Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır” hərəkatının yaradılması təklifi ilə çıxış edib.
Maraqlıdır, belə bir hərəkatın yaradılması mili maraqlarımız baxımından nə dərəcədə zəruridir? “Qarabağ Azərbaycandır” hərəkatının yaradılması bu problemə beynəlxalq diqqəti artıra bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə belə bir hərəkatın yaradılmasının vacib olduğunu vurğuladı:
“Mənə elə gəlir ki, belə bir hərəkatın yaradılmasına çoxdan ehtiyac var. Bütün Azərbaycan xalqı ərazi bütövlüyünün təmin edilməsini, işğaldakı torpaqların azadlığını istəyir. Hesab edirəm ki, hər kəs bu ideya ətrafında birləşərək öz iradəsini ifadə etməlidir. Necə ki, prezidentimiz Azərbaycan xalqının iradəsini “Qarabağ Azərbaycandır” sözləri ilə dünyaya bəyan etdi”.
Seymur ƏLİYEV