“Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, onların Qarabağla bağlı siyasətində heç bri dəyişiklik baş verməyib”.
Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib. Ekspertin sözlərinə görə, Ermənistan sadəcə söz oyunu ilə məşğuldur və onun problemin həlli yoludna konkret addımlar atmaq niyyəti yoxdur:
“İrəvan Qarabağ problemin sülh yolu ilə həlli istiqamətində heç bir addım atmır. Ermənistan sadəcə sözlərin, cümlələrin yerini dəyişib. Ancaq niyyətini, məqsədini dəyişmir. Vəziyyət də dəyişməyib”.
Ekspertin qənaətincə, əslində Ermənistanın bu mövqeyi onun Azərbaycana mesajı kimi də qəbul edilə bilər:
“Ermənistan bununla Azərbaycana deyir ki, biz sülh yolu ilə torpaqları azad etməyəcəyik. Bu haqda söhbət gedə bilməz. Bu isə o deməkdir ki, biz torpaqları ordumuzun köməyi ilə azad etmək haqqında düşnməliyik”.
Seymur ƏLİYEV