Bloger Aydan Cəfərova: “Kimsə sənə inanmasa da, sən mütləq özünə inanmalısan”
Читать: 2070
08 Nov 2019 | 15:54
Bloger Aydan Cəfərova:  “Kimsə sənə inanmasa da, sən mütləq özünə inanmalısan”

Bu gün istedadlı və bir o qədər də maraqlı dünyagörüşünə, fərqli düşüncəyə sahib olan gənclərlə tanış olmaq, yeni bir baxış bucağına, təfəkkürə malik insanlarla ünsiyyət qurmaq nə qədər xoşdursa, bir o qədər də əyləncəlidir. Belə ki, hamının bir rəng tonunda gördüyünü fərqli rənglərlə təsvir etmək, həyata, yaşamağa başqa bir yanaşma metodu ilə açıqlama vermək, məhz bizim monotonluq adlanan anlayışımızın üstündən xətt çəkmiş olur. Öz işi və fəaliyyəti ilə seçilən, maraq oyadan və haqqında söz etdirənlər isə diqqəti özünə cəlb etməklə, həm də özləri haqqında maraqlı məlumatların əldə olunmasına bilavasitə kömək etmiş olurlar.

Müsahibimiz də belə gənclərdən biridir. Bloger Aydan Cəfərova öz işi və zövqlə peşəkarlığın vəhdət şəklində qurduğu fəaliyyət prinsipləri ilə seçilənlərdəndir. Sosial mediada aktivdir. Blogerin İnstagram hesabında kifayət qədər izləyici var və maraqlı paylaşımları ilə faydalı olur. İşinin kəmiyyəti keyfiyyəti ilə düz mütənasibdir desək, yanılmarıq.

16 avqust 1990-cı ildə anadan olub Aydan Cəfərova. 1996-cı ildə daxil olduğu orta məktəbdən 2007-ci ildə məzun olan bu gənc xanım elə həmin il Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) tələbəsi adını qazanıb. Universitetdə Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə təhsil alan A.Cəfərova işgüzar fəaliyyətinə hələ tələbə ikən (2010-cu il) Azərbaycan Dillər Universitetinin Mətbuat xidməti nəzdindəki Protokol xidmətinin mütəxəssisi kimi başlayıb. İş prosesindəki fəallığı, səriştəli və məhsuldar fəaliyyəti nəticəsində bir müddət sonra baş mütəxəssis vəzifəsinə yüksəlib. Yeniliklərə və inkişafa meyilliliyi, daim uğur axtarışında olması A.Cəfərovanı bu dəfə ona tamamilə yad olan bir sektorda çalışmağına əsas verib. Belə ki, o, 2018-ci ildən Universal PRO MMC-nin Satış və Marketinq departamentində Satış Koordinatoru vəzifəsində, 2019-cu ilin iyun ayından etibarən şirkətin Satınalma və Logistika Departametində Sifarişlərin idarə olunması üzrə qrup rəhbəri vəzifəsində çalışır. Deyiblər “min eşitməkdən bir görmək yaxşıdır”. Gəlin müsahibimizi qiyabi olaraq tanıyaq.

- Necə oldu ki, blogerlik fəaliyyətinizə başlamağa qərar verdiniz?

- Düşünürəm ki, insan hər hansısa bir məsələ ilə bağlı qərar verərkən ətraflı düşünməli, bütün detalları ayrı-ayrılıqda götür-qoy etməlidir. Fərqi yoxdur bu qərar mühüm əhəmiyyət kəsb edir, ya yox. Bəzən əhəmiyyət vermədiyimiz məsələlər var ki, onların nəticəsi həyatımızda lüzumsuz xatirələrlə qalır. Məhz buna görə də, məncə, qərar verərkən diqqətli olmaq lazımdır. Məsələn, mən bloger kimi fəaliyyətə başlamazdan öncə çox düşündüm. Çünki cəmiyyətimizdə sosial şəbəkələrə yanaşma birmənalı deyil. Buna görə də, 2015-ci ildən qərar versəm də məni saxlayan bəzi səbəblər var idi. Ətrafımdakıların, ən əsası da ailəmin reaksiyasına görə narahat olurdum. Amma bir il öncə artıq nə olursa olsun səhifəni açmağa və bir yerdən başlamağa qərar verdim. Ailəm artıq məni dəstləkləyir. Ətrafımdakı tanışlarım isə “boş işlərlə məşğul olma” desələr də, məni öz hədəflərimdən döndərə bilmirlər. Nəticədə isə 13 min izləyicim var və inanıram ki, bu say artacaq.

“Bir işlə kifayətlənməyi, boş oturmağı sevmədiyim üçün mən bir neçə işlə paralel şəkildə məşğul oluram”

Blogerlikdən əlavə hansı işlərlə məşğul olursunuz?

- Mən təkcə blogerliklə məşğul olmuram. Mənim əsas işim tikinti və sənaye sektoru ilə bağlıdır. Yəqin ki, bir xanımın tikinti sektorunda çalışması sizə də qəribə gəldi. Etiraf edim ki, bu sahədə çalışacağımı mən də heç vaxt düşünməzdim. Amma deyim ki, həqiqətən də maraqlı sahədir. Bu sahəyə aid heç bir anlayışı olmayan biri kimi artıq müəyyən qədər baza yığmışam. Bundan əlavə, mənim blogumla eyni adı daşıyan satış səhifəm də var. Uşaq paltarlarının və müxtəlif aksessuarların satışını həyata keçirirəm. Bir işlə kifayətlənməyi, boş oturmağı sevmədiyim üçün mən bir neçə işlə paralel şəkildə məşğul oluram.

- Öz blogerlik fəaliyyətinizi özünüz necə təsvir edərdiniz?

- Blogum gözəllik və gündəlik həyat tərzinə aiddir. Mən mənə maraqlı olan müxtəlif məlumatları (kosmetika, maska, müxtəlif maraqlı məlumatlar) izləyicilərimlə bölüşürəm. Bəzən paylaşımlara həddən çox maraq olur, bəzən də mənə maraqlı gələn izləyicilərim üçün ciddi maraq doğurmur. Amma bu, məni həvəsdən salmır, əksinə daha çox araşdırma edir və maraqlı məlumatlar toplayaraq səhifəmdə paylaşıram. Bilirəm ki, uğur qazanacağam. Hər sahədə olduğu kimi bu sahədə də özümə inanıram.

- İdeal iş mühiti sizin üçün necə olmalıdır?

- İdeal iş mühiti yoxdur. Bunu özünüz yaradırsınız, məncə. Hər işdə stress, əsəb, həyəcan mütləqdir ki var. Amma bütün bunları müsbət dəyərləndirərək həll etmək və dəf etmək olar. Son bir aya qədər hər şeyi xırda detalına kimi fikirləşirdim. Hətta özümə dərd edir, günlərlə təsirində qalırdım. İndi isə müsbət tərəfdən baxaraq günümü daha da maraqlı etməyə çalışıram. Həqiqətən də, hər mənfi hadisənin tez unudulub getdiyinin şahidi oluram. Eyni zamanda, deyə bilərəm ki, səni anlayan həmkarların və rəhbərliyin varsa, iş mühiti daha yaxşı olur. Bütün bunları ümumiləşdirərək deyə bilərəm ki, işi sevməsən mühit ideal olsa belə, sən məmnun olmayacaqsan. Çünki sevmədiyin işdə mühit ideal olsa da, səni heç vaxt xoşbəxt edə bilmir. Buna görə də, öz potensialını göstərə bilmirsən. Nəticədə, yarıtmaz, perspektivsiz bir kadr olursan. Bu mənada hər kəsə sevdiyi işlə məşğul olmağı tövsiyə edirəm.

- Vaxtınızı necə idarə edirsiniz? İzləyicilərinizə nə qədər zaman ayırırsınız?

- Vaxtımın böyük hissəsi qeyd etdiyim kimi əsasən iş yerimdə keçir. Bu işimdən mən hər gün yeni nə isə öyrənirəm. Blogla bağlı fəaliyyətim isə günün sonuna qalır. Hərdən işdə nahar vaxtından istifadə edib “hekayə” bölməsinə nələrsə əlavə edirəm. Post üçün isə bir neçə gün araşdırma aparıram və nəhayət onu ümumiləşdirərək bir post halına gətirib paylaşıram. Gün ərzində izləyicilərimdən müxtəlif suallarla bağlı mesajlar alıram, çalışıram tez cavablandırım. Hörmətsizlik etməyi sevmirəm. Həftə sonları isə foto-sessiyalar üçün ayrılır.

- Həyatınızda ən böyük uğursuzluq nə olub və sizə nə öyrədib?

- Uğursuzluq sayılmaz bəlkə də, amma hazırda çalışdığım iş yerində yeni idim və adaptasiya müddəti çox çətin idi mənim üçün. Mühitə uyğunlaşa bilmirdim. İş mənə qəribə gəlirdi. Bir gün işi sevirdim, o biri gün işdən çıxmaq fikrinə düşürdüm. Və nəhayət həmin gün müdirimin iradından sonra sanki yuxudan ayıldım. Həmin gündən etibarən qarşıma bir neçə məqsəd qoydum. Bəlkə də, o irad olmasaydı, mən indi qrup rəhbəri olmazdım. Çünki həmin gündən sonra mən bütün potensialımı işimə yönləndirdim, daha məsuliyyətlə və həvəslə yanaşdım. Qarşıma məqsədlər qoydum və onlara doğru irəliləməyə başladım. Hələ məqsədlərimə tam çatmasam da, yolun az hissəsini qət etmişəm deyə bilərəm.

- Motivasiya qaynağınız nədir?

- Ən əsası bütün məsələlərdə özümə güvənir, qarşıma qoyduğum məqsədin arxasınca gedərkən bu işin öhdəsindən layiqincə gələcəyimə inanıram. Kimsə sənə inanmasa da, sən mütləq özünə inanmalısan. Axı səndə olan potensialı heç kim sənin kimi bilə bilməz. Sadaladığım bu fikirlər artıq mənim kiçik sloqanıma çevrilib. Hər hansı işə başlayanda bu sloqanı xatırlayır və o əhval-ruhiyyə ilə addım atıram. Əldə olunan nailiyyət məni sevindirir və gələcək planlarım barədə daha pozitiv düşünməyə şərait yaradır. Amma bəzən ola bilər ki, uğurla həyata keçirə biləcəyinizə əmin olduğunuz hansısa planınız sizdən asılı olmayan səbəblərə görə baş tutmasın. Bu zaman da ruhdan düşmək lazım deyil. Məsələn, dünya şöhrətli amerikalı ixtiraçı Tomas Alva Edison elektrik lampasını kəşf etmək üçün, səhv etmirənsə, 2000-ə yaxın təcrübə aparıb. Dəfələrlə uğursuzluqla qarşılaşmasına rəğmən o, özünə inamını itirməyib və sonunda məqsədinə nail olub. Əslində həmişə pozitiv düşünmək lazımdır. O zaman yavaş-yavaş hər şey öz yoluna düşür. Qısaca onu deyə bilərəm ki, mən özgüvənim sayəsində özümü motivasiya edirəm.

- İzləyicilərinizdən sizi təəccübləndirən reaksiyalar və blogerliyin ən narahatedici tərəfləri haqqında nə deyə bilərsiniz?

- Bəzən səhifənin formatına uyğun uzun və maarifləndirici məlumat paylaşıram. Bəzi izləyicilərim mesaj bölümünə həmin material barədə sual ünvanlayırlar. Halbuki sualın cavabı paylaşılan materialda tam əksini tapıb. Bax, bu zaman suala cavab verirəm, amma eyni zamanda məyus oluram ki, bu post oxumaq üçün yazılıb. Niyə əziyyətə dəyər verilmir? Sualın ikinci hissəsinə gəldikdə isə deyə bilərəm ki, xüsusi narahatedici məsələlər əlbəttə olur. Məsələn, öz səhifəsini reklam etməyi xahiş edənlər kifayət qədərdir. Bir də hər hansısa məsələnin mahiyyətini tam bilmədən, fərqinə varmadan fikir bildirənlər var. Doğrusu, bu faktor məni narahat edir, amma məni öz marağımdan uzaqlaşdırmaq iqtidarında deyil. Başa düşürəm hər kəsin həyata baxış bucağı müxtəlifdir, hər kəs fərqli düşünür, birinə maraqlı, digərinə mənasız gələ bilər. Amma bütün hallarda hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır.
Похожие новости
16:47, Сегодня
Состоялся совместный обед президентов Азербайджана и Кыргызстана
16:26, Сегодня
Ильхам Алиев и Мехрибан Алиева направили венок на церемонию похорон Эльмиры Сулеймановой - ФОТО
15:46, Сегодня
Симонян прокомментировал установку первого пограничного столба на армяно-азербайжданской границе
14:44, Сегодня
В Ходжалинском районе обнаружены человеческие останки - ФОТО/ВИДЕО
14:41, Сегодня
В Азербайджане с целью женитьбы похищена ученица 8-го класса
14:18, Сегодня
Захарова: Армянские СМИ бессовестно перевирают слова российского руководства
14:07, Сегодня
В Баку прошла встреча председателей комитетов по внешним связям парламентов тюркских государств - ОБНОВЛЕНО
13:58, Сегодня
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме
13:52, Сегодня
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром - ФОТО
13:52, Сегодня
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром
13:47, Сегодня
Закрывается известная бакинская школа: учеников переводят в другое учебное заведение - ФОТО
13:40, Сегодня
Компания Wizz Air может увеличить количество рейсов в Азербайджан
13:34, Сегодня
Территория вокруг моста, который будет передан Азербайджану на газахском направлении, очищена от мин
13:31, Сегодня
Хикмет Гаджиев: Физули находится на полной реконструкции - ВИДЕО
13:28, Сегодня
В Шуше пройдет Международный конкурс: победитель получит 10 000 долларов
13:23, Сегодня
Министр уволил директора школы-интерната
13:12, Сегодня
Община Западного Азербайджана ответила Госдепартаменту США
13:11, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 31 градуса - ПРОГНОЗ ПОГОДЫ
13:08, Сегодня
Ален Симонян: Ереван готов обсудить с Баку вопрос закупки газа
13:06, Сегодня
Генпрокуратура обратилась к пользователям соцсетей и СМИ в связи с самоубийством Насиба Гулиева
13:05, Сегодня
Арестован мужчина, обвиняемый в шантаже гражданина Турции
12:58, Сегодня
Покончивший с собой бывший главный педиатр похоронен рядом с отцом - ОБНОВЛЕНО - ФОТО
12:51, Сегодня
Еще один депутат анонсировал парламентские выборы в Азербайджане - ФОТО
12:50, Сегодня
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии после реставрации Агдамской Джума-мечети - ФОТО
12:33, Сегодня
Главы Азербайджана и Кыргызстана ознакомились с ходом работ во дворце Панахали хана и комплексе Имарет - ФОТО
12:32, Сегодня
Кто он - новоназначенный премьер-министр Нахчыванской АР? - ДОСЬЕ
12:20, Сегодня
Премьер-министр Нахчыванской Автономной Республики освобожден от должности - ФОТО
12:07, Сегодня
В азербайджанской армии проводятся командно-штабные учения - ФОТО/ВИДЕО
11:04, Сегодня
Граждане смогут посещать город Лачын на личном автомобиле
10:35, Сегодня
В Баку проходит заседание по экономическому сотрудничеству между правительствами Азербайджана и Венгрии
10:34, Сегодня
Александр Масляков отойдет от работы в КВН из-за опухоли в легких?
10:16, Сегодня
В полуфинале Кубка Азербайджана по футболу установлен рекорд
10:11, Сегодня
Назначены дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку
10:03, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
10:00, Сегодня
В Турции задержаны 23 подозреваемых в связях с ИГ
09:54, Сегодня
Нефть марки Brent подорожала до 88,2 доллара за баррель
09:40, Сегодня
МИД РФ: Ядерные объекты НАТО в Польше при их появлении станут военной целью России
09:27, Сегодня
Чемпионат Европы: Cемь азербайджанских дзюдоистов приступают к борьбе
09:24, Сегодня
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
09:23, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(25.04.2024)
09:15, Сегодня
Азербайджанская нефть незначительно подорожала
09:14, Сегодня
Toyota в 2023 финансовом году произвела по всему миру рекордное количество машин
09:00, Сегодня
Венеция ввела взнос для туристов
08:42, Сегодня
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
08:28, Сегодня
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
08:20, Сегодня
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
08:00, Сегодня
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
07:39, Сегодня
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
07:30, Сегодня
Яшар Гюлер встретился с австралийским коллегой
07:06, Сегодня
Таджикистан и Узбекистан упростят транзитный проезд грузовых автомобилей
06:58, Сегодня
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
06:38, Сегодня
Lamborghini представила первый гибридный кроссовер - ФОТО
06:20, Сегодня
Опубликованны последние данные о состоянии экономики Германии
06:18, Сегодня
Илон Маск уверен, что на Западе начнется гражданская война - ФОТО
05:21, Сегодня
Индекс потребительских цен Ирана упал на 4,8%
05:17, Сегодня
Во Франции задержали подростка по подозрению в подготовке теракта на Олимпиаде
05:02, Сегодня
Фируза Ибадова: Я ухожу со сцены, где нет Джаваншира
04:56, Сегодня
На Луну отправят электрический экран для защиты от пыли
04:36, Сегодня
Власти США заплатят жертвам сексуального насилия в гимнастике 140 млн долларов из-за прокола ФБР
04:21, Сегодня
Турция и Германия намерены увеличить товарооборот до $60 млрд
04:16, Сегодня
Канадская семья получила с Кубы труп россиянина
03:35, Сегодня
В Бразилии сын отрезал руку матери для получения доступа к ее банковскому счету
03:15, Сегодня
Австрийские ученые нашли вирус, уничтожающий одного из самых опасных паразитов
03:01, Сегодня
Глава МИД Венгрии прибыл с визитом в Азербайджан - ФОТО
02:54, Сегодня
В США учителям разрешили носить в школу оружие
02:44, Сегодня
АПЛ: "Ливерпуль" уступил "Эвертону", "Манчестер Юнайтед" обыграл "Шеффилд" - ВИДЕО
02:12, Сегодня
Стартовал открытый чемпионат Азербайджана по плаванию
02:07, Сегодня
Узбекистан импортировал газ на $360,2 млн в первом квартале
01:53, Сегодня
Кубок Италии: "Аталанта" обыграла "Фиорентину" и вышла в финал - ВИДЕО
01:13, Сегодня
Товарооборот между Ираном и Китаем превысил $4 млрд
01:10, Сегодня
Две азербайджанские гимнастки выступят на Кубке мира - ФОТО
00:09, Сегодня
Лига 1: ПСЖ на выезде обыграл "Лорьян" благодаря дублям Мбаппе и Дембеле - ВИДЕО
00:02, Сегодня
В Вашингтоне проведена акция солидарности против лжи о т.н. геноциде армян
00:00, Сегодня
Жители иранского города провели акцию протеста из-за застреленного полицией парня - ФОТО/ВИДЕО
24 Apr 2024 | 23:59
В Турции арестован один из главарей иракcкого крыла Рабочей партии Курдистана
24 Apr 2024 | 23:58
США дали владельцам TikTok время на продажу платформы - ВИДЕО
24 Apr 2024 | 23:39
Шойгу отстранил от должности своего арестованного заместителя
24 Apr 2024 | 23:38
Мбаппе потеряет 127 млн, если покинет свой клуб
24 Apr 2024 | 23:20
По каким вопросам чаще всего обращаются граждане к депутатам Милли Меджлиса? - ВИДЕО
24 Apr 2024 | 23:11
Азербайджан представил доклад на сессии Комитета ООН по борьбе с пытками
24 Apr 2024 | 23:10
В ООН представлен 5-й периодический доклад Азербайджана по Конвенции ООН против пыток
24 Apr 2024 | 23:07
Начался прием заявок для организации павильонов на COP29 в Баку
24 Apr 2024 | 23:05
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу- (обновлено)
24 Apr 2024 | 23:00
Число жертв в Газе достигло 34262
24 Apr 2024 | 22:54
В бакинской многоэтажке произошел пожар
24 Apr 2024 | 22:32
В Ереване разогнали требующих отставки Пашиняна
24 Apr 2024 | 22:27
В Лянкяране участник Отечественной войны совершил самоубийство, узнав о болезни матери
24 Apr 2024 | 22:20
Обнародованы кадры строящегося в Шуше нового жилого комплекса - ВИДЕО
24 Apr 2024 | 22:16
В Тбилиси протестуют против закона об иноагентах-(обновлено)
24 Apr 2024 | 22:13
США приветствуют делимитацию границы между Азербайджаном и Арменией
24 Apr 2024 | 22:07
Кубок Азербайджана: "Карабах" разгромил "Нефтчи" и вышел в финал
24 Apr 2024 | 22:06
В России заочно арестовали Гарри Каспарова
24 Apr 2024 | 22:00
Суд в РФ арестовал средства JPMorgan в размере $439,5 млн
24 Apr 2024 | 21:47
Завершилась конференция, проведенная в Лачыне в рамках международного форума - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:45
В Северной Македонии завершилось голосование на президентских выборах
24 Apr 2024 | 21:40
Из-за сбежавших гвардейских лошадей в Лондоне пострадали пять человек - ВИДЕО
24 Apr 2024 | 21:33
Еще один азербайджанский парапловец стал чемпионом Европы
24 Apr 2024 | 21:31
В Азербайджане отменяются расходы на первоначальную сессию по медиации в коммерческих спорах
24 Apr 2024 | 21:27
Amnesty International уличила Францию в нарушении прав человека
24 Apr 2024 | 21:19
В Баку был организован государственный прием в честь президента Кыргызстана - ОБНОВЛЕНО + ФОТО
ЕЖЕДНЕВНО
24 Apr 2024 | 17:12
Пелоси призвала Нетаньяху уйти в отставку
24 Apr 2024 | 17:27
Эрдоган встретился с президентом Германии
24 Apr 2024 | 17:03
В Азербайджане отменят запрет на ввоз ряда лекарств
24 Apr 2024 | 17:21
В связи с самоубийством бывшего главного педиатра возбудили уголовное дело
24 Apr 2024 | 17:15
Около 10 тысяч школьников примут участие в олимпиаде на тему «Западный Азербайджан»
24 Apr 2024 | 17:58
Еще одна страна признала Палестину независимым государством
24 Apr 2024 | 17:05
Состоялось очередное заседание Комиссии по вопросам помилования
24 Apr 2024 | 17:28
Важный момент в процессе делимитации... - Амирбеков
24 Apr 2024 | 16:56
Hugo Boss уходит из России
24 Apr 2024 | 17:04
Опубликованы кадры "закулисья" аварии на канатной дороге в Анталье - ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
Ежемесячно
24 Apr 2024 | 17:12
Пелоси призвала Нетаньяху уйти в отставку
24 Apr 2024 | 17:27
Эрдоган встретился с президентом Германии
24 Apr 2024 | 17:03
В Азербайджане отменят запрет на ввоз ряда лекарств
24 Apr 2024 | 17:21
В связи с самоубийством бывшего главного педиатра возбудили уголовное дело
24 Apr 2024 | 17:15
Около 10 тысяч школьников примут участие в олимпиаде на тему «Западный Азербайджан»
24 Apr 2024 | 17:58
Еще одна страна признала Палестину независимым государством
24 Apr 2024 | 17:05
Состоялось очередное заседание Комиссии по вопросам помилования
24 Apr 2024 | 17:28
Важный момент в процессе делимитации... - Амирбеков
24 Apr 2024 | 16:56
Hugo Boss уходит из России
24 Apr 2024 | 17:04
Опубликованы кадры "закулисья" аварии на канатной дороге в Анталье - ВИДЕО
Писатели