerindəydi...

Üçüncü yarpaq   

Yenə həmin illər olardı. “Azərbaycan pioneri” qəzetinə bütün şagirdləri məcburən abunə yazdırırdılar. Eldargilin sinfində çox kasıb bir ailənin oğlu oxuyurdu. Eldar onun abunə yazıla bilmədiyi üçün dərsə buraxılmadığını görüb öz abunə pulunu gizlicə ona vermişdi və bir gün dərsə buraxılmamış, növbəti gün Hümmət müəllimin qılığına girib ayrı ad altında pul alıb abunə yazılmışdı...
   Deyəsən yaddaşım pis deyilmiş ha! Yadıma saldıqca, yenidən o günlərə qayıdıram və indi o günlərə qayıtmaq  nə qədər xoş olsa da, bir azdan əzabını çəkməli olacam... Ona görə də kəlbəcərli xatirələrdən birbaşa Bakıya keçirəm. Çünki Eldar müəllim o qədər zəngin və maraqlı, xalqına, dövlətinə o qədər sədaqətli həyat yaşayıbdır ki, onlardan gənc nəslə ibrət olacağını xatırlatmamaq olmur.

Dördüncü yarpaq
Bakının Nizami rayonunda Milis İdarəsinin rəisi idi. Bir gün mənə zəng vurdu ki, 3 cildlik “Rusca”“Azərbaycanca” lüğəti çap etmisiniz, onlardan 10 dəst mənə tapa bilərsənmi?
Dedim, əlbəttə! Lüğətləri tapıb topladım və aparanda soruşdum ki, 10 dəsti neynirsən, özündə var axı. Dedi ki, bizim şöbədə bir neçə rus zabit var, onlar dilimizi bilmirlər, öyrənmələri üçün müəllim tutmuşam, bu lüğətlər də istifadə üçündür. Və sonralar bir dəfə yanında olanda kabinetinə daxil olan rus zabit Azərbaycan dilində elə səlis raport verdi ki, sevinməkdən başqa əlacım qalmadı. Dilimizi onlara sevdirdiyi və öyrətdiyi üçün...
 
Beşinci yarpaq 
Gəncə Milis İdarəsinin rəisiydi. Kəlbəcərin və digər sərhədyanı rayonlarımızın çətin günləriydi. Bir gün Kəlbəcərdə komandir olan rəhmətlik Zaur Rzayev məni yanına çağırtdırdı və silah-sursat çatışmazlığını dedi. Lazım olan silahın siyahısını hazırlatdırdım və birbaşa Gəncəyə gedəcəyimi biləndə Zaur müəllim dedi ki, Eldar Həsənovu hər dəfə narahat etməyin. Axı keçən dəfə də bir neçə “Kamaz” silah-sursat göndərib. Onun problemi çoxdur, qonşu rayonlara da kömək edir. Dedim siz narahat olmayın, o adam bu işi özünə şərəf sayır. Dedim və dərhal Gəncəyə yola düşdüm. Gecə saat 11-12 arası olardı, milis idarəsinin qabağından mehmanxanaya gedirdim. Gördüm kabinetindən işıq gəlir. Maşını saxlatdırıb düşdüm, növbətçidən gəldiyimi xəbər verməsini xahiş etdim. Dedi bağışlayın, deyə bilməyəcəyəm, bir az gözləməlisiniz, yanında deputat və bir neçə adam var. Dedim, ayə, nə deputat, Kəlbəcər əldən gedir (həqiqətən də, 1992-ci il aprel ayının 20-si idi və rayonda şayiələr gəzirdi ki, ermənilər 24 apreldə”“qondarma “erməni soyqırımının” ildönümündə Kəlbəcəri işğal edəcəklər). Soruşdu ki, deyim kim gəlib? Dedim deynən Kəlbəcərdən bir nəfər gəlib. Eləcə də məruzə etdi və ayağa qalxıb məni ikinci mərtəbəyə ”“ rəisin otağına apardı. Adam eşidəndə ki, Kəlbəcərdən bir nəfər gəlib, dərhal demişdi ki, qaldır bura. Hələ bilmirdi ki, gələn kimdi, nəylə bağlı gəlib... Kabinetə daxil olanda yanında o zaman deputat olan Şadman Hüseynov və müavini, yaxın dostum Ramiz Cahangirovla bərabər iki nəfər vardı. Ramiz müəllim Kəlbəcərdə işləmişdi deyə, yaxşı tanıyırdım. Mənim gecənin bu aləmində nə məqsədlə gəldiyimi yəqin etdiyindən xətrini çox istədiyi adamlara xitabən ən çox işlətdiyi ifadəni dedi: “gözünü yeyim”, bir çay iç, biz mühüm bir işlə məşğuluq, onu qurtaraq, sonra Kəlbəcər məsələsinə qayıdarıq. Mən nə bilim onlar nə “mühüm” məsələ müzakirə edirlər, hövsələsizlik edib səsimin gur yerinə saldım (çox az hallarda belə hərəkət edirəm) və: "Kəlbəcərin müdafiəsindən mühüm nə olar ki! Bizə təcili silah-sursat lazımdır!" Elə dedim ki, sanki bu adam ölkənin müdafiə naziri, yaxud Kəlbəcərin rəhbəridir... gülümsünüb həmişəki səmimiyyəti ilə dedi ki, başına dönüm, bilirəm, hələ Kəlbəcərdə bir neçə günlük silah-sursat var, amma Naxçıvanda o da yoxdur, axı kim bilməsə də, sən yaxşı bilirsən ki, Naxçıvan blokadadadır, özü də həm düşmənlər tərəfdən, həm də özümüzün bəzi yaramazlarımız tərəfindən. Ona görə də bir az səbirli ol, oraya kömək edək, sonra Kəlbəcərə nə ehtiyacdırsa, göndərək. Həmin gecə Şadman Hüseynovgil Eldar Həsənovun və Gəncə polisinin yığıb topladığı silah-sursat karvanını Naxçıvana apardılar. Sonralar o vaxtlar Naxçıvan Ali Sovetinin sədri mərhum prezident Heydər Əliyevin Eldar Həsənova ünvanladığı minnətdarlıq məktubunu oxuyanda əziz qardaşımın necə mühüm və böyük məsələylə məşğul olduğundan qürur duydum. Və təbii ki, ertəsi gün Kəlbəcərə bir neçə “Kamaz”la silah-sursat apardıq... 1992-ci ilin 19 mayında “Azərbaycanın səsi” qəzetində bununla bağlı böyük bir məqaləm çıxdığından çox təfərrüata varmıram. 
      
Sözü məqamında demək çətindir...

Yaddaş, deyəsən açılır, pardaxlanır. Amma indi anladım ki, yaddaşdakıların onca faizini kağıza köçürsəm, ən səxavətli qəzet redaktoru da onun heç bir faizini dərc etməyə imkan tapmaz. Ona görə də yaddaş yarpaqlarımı burada şərhsiz-filansız sizinlə baş-başa buraxıb, əziz oxucu, 50 illik  (bir-iki ildən sonra tanışlığımızın 50 ili tamam olur) dostumun portretindən bəzi ştrixləri diqqətinizə çatdırmağı borc bilirəm. Və bilirəm ki, bu sətirlərlə tanış olmağa dözüm tapmısınızsa, bundan sonrasını yazmağa dəyər. Hər halda, buna əminəm.
Nədənsə, öz yazılarımda sitat gətirməyi adət etməmişəm, amma söhbət dünyaca tanınmış bir insandan getdiyindən bir neçə böyük insanın Eldarla bağlı fikirlərini qeyd etməyə bilmərəm.
Rumın siyasətçisi və akademiki Pop de Popa    

Eldar Həsənov Rumıniyaya yenicə səfir təyin olunmuşdu. Azərbaycana rəsmi səfərə gələn prezident İon İliesku özüylə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri akademik Pop de Popanı da gətirmişdi. Rəsmi tədbirlərdən sonra bir yığıncaqda onunla tanış oldum. Müdrik və dərin zəka sahibi olan bu insanla söhbətdən doymaq olmurdu. Mənim də kəlbəcərli olduğumu biləndən sonra bir əhvalat danışdı. Demək, Eldar Həsənov Rumıniyada diplomatik xidmətə başlayandan dərhal sonra bu ölkədəki ən nüfuzlu və hakimiyyətə yaxın adamlarla maraqlanıb. Məqsədi yaradacaq Rumıniya”“Azərbaycan Dostluq Cəmiyyətinə sədr axtarışı olub. Və bu böyük şəxsiyyətin üzərində dayanıb. Pop de Popa işinin, yaşının çox olduğunu səbəb gətirsə də, inadkar səfir dediyindən dönmür və bu kişinin “saqqızını oğurlayıb” sədr kürsüsündə əyləşdirir. Sonrasını Pop de Popa  özü danışsa, daha yaxşı olar: “Məndən görüş üçün icazə istədi, razılaşdım. Həm ictimai işim ”“ hakim partiyanın rəhbəri və prezident İon İlieskunun, demək olar ki, “sağ əli” hesab olunuram. Eyni zamanda, təbabət üzrə akademik, Ümumdünya Kardiocərrahlar Assosiasiyasının vitse-prezidentiyəm. Sizin soydaşınız və həmyerliniz ”“ indi də bildim ki, uşaqlıq dostunuz (bu yerdə nəzakətlə icazə alıb dedim ki, cənab akademik, ilk öncə bizim atalarımız Ağalaroğlu İbrahim və Məhəmməd oğlu Hümmət yaxın dost olublar, bizim də Eldarla dostluğumuz bu ənənəyə söykənir) cənab Eldar Həsənov məni inandırdı və sanki sehirlədi. Cəmiyyətin sədri vəzifəsinə razılıq verdim. Və elə oradaca yeni iş yerimə gedəcəyimizi təklif edəndə şaşırdım. İndi razılaşdıq, yenicə bu ölkəyə gəlmisiniz ”“ iki, ya üç ay olardı ”“bir az vaxt verin təşkilatlanaq, ofis-filan tapaq. Xahiş etdi ki, maşına oturaq. O qədər səmimi və ərkyana dedi ki, imtina etmədim və birlikdə bir binanın qarşısına gəldik. Gözlərimə inanmadım: Lövhə asılmışdı və iki dildə ”“ Azərbaycan və rumın dillərində”“beləcə də yazılmışdı: Azərbaycan”“Rumıniya Dostluq Cəmiyyəti. Əsl heyrət isə içəri daxil olanda baş qaldırdı. Səliqəli otaqlar, indidən oturub işləməyə hər cür şəraiti olan kabinet. Hətta katibə də çay süfrəsi ilə hazır! Sözün həqiqi mənasında özümü itirmişdim... Sonrakı söhbətlərimizdə dövlətini, xalqını, eyni zamanda rumın xalqını necə böyük məhəbbətlə sevdiyinin şahidi oldum. Hətta bir dəfə Rumıniya ATƏT-in həmsədri olarkən prezident cənab İlieskudan xahiş etdim ki, əlində olan səlahiyyətdən maksimum istifadə edib Azərbaycanın doğma torpaqlarının işğaldan azad olunmasına kömək eləsin. Növbəti dəfə təkidlə bu xahişimi təkrar dilimə gətirəndə dedi ki, çalışıram Azərbaycanın haqq işinə kömək edim, amma güclü dövlətlər imkan vermir. Yenə təkrar etdim və dedim ki, Azərbaycanın ölkəmizdəki səfiri Eldar Həsənov da işğal altındakı Kəlbəcər bölgəsindəndir və mən işğaldan azad olandan sonra o rayona gedib Eldar Həsənovun doğulduğu, boya-başa çatdığı yeri tədqiq edib elə qabiliyyətli və mükəmməl insan yetişdirdiyinə görə  o torpağa təşəkkürümü çatdırmağa çalışacam...” Təbii ki, qürur duymaqdan və bu səmimi sözlərə görə Pop de Popaya dərin təşəkkürümü bildirməkdən başqa əlacım qalmadı.

Ardı var...

Papa Fransisk koronavirusa yoluxub? - MARAQLI...+ FOTOLAR
Balıq tutmaq istəyərkən toruna baxın nə düşdü - MARAQLI... + VİDEO
Çinli həkim ölümə meydan oxudu - İBRƏTAMİZ... + VİDEO
Pakistanda çəyirtkə hücumunun qarşısını almaq üçün Çin 100 min ördək göndərir - MARAQLI...
Ali Baş Komandan 3 generalı "Rəşadət" ordeni ilə təltif etdi və istefaya göndərdi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
Polislər mollalarla birgə sürücülər üçün maarifləndirici aksiya keçirdi...-İBRƏTAMİZ-FOTO
Dünya
Məşhur aparıcı keçmiş millət vəkilini studiyadan qovdu - MARAQLI... + VİDEO
Hadisə
Prezidentin köməkçisi də koronavirusa yoluxdu...
Siyasət
"Səfərbərlik ediriksə, ilk növbədə intellektual potensialımızı səfərbər edək..."
Gündəm
"Xocalıdan vertolyotla sakinlər əvəzinə,  “Jiquli”lərini çıxarmağa qoymadığım şəxslər məni şərləməyə çalışdı...”
Yazar
İlham İsmayıl
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
Seymur Əliyev
DSX-nın bu torpaqdan pay umanlara verəcəyi yeganə hədiyyə budur: Ölüm!
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Leyla Namazova
“28 il öncə Xocalıda təkcə Xocalı sakinləri qətlə yetirilmədi...”
Həftənin ən çox oxunanları
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq
Ərdoğanın Qarabağla bağlı bəyanatı Ermənistanı qorxuya salıb
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general
Azərbaycanda kişi arvadını xəyanət üstündə yaxaladı - VİDEO
Ermənilər Yerusəlimə iddialarını rəsmən bildirdilər: Yəhudi-erməni davası ola bilərmi?
"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."
Azərbaycanlı İrəvanda meydan oxudu: "Erməni xüsusi xidmət orqanları..." - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247