“Koroavirus səhvlərimizin çiçəyidir, əgər biz dəyişməsək bu çiçəyin meyvəsi də olacaq”.
Moderator.az xəbər verir ki, bu iddia ilə Rusiyanın Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin çıxış edib. Politoloq qeyd edib ki, əgər bəşəriyyət tezliklə etdiyi səhvlərdən nəticə çıxarmasa, daha ağır böhran və dilemmalarla üz-üzə qalacaq:
“Hamımız həqiqətən həyat tərzimizi dəyişdirməliyik. İnsanlar düzgün seçim etməli, koronavirusdan sonrakı dövrün iqtisadiyyatı daha “yaşıl” olmalı və bunun üçün istehlakımızı tənzimləməliyik.
Çünki son illərdə çox yüksək istehlak səviyyəsi və planetin zibilliyə çevrilməsi, təbii ki, bütün təbii ehtiyatları tarazlıqdan çıxardı və təbiət buna hər şeyi dayandıran koronavirusla cavab verdi: bütün iqtisadiyyat, istehlakın əhəmiyyətli bir hissəsi yenidən quruldu”.
A.Muxin qeyd edib ki, əgər insanlıq öz istehlakını sərhədsiz şəkildə artırarsa, təbiəti plastik və s. tullantılarla çirkləndirərsə, okeanları zəhərləyərsə, o zaman koronavirusu sadəcə bir çiçək kimi görməlidir. Hansı ki, bizi gələcəkdə bu çiçəyin meyvələri gözləyəcək”.
Seymur ƏLİYEV