Masallı sakini qəribə çayxana açıb. Azərbaycanın Masallı rayonunun Xanalion kəndinin sakini yerdən
Çayxananın sahibi Maqsud Şirəliyev onu meyvə ağacları və dekorativ bitkilərin bitdiyi bağında açıb. Çayxanaya doğru 50 metrlik tros uzanır, bunun vasitəsilə müştərilərə çay və digər sifarişlər çatdırılır. Ekstremal çay həvəskarlarına çay dəsgahı 5 manata başa gəlir. Şirəliyev deyir ki, əvvəlcə adi çayxana açıb. Sonra obyektinə marağı artırmaq məqsədilə belə bir işə qol qoyub: "Qərara aldım ki, mənim çayxanam Masallıda yerləşən digər çayxanalardan qeyri-adiliyi ilə seçilməlidr".
Onun sözlərinə görə, qan təzyiqindən əziyyət çəkən müştərilər ağacın başına çıxıb onun çayını dada bilməsələr də, müştəri sarıdan qıtlıq yoxdur.
Müştərilər də razıdırlar: "Yaxındakı kəndin ürəkaçan mənzərəsini seyr edə-edə çay içməyin ayrı ləzzəti var".