Ermənistan hökuməti iqtsiadi müstəvidə Azərbaycanı önləmək üçün yeni cəhdə imza atıb.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Azərbaycanın Ələtdə azad iqtisadi zona yaratmaq istqiamətində gördüyü işlərədn narahatlıq keçirən, ölkəmizin aşkar iqtisadi üstünlüyünü heç cür həzm edə bilməyən, habelə işsiz ermənilərin işlə bağlı tələbləri qarşısında aciq qalan rəsmi İrəvan, Gümrüdə azad iqtsiadi zonanın yaradılmasına qərar verib. Erməni hökumətinin aldığı qərarda Gümrüdə 5 mərhələ əsasında azad iqtsiadi zonanın yaardılması nəzərdə tutulur. Ümumilikdə 319 hektarlıq ərazini əhatə edəcək iqtsiadi zonanın ilkin olaraq 30 hektarlıq ərazidə fəaliyyət göstərəcəyi bildirilir.
Hökumətin aldığı qərarda erməni ictimaiyyətini ələ salan nüans da mövcuddur. Bu da uzun illərdir ki, aclıq və ehtiyac içərisində yaşayan insanlara işlə bağlı edilən vəddir. İrəvanın Gümrü projesi ilə bağlı qərarında vurğulanır ki, bu layihənin tam olaraq başa çatmasıdnan sonra 13 min işsizin məşğulluq problemi həll olunacaq. Lakin bunun üçün onlara 10-12 il “səbr etmək” tövsiyyə olunur. Bir tək bu nüansın özü İrəvanın öz vətəndaşlarına, onların probleminə olan istehzalı münasibətini anlamaq üçün yetərlidir.
Seymur ƏLİYEV