“2016-clı ilin aprel döyüşləri ilə bağlı parlamernt komissiyasının yaradılmasının vaxtı çatıb. Bəzi qüvvələr Ermənistan və Qarabağ erməniləri arasında nifaq salmaq istəyir”.
Bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib.
O, ölkədə Qarabağa Azərbaycana təhvil vermək istəyən xəyanətkar qrupun olduğunu deyib.
“Bütün faktları təhlil edərək ölkədə yeni müharibəyə başlamağı planlaşdıran xəyanətkar qrupun izlərini görürəm. Onlar bəzi əraziləri itirilməsinə görə məsuliyyəti hökumətin üstünə atmağı planlaşdırır. Bunu dövlətə xəyanət sayıram və baş nazir, Ali Baş Komandan kimi buna qarşı ən sərt tədbirlərin görülməsini tələb edirəm”.
Xalqa müraciət edən Paşinyan Koçaryanın məhkəmədsən azad olunmasına görə məhkəmə sistemində və hətta konstitusiyada ciddi dəyişikliklərin olacağını da anons edib.(modern.az)