“Ermənistanda hakimiyyət hər zəman mətbuata təzyiq göstərib və onun azadlığına zərbə vurub”.
Moderator.az
erməni mənbələrinə istinadla xəbər verir ki, bu fikirlər Ermənistan Jurnalistlər
Birliyinin Beynəlxalq Azad Mətbuat Günü münasibətilə yayımladığı bəyanatda qeyd
edilib.
Erməni
jurnalistlər vurğulayıblar ki, cəmiyyətin və dövlətin əsas demokratik sütunlarından
olan medianın Ermənistanda inkişafı hər zaman böyük çətinliklərlə müşayiət olunub:
“Təəssüf
ki, bu gün də vəziyyət eynidir və hazırkı hökumət azad mətbuatı rəqib və düşmən
olaraq görür. Lakin bunun əksi olaraq azad və müstəqil media hakimiyyətin müttəfiqi
və tərəfdaşı olmalıdır.
Bu gün
hökumət birbaşa və ya dolayı yolla hakimiyyətin nəzarətində olan saxta sosial şəbəkələrlə
yalan məlumatlar yayaraq müstəqil medianın inkaşına əngəl törədir”.
Taleh