Azərbaycan-Türkiyə “Bir millət iki dövlətin” yenilməz gücünün fəlsəfi meyarları
Общество
Читать: 1348
11 May 2020 | 19:32
Azərbaycan-Türkiyə “Bir millət iki dövlətin” yenilməz gücünün fəlsəfi meyarları
İndi aforizm kimi dillər əzbəri olan “Azərbaycan-Türkiyə – bir millət-iki dövlət” kəlamı - bu psixoloji olduğu qədər ictimai-siyasi, mədəni fenomen əslində qədim tarixlərin sınağından çıxmış, iki dövlətin ən ağır günlərində özünü təsdiq etmiş müdriklik fəlsəfəsidir ki, onun meyarları birlik, həmrəylik, dostluq, inam, sevgidir.

Bu fəlsəfə bizim ortak türk kökənli qəbilələrdən, Kıbçak, Bulğar, Oğuz boylarından, Orta Asiyadan gəlmə türk nəsilləri, Selçuklu türkləri, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər tariximizdən, din, dil, adətlər, etnos, mifologiya, çoxçeşitli və zəngin folklorumuz beləcə, ədəbi klassiklərimizin irsindən və bütünlükdə milli-mənəvi dəyərlərimizdən, habelə ictimai-siyasi, elmi, mədəni, iqtisadi münasbətlərdən qaynaqlanmış, zaman-zaman həyat fəlsəfəsi olub bütün sahələrdə Azərbaycan-Türkiyə –“Bir Millət-İki Dövlət” – düşüncəsinin Yenilməz Gücünü nümayiş etdirmişdir.

Bu həyat fəlsəfəsinin tarixi əsaslarına 100 il qədər uzaq, lakin məzmunca unudulmazlığı ilə çox yaxın hadisələr obyektivindən baxanda daima xoş hisslərlə xatırlanacaq Atatürk-Nəriman Nərimanov, Atatürk-İbrahimbəy Əbilov, Atatürk-M.Ə.Rəsulzadə, Həmçinin Heydər Əliyev-Süleyman Dəmirəl, İlham Əliyev-Rəcəb Taib Ərdoğan ictimai-siyasi əlaqələri gözəl bələdçidir.

Tarixin ən ağır hadisəsi müharibə, qırğın isə, ən bəşəri, humanist münasibət haraya yetişmək, xilas etmək, qorumaqdır. Bu baxımdan Türkiyə –Azərbaycan birliyi, həmrəyliyi nümunələrindən yada düşən ilk nümunə: ... 1918-ci ildə Azərbaycanın harayına gəlmiş “Ya istiqlal, ya ölüm”- hayqıran türk geniralı Kazım Qarabəkir paşa Azərbaycanın qədim məskəni Naxçıvanı erməni daşnaklarından qorumuş, Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə Naxçıvan və ətrafında yaşayan türklərin təhlükəsizliyini təmin etmək üçün Araz Türk Cümhuriyyətinin yaradılmasına nail olmuşdur. Hələ Kazım Qarabəkir paşa İran Azərbaycanını da ingilisləri dəf edərək fəth etmiş, bir müddət o tərəfli, bu tərəfli Azərbaycan ürək kimi bərabər döyünmüşdür.

Naxçıvana gəldiyi vaxt maarifçilik işlərinə də nəzarət edən Kazım Qarabəkirin məktəblərdə öz yazdığı Marşı öyrətməsi xatırlanmaqdadır.

Ya istiqlal ya ölüm,

Ya istiqlal, ya ölüm !

Vətənim, millətim, bayrağım, evim,

İstiqlalsız yoxdur yerim ! Zəncir vurdurur mu Türklər boynuna,

Varlığı fədadır vətən yoluna. Biz tarixin Türk dediyi millətiz,

Hür yaşar, hür ölür, nurlu ümmətiz !

Həmçinin Kazım Qarabəkirin bu marşı uşaqlara öyrətdiyi məktəbdə müəllim işləyən, sonralar Azərbaycanın böyük şairi, dramaturqu olacaq Hüseyn Cavidin türk geniralı haqqında çıxışında bədahətən söylədiyi misralar da elmi ədabiyyatlara iz salmışdır:

“İkimiz de 1882’de doğmuşuz.

İkimiz de Şair olduk.

Kalem ile kılıç, muallim ile asker;

Sen hem kalem. hem de hançer;

Vatan için Şanlı bir asker”.

Azərbaycanın demək olar ki, bütün bölgələrində cərəyan etmiş və tarixə vandallıq məzmun və mahiyyətində 1918-ci il, 31 mart-02 aprel soyqırım hadisələrinə qısa nəzər yetirdikdə də biz “bir millət, iki dövlət”-in birlik, həmrəylik həyat fəlsəfəsinin şahidi oluruq. ... Ermənilərin Şamaxı şəhərində törətdikləri vəhşətlər tarixdə Erməni vandallığı faktı kimi yaşayır. Onların xalqımıza, millətimizə qarşı törətdiyi soyqırım xəritəsi Bakıya qədər bütün rayonlarımızda, kəndlərimizdə öz vəhşət izlərini qoymuşdur. Göyçayda, Qaraməryəm ərazisində, Hacıqabul, onun Nəvai qəsəbəsində, Qobustanda və beləcə Bakıda törədilmiş qəddarlıqlar şəxsən mən özüm daxil nəsil-nəsil uşaqlara nənələrinin danışdığı qorxulu nağılların mövzusuna dönmüşdür.

Həmçinin Ermənilərin Quba rayonunda Azərbaycanlılara qarşı 1918-ci il soyqırımında törətdikləri vəhşiliklər şəhid qəbirstanlığında öz aydın izlərini yaşadır. 2007-ci ildə yol təmiri zamanı təsadüf nəticəsində üzə çıxmış, başları bədənlərindən ayrı vəziyyətdə olan yüzlərlə şəhid bədəni tarixdə insan adlanan ermənilərin öz insan həmvarlığına qarşı amansızlığına əyani sübutdur.

Vətənimiz üçün belə bir tarixi-faciəli dövrdə Türkiyə xalqımızla həmrəylik nümayiş etdirərək harayımıza gəldi. “Bir millətin” qardaş dövləti – Türkiyədən hərbi nazir Ənvər paşanın xüsusi əmri ilə osmanlı əsgərlərindən ibarət 15 minə yaxın hərbi qüvvə Azərbaycana gəldi. Sözsüzdür ki, Nuru paşanın komandanlıq etdiyi bu Qafqaz müsəlman Ordusu olmasaydı 1918-ci ildə ermənilərin bolşevik hərbi qüvvələrinin dəstəyi ilə Azərbaycanlılara qarşı həyata keçirdikləri milli soyqırım daha geniş miqyas alardı. Məhz türk ordusunun sayəsində bu qəsbkar və insanlığa sığmayan soyqırım dayandırılmışdır.

1920-ci illərdə də Azərbaycan-Türkiyə –“Bir Millət-İki Dövlət” –in Yenilməz birlik Gücü öz təntənəsini yaşayır. Bu dəfə Azərbaycan Türkiyəyə öz qardaş mətanətini göstərir. Belə ki, 1920-ci il may ayının 3-də Türk Dövlətinin əfsanəvi lideri Mustafa Kamal Atatürk Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”.

Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. Azərbaycandan Türkiyəyə 1921-ci ildə, Nərimanovun şəxsi əmriylə qardaş əli uzanır.

Azərbaycanın Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “…Qazanılan büyük zəfərlərə görə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik” yazıb və bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərdiyini bildiririb. Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft göndərmiş və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəçiliyi götürmüşdü. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılmış, o isə dərhal 500 kq qızıl göndərmişdi. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdi.

Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya göndərmişdi. Bu yardımlar sayəsində müharibə-döyüş şəraitində olan ölkənin vəziyyəti xeyli yaxşılaşmışdı. Bundan əlavə, 1922-ci ildə Türkiyəyə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı göndərilib. Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda Türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə Türk xalqını təbrik etdiyini bildirir və sonra əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdın tutacaq və tutmağa davam edəcəyik”.

Xarakterik bi hadisədir ki, Türkiyə Cümhuriyyəti qurulan dövrdə necə Mustafa Kamal Atatürk Azərbaycandan yardım istəmişdi və onun bu dərin maddi ehtiyacdan doğan müraciətinə Nəriman Nərimanov “bizdə qardaş-qardaşa borc verməz”- mötəbər cavabı verməklə mümkün olandan da artıq yardım yollamışdı. 1991-ci ildə Müstəqil Azərbaycan Dövləti qurularkən Türkiyə Azərbaycan Lideri Heydər Əliyevin çağırışına dərhal cavab vermiş və Azərbaycana maddi-mənəvi dəstək vermişdi. Bu haqda bir qədər sonra.

Təsadüfi deyil ki, Mustafa Kamal Paşa Atatürk 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi qurulduqdan sonra ilk diplomatlığını Bakıda açmış və yazıçı Memduh Çevket Esendalı Azərbaycana öz “orta elçisini” – yəni təmsilçisini göndərmişdir, Azərbaycanda doğma, isti münasibətlə qarşılanan Esendalı səfirlik bağlanana kimi - 4 illik fəaliyyətini dövründə ilk olaraq Birinci Dünya Müharibəsindən sonra Zaqafqaziya və Rusiyada qalmış türk əsirlərinin Türkiyəyə qayıtması kimi çox çətin vəzifəsini yerinə yetirmiş, Azərbaycanda ərəb əlifbasından latına keçilməsi üçün çalışmışdır.

... 1921-ci ildə Nəriman Nərimanov da Atatürkün bu inamlı addımından sonra İbrahim Məhərrəm oğlu Əbilovu Azərbaycan Sovet Sosialist Respublikasının (SSC) Türkiyə səfiri vəzifəsinə təyin etdirmiş və onun da Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, birlik, həmrəyıik hisslərinin qüvvətlənməsində böyük rolu olmuşdur.

Beləki, Azərbaycanda bolşevik hakimiyyətinin yeni qurulduğu həmin vaxtlar ölkədə kəskin maddi problemlər yaşandığına rəğmən Nəriman Nərimanovun tövsiyyəsi ilə Azərbaycanın xarici işlər üzrə xalq komissarı Mirzə Davud Hüseynov 1921–ci ilin avqust ayında Türkiyədə fəaliyyət göstərəcək fövqəladə səfirliyin açılmasını məqsədəuyğun bilərək 25 nəfərdən ibarət korpusunu təsdiq etmişdir və bu tərkibdə cəmləşən hər bir əməkdaş səlahiyyətli nümayəndə —İbrahim Əbilov, I katib —Mirzə Davud Rəsulzadə, hərbçi —Ələsgər bəy Əsgərov, şəxsi katib —İsmayıl İsmayılov, şifrəçi —Məbud Zeynalov, işlər üzrə idarə edən —Yusif Axundov, informasiya üzrə müdir —Ağabala Yusifzadə, informasiya şöbəsinin əməkdaşı —Rəhim Hüseynov, informasiya şöbəsinin əməkdaşı— Rza Təhmasib, ticarət şöbəsinin müdiri —Musa Sultanov, əməkdaşları—Yusif Həsənov, —Həbib Əliyev, təsərrüfat üzrə müdir və komendant —Nadir İbrahimov, diplomatik kuryer —Əsgər Topçubaşov və Musa Həsənzadə, İbrahim Əbilovun şəxsi mühafizəçisi —Əsgər Qara Günəş oğlu Dünyamalıyev. Ankaradakı səfirlikdə əsas işçilərdən əlavə 5 əsgər mühafizəçi —Həmidulla Mirzə oğlu, Əminağa İbrahim oğlu, Hənifə Rzayev, Məmməd Emin Aslanbəyov və Məmməd Həci Məmməd oğlu işə məsuliyyətli kadrlar olmaqla bərabər, türk xalqlarının birliyini ali məslək, amal hesab edən əqidə sahibləri idi.

Bu güclü diplomatik korpus Ankaraya gəldikdə Türkiyənin yeni hökumətinin xarici işlər naziri, digər yüksək vəzifə sahibləri, xalq kütlələri onları izdihsmla qarşılamış, əsl dost, qardaş hisslərini, milli birlik və həmrəyliyin sevincini paylaşmışdılar. İbrahim Əbilovun tarixi qeydindən də aydın olduğu kimi onlar “bir millətin” insanları kimi böyük məhəbbətlə qəbul edilmişlər: “Anadolunun hər yerindən olan insanların bizə qarşı münasibəti səmimi və doğmadır. Bizi Trabzondan Ankaraya qədər bütün şəhər və kəndlərdə isti qarşıladılar və hörmətlə qəbul edildik” .

Azərbaycanın Türkiyədəki ilk diplomatik heyətini 1921-ci ilin oktyabr ayında Türkiyə Böyük Millət Məclisinin sədri və Baş komandan Mustafa Kamal qəbul etmiş və İbrahim Əbilov ona Azərbaycan hökumətinin Etibarnamə məktubunu təqdim etmişdir.

Bundan sonraTürkiyədə Azərbaycan səfirliyi binası üzərində Bayrağımız daılğalandırılmış və həmin tarixi ğün təşkil olunmuş möhtəşəm tədbirdə Qazi Mustafa Kamal bir millətin iki dövləti arasındakı əlaqələr haqqında bunları söyləmişdir: "Məncə Türkiyə və Azərbaycan arasındakı Səmimilik və qardaşlıq əlaqələrinin dərəcəsini şərhə lüzum yoxdur. Bu qardaşlıq əlaqələrini təsdiqləmək və gücləndirmək üçün Azərbaycan hökuməti cənab İbrahim Əbilovu bizə səfir olaraq göndərdi. Bu çox uğurlu bir seçimdir. Çünki İbrahim Əbilov zat-aliləri bu qardaşlıq bağlarını canı ilə bağlayır və bizim üçün çox vacib olan missiyanı uğurla yerinə yetirmək üçün bütün lazımi keyfiyyətlərə sahib bir insandır”.

Həmçinin də elə məhz həmin tədbirdə nəhəng Türk dünyası Lideri - Qazi Mustafa Kamal Atatürk bu gün dillər əzbəri olan “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” - bəyanatını Azərbaycanın Türkiyədəki ilk diplomatı –dostu İbrahimbəy Əbilov vasitəsilə bütün dünyaya bəyan etmişdir.

Qazi Mustafa Kamal Atatürk İbrahim Əbilovu anadolu türklərindən ayırmamış, daim ona qarşı yüksək dostluq, qardaşlıq münasibəti bəsləmiş və bu doğmalıq münasibəti tarixə dərin izlər salmışdır. Məsələn, Azərbaycan Tarixi Muzeyində Mustafa Kamal Atatürkün bir tarixi fotoşəkli vardır ki, üzərində “Azərbaycanın Hörmətli Səfirinə, qardaşım İbrahim Abilova. 28 oktyabr 1921.”- sözləri yazılmışdır və bu avtoqraf yenilməz türk liderinin Azərbaycan diplomatina xüsusi ehtiramını aydın əks etdirir. Bundan başqa Atatürkün İbrahim Əbilovu ən etibarlı adamı kimi Türkiyə ordusunun böyük hücum hazırlıqları dövründə ön cəbhəyə dəvət etməsi, onu döyüş diviziyaları ilə tanış etməsi, zabitlərlə görüşdürməsi, həmçinin onunla məsləhətləşməsi mövzu ilə maraqlananlara yaxşı məlumdur.

Məsələn, Türkiyənin tanınmış Atatürk irsi araşdırmaçı yazarı D.Özdən bir məqaləsində yazır: “Cəbhə boyu bir çox yerdə Aralov (Rusiyanın səfiri) və Əbilova əsgərlərə müraciət etmək imkanı verilir. Sovet səfiri Aralov, "Cəsur və nəcib türk əsgərləri!"-deyib, Qırmızı Ordunun salamlarını çatdırdıqdan sonra Türk bayrağının İzmirdə dalğalanacağını vurğulayır. Aralovun çıxışı " yaşa!" nidaları ilə kəsilir. Azərbaycan səfiri İbrahim Əbilov isə türk əsgərlərinin başa düşücəyi aydın bir türkcə ilə, Sovet Qızıl Ordusunun İngilislərə, Fransızlara və digər kolonistlərə qarşı qazandıqları qələbələrdən, Rusların çarı necə devirdiklərindən , kapitalistlər, varlılar və hökumətin indi xalqın əlində olduğu haqda danışır. Əbilov, Sovet Rusiyanın Türkiyəyə dəstək verdiyini. Qızıl Ordunun arxa cəbhənin imperialistlərin hücumlarından qoruduğunu bildirir, əsgərləri arxa cəbhəyə görə narahat olmamağa çağırır və Türk əsgərləri Əbilovu böyük coşğu ilə alqışlayırlar. Mustafa Kamal və Müstəqillik Döyüşünün komandirləri; Ön cəbhəyə səfər zamanı Aralov, Əbilov və Sovet Hərbi Attaşesi Zvonaryevlə hərbi sirləri bölüşmüşlər”.

“Türkiyənin "Ahəng" qəzeti də Azərbaycan-Türkiyə –“Bir Millət-İki Dövlət”–in Yenilməz iradəsini təmsil edən İbrahim Əbilov haqqında müsbət fikirlər şərh etmişdir: "Türkiyədə Abilovu doğma qardaş kimi sevməyən və ona hörmət göstərməyən bir tək adam yoxdur. O, həqiqətən milli azadlıq mübarizəmizin zirvəsində bir qardaş və dost idi”.

İbrahim Əbilova etimad göstərilərək o, daha sonra 3 respublikanın – Azərbaycanla bərabər Gücüstan və Ermənistanın da (Cənubi Qafqaz Federasiyasının) Türkiyədəki səfiri olmuşdur. Əlbəttəki, ölkəmizin ilk diplomatı Azərbaycan-Türkiyə əlaqələrinin daha da dərinləşməsi məqsədilə mühüm addımlar atmış, beynəlxaq, iqtisadi, mədəni sahədə əlaqələri gücləndirmişdir. Bu baxımdan o dövlətlərimizin büynəlxalq münasibətlər tarixinə qiymətli səhifələr yazmış ilk diplomatlarından biridir.

Bu tarixyüklü işlərin sırasında 1922-ci ildə Türkiyə və Sovet respublikalarının iqtisadi əlaqələrinin qurulması məqsədilə yaradılmış və ölkənin bir çox şəhərində şöbələri fəaliyyət göstərən "Azneftesindikat" adlı idxal-ixrac qurumu xüsusilə yada düşür. 1922-ci ildə Azərbaycandan Türkiyəyə ixrac edilmiş 9294 ton kerosin və 340 ton benzin "Azneftesindikat" xətti ilə həyata keçirilmişdir. Bundan başqa İbrahim Əbilovun təşəbbüsü ilə ölkələrimiz arasında dəmir yolu, poçt və teleqraf və s. sahələrdə əlaqələr yaradılmış, müxtəlif müqavilələr imzalanmışdır.

Ibrahim Əbilovu Atatürkün Anadolunun “atası” adlandırmasını vurğulayan D.Özdən yazır ki, “1918-1923 arası müstəqil bir respublika olan Azərbaycanın Türkiyə səfiri İbrahim Əbilovun Türk xalqının və Kamal Atatürkün çox yaxın dostu olaraq, yalnız cəbhədə deyil, yeni və gənc Türkiyə Respublikasının ictimai, mədəni, siyasi və iqtisadi inkişafı üçün böyük faydası olmuşdur. Onun İzmir İqtisadi Konqresinin təşkilində böyük xidmətləri danılmazdır”.

İbrahim Əbilov hərtərəfli biliyə, geniş dünyagörüşünə malik bir “sovet” diplomatı olaraq hələ tam olaraq qurulmamış, müharibə reallıqları yaşayan və bu səbəblərdən böyük maddi ehtiyaclar içində olan Türkiyədə yetim uşaqlara yardım etmək məqsədi ilə xeyriyyə tədbirləri də təşkil etmişdir. Hələ İbrahim Əbilovun təkcə təşəbbüsü ilə deyil, həm də lap əsl konsertmestr kimi rəhbərliyi ilə səfirliyin əməkdaşları - təsərrüfat üzrə müdir və komendant Nadir İbrahimov, diplomatik kuryer Əsgər Topçubaşov, şəxsi katib İsmayıl İsmayılov, I katib Mirzə Davud Rəsulzadə “Aşıq Qərib” operasını nümayiş etdirmişlər. Xeyriyyəçilik məqsədilə səfirliyin informasiya şöbəsinin əməkdaşı Rza Təhmasibin rejissorluğu ilə Ə.Haqverdiyevin “Bəxtsiz cavan” pyesi də tamaşaya qoyulmuşdur.

Xeyriyyə məqsədli bu tədbirlər eyni zamanda Türkiyə-Azərbaycan mədəni əlaqələrinin əsası kimi də böyük əhəmiyyət daşıyır.

İbrahim Əbilovun Azərbaycanın Türkiyənin Trabzon və Samsun şəhərlərində konsulluqla-rının açılmasına nail olması isə əlbəttəki, onun diplomatik səriştəsindən, peşəkarlığından xəbər verir.

Ancaq, bu sadalanlarla birlikdə və onların fövqündə İbrahim Əbilovun bir fövqəladə səlahiyyətli səfir kimi fikrimcə ən böyük xidməti onun Naxçıvan uğrunda diplomatik mübarizəsi olmuşdur və o, Azərbaycan Dövlət Nəzarətinin Xalq komissarı Behbud bəy Şahtaxtinski ilə bərabər 1921–ci il martın 16–da Rusiya və Türkiyə arasında bağlanan müqavilənin III maddəsinə, - yəni Ermənistanla Naxçıvan MSSR–in sərhədlərinin birmənalı şəkildə müəyyənləşdirilməsinə nail olmuşdur ki, bununla erməni daşnaklarının Azərbaycanın əzəli məskəni Naxçıvana məkirli iddialarına bir dəfəlik son qoyulmuşdur.

Təsadüfi deyil ki, Nəriman Nərimanov İbrahim Əbilovun səfirlik fəaliyyətini bu sözlərlə yüksək qiymətləndirmişdir:“Azərbaycanın siyasi nümayəndəliyinin Türkiyədəki siyasi xətti düzgündür”.

Lakin Atatürkün qardaş qədər sevdiyi, Nəriman Nərimanovun ən inanılmış adamı İbrahim Əbilovun diplomat taleyi nə qədər uğurlu, ürək açan aydın rənglərdə olsa da, həyat sonluğu o qədər tünd və faciəvi xarakterdə olmuşdur. Belə ki, İbrahim Əbilovun dəstəyi, təşkilatçılığı ilə keçirilmiş İzmir İqtisadi Konqresində Türkiyə-Azərbaycan əlaqələrinin böyük carçığı, cəfakeşi ilk diplomatik səfir ağır xəstələnir. Ancaq qurultayı tərk etmir, evinə döndükdən sonra həyat yoldaşı bu barədə onun dostu, qardaşı Mustafa Kamala xəbər verir və Əbilovu əvvəlcə Kazım Qarabəkirin məsləhəti ilə İzmirin ən güclü həkimləri Əsəd bəy və Murad bəy müayinə, müalicə edirlər, halı pisləşdikcə (dostu kimi taleyini zəhərlənib ölmək izləyən) böyük Atatürk şəxsi həkimi Tofiq Rüştü Arazı Əbilovu xilas etmək üçün göndərir. Lakin Əbilovu xilas etmək mümkün olmur və o, 1923-cü il 23 Fevral tarixində 41 yaşında Türkiyədə vəfat edir.

“Bir millət-iki dövlət” fəlsəfəsinin yenilməzliyinə bir möhtəşəm misal da Atatürkün öz dostu İbrahim Əbilovu vətəninə son mənzilə göndərərkən onun üçün ərəb və hind mütəxəssislərini çağırması və nəəşini 200 illik mumiyalatdırması hadisəsidir.

Atatürk bununla da sakitləşə bilməmiş İbrahim Əbilovun cənazəsinin olduğu gəmini sanki, dostunu sevdiyi bütün Türkiyə ilə vidalaşdırır. Beləcə, Atatürk İbrahim Əbilovun cənazəsinin və həmçinin ailəsinin olduğu gəmini İzmirdən İstanbula, ordan Batumiyə göndərilməsi əmrini vermişdir. Gəmi Batumidə böyük bir izdihamla qarşılanmış, sonra Bakıya göndərilmişdir.

Azərbaycan-Türkiyə əlaqələri-bir millət iki dövlət fəlsəfəsinin həyati misallarından biri də İbrahim Əbilovun qızı Anadolu ilə bağlıdır. O, Anadolu ilə ki, onu doğuşunu Atatürkün həkimi Tofik Rüştü Araz həyata keçirmişdi. O, Anadolu ki, adını da böyük Atatürk qoymuşdu və o, Anadolu ki, İbrahim Əbilovun vaxtsız və müəmmalı ölümündən sonra həyat yoldaşı onu və digər qızı Zibanı cənazə ilə birlikdə Bakıya apardıqda Atatürk onu buraxmaq istəməmiş, ona Tofik Rüştü Araz vasitəsilə Anadolunu öz övladı kimi böyütmək arzusunu və körpənin Türkiyədə qalması xahişini yetirmişdi...

Lakin Əbilovun həyat yoldaşı bu istəyi qəbul edə bilməmiş, Atatürk və Türkiyəylə vidalaşıb birlikdə Bakıya dönmüşlər.

Əlbəttə İbrahim Əbilov zəhərlənib öldürülmüşdü və bu Azərbaycanın – türkün əbədi düşməni, xalqlarımız arasına nifaq salmaq məqsədli, diplomat haqqında ardı-arası kəsilməyən şikayət məktubları yazan, hələ onun rəhbərlik etdiyi səfirliyi təftiş etdirməyə nail olmuş erməni daşnaklarının məkrli planı idi.

Qəribədir ki, İbrahim Əbilovun 200 illik mumiyalı nəəşinin basdırıldığı qəbir də müəmmalı şəkildə dağıdılmış, atası kimi qəhrəman Anadolu Böyük Vətən Müharibəsindən sonra qəbri ziyarət edərkən onun yerlə-yeksan edildiyini görmüşdür. “1941-ci ildə mən Bakıda Tibb İnstitutunun ikinci kursunda oxuyarkən Böyük Vətən müharibəsi başlandı. Könüllü olaraq cəbhəyə yazıldım. Cərrahiyyə şöbəsinin şəfqət bacısı kimi Ukrayna, Belorusiya, Şimali Qafqaz cəbhələrini qarış-qarış piyada keçib Berlinə qədər getdim. Balet ustası olan böyük bacım Ziba da döyüş briqadalarında çıxış edirdi. Müharibədən sonra cəbhədə ailə qurduğum həkim İskəndər İsmayılovla Bakıya qayıtdım. Atamın məzarını ziyarətə gedərkən qəbrin yerlə-yeksan olunduğunu gördük... Nə qədər axtarılsa da, dəmir qutuda basdırılan mumiyalanmış cəsəd tapılmadı”.

Anadolunun xatirələrində Ulu öndərin göstərişi ilə 1981-ci ildə (tarix səhvdir) İbrahim Əbilova Fəxri xiyabanda simvolik qəbir qoyulduğu da əks olunmuşdur.

Bu da bir həqiqətdir ki, Türkiyə hərmişə ölkəmizə qarşı, xalqımıza qarşı isti, doğma münasibətlərdə olmuş, Azərbaycana dost, qardaş köməyini əsirgəməmişdir. Elə həmin mürəkkəb, qarışıq illərdə Azərbaycanın yanında olan Türkiyə öz qoşunlarını Naxçıvandan o vaxt çıxarıb ki, Rusiya Naxçıvan sərhədlərini tanıyıb.

Heç də təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev 1997-ci il 8 may tarixində Türkiyənin İş Adamları ilə Görüşdə söylədiyi nitqində Soyqırım illərində Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürkün Azərbaycana göstərdiyi böyük diqqəti yüksək qiymətləndirərək demişdir: ”... böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə həmin erməni millətçilərinin, daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi. Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı bilirdi. Məhz Mustafa Kamal Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-ci ildə Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, Gəncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları unutmuruq” .

Bu gün də Türkiyə işğalçı Ermənistana etiraz olaraq o dövlətlə bütün nəqliyyat yollarını bağlayıb.

Yeri gəlmişkən böyük Atatürkün Azərbaycanın ilk müstəqil dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə dediyi məşhur sözlərin məzmunundan da türk birliyi və həmrəyliyi ideyası boylanır: “Ben dünyaya senden 3 sene önce geldim.Fakat tüm türk dünyasında türkün cumhuriyyet bayrağını ilk defa sen yükselttin ve bayrak inmesin diye ben senden alıp Türkiye üzerinde dalgalandırdım.İnmez dedin,bu bayrak inmiyecek”.

İndisə, Ulu öndər Heydər Əliyevin 1994-cü ildə, Müstəqil Azərbaycanın Respublikasının prezidenti olaraq ilk xarici səfərini Türkiyədə düşünməsini və bu vaxt “biz bir millət, iki dövlətik” kəlamını bütün dünyaya elan etməsini yada salmaqla ümummilli liderin Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi həyat fəlsəfəsinin qüvvətlənməsi, iki qardaş ölkə arasında əbədi dostuq körpüsünün yaranması üçün gördüyü tarixi işlərin, sınaqdan çıxmış monolit münasibətlərin mümkün qədər lokonik tablosunu canlandırmaq istəyirik. Belə ki, Heydər Əliyev Sovet İmperiyası rəhbərlərinin xalqımıza qarşı ədalətsiz və qəddar münasibətinə etiraz olaraq yüksək vəzifəsinə istifa verib Rusiyadan ayrılaraq vətənə döndükdən sonra doğulub böyüdüyü Naxçıvan Muxtar Respublikasına gedib həmvətənlilərinin əhatəsində yaşadığı 3 il kimi qısa zamanda həyata keçirdiyi tarixi əhəmiyyət kəsb edən böyük dövlət quruculğu İşlərinin mərkəzində məhz Türkiyə ilə əlaqələr yaratmaq məqsədi dayanmışdır.

Yüksək müdriklik xislətinə malik görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın İkinci müstəqillik dövründə və hələ Azərbaycan Ali Məclisinin sədri, Azərbaycan Prezidenti olmamışdan öncə Türkiyə Dövlətinin başçısı Süleyman Dəmirəllə birlikdə gerçək Türkiyə-Azərbaycan körpüsünün yaradılmasına nail olmaqla xalqlarımızın birliyini canlandırmışdır.

Məsələn, Türkiyə-Azərbaycan arasında real bünövrə -- Türkiyə Cümhuriyyəti və Azərbay-canı və bu Ulu diyarın bir parçası qədim Naxçıvanı birləşdirən körpünün Araz çayı kimi tarixi qan yaddaşımız üzərində salınması və körpünün “Ümid” adlanması heç də təsadüfi olmayıb böyük müdrik mənalar daşıyırdı.

Heydər Əliyevin böyük səyi və cəsarəti sayəsində yaranan bu əlaqələr və “Ümid” körpüsünün müvəqqəti olaraq 29 oktyabrda, tam olaraq 28 mayda rəsmi olaraq açılması da iki Türk dövlətinin Respublika gününü ifadə edir və yenə xalqımızın Ulu öndərinin türkçülüyə və deməli milli ideyaya müdrik yanaşmasını birmənalı surətdə təsdiq edir.

Bununla bərabər, görkəmli siyasətçi Heydər Əliyevin Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində krediti nəzərdə tutan müqaviləni həyata keçirməklə düşmənlə həmsərhəd ərazidə blokada şəraitində, digər tərəfdən relyef baxımından sərt iqlimə malik regionda mühüm təlabat ehtiyaclarından məhrum olmuş – işıqsız, qazsız, hətta çörəksiz qalmış xalqın həyatını xilas etməyə nail olması müdrik siyasətin inqilabi təntənəsi idi. Hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolunun imzalanması faktı da zamanına və bütün zamanlara münasibətdə müdrik milli lider qəhrəmanlığı idi ki, müqaviləni Türkiyə tərəfdən imzalamış TC-nin 9-cu prezidenti Süleyman Dəmirəl ömrünün sonuna kimi bu qəhrəmanlığı xatırlayıb yaddaşlara və əlbəttə ki, tarixə həkk etmişdir. Süleyman Dəmirəl: “Qəhrəmanları, böyük insanları, şəxsiyyətləri zaman meydana çıxarır. Onlar siyasi şəraitə uyğun olaraq xalqı çətin vəziyyətdən xilas edir, ona öndərlik edirlər. Böyük dövlət adamı, əziz qardaşım Heydər Əliyev Azərbaycanda daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi olan bir şəraitdə siyasi səhnəyə çıxmışdır. Onun zəngin siyasi təcrübəsi ölkəni bu ağır vəziyyətdən çıxarmağa imkan verdi. Müstəqillik qazandıqdan sonra Azərbaycanın qarşısında duran əsəs vəzifə bu dəfə yüksələn bayrağın enməməsi idi. Bu bayrağı kim daşısaydı, qəhrəman da o olacaqdı. Bu, Heydər Əliyevin tarixi missiyası idi. Fövqəladə çətinliklərə rəğmən böyük qəhrəmanlıq nümunəsi göstərən dahi şəxsiyyət, o bayrağı əbədi yüksəklərdə tutdu, Azərbaycanı dünyaya bir türk dövləti kimi tanıtdı” .

Yeri gəlmişkən qeyd edək ki, Ulu öndər 1992-ci il soyuq fevral günlərinin birində iki qardaş arasında isti münasibətlərin möhkəmlənməsi məqsədli “Diplomatik münasibətlərin Yenidən Qurulması ilə bağlı Müqavilə”-nin imzalanmasını həyata keçirmiş, bundan sonra Strateji ortaqlıq, itisadi-ticarət əlaqələri qurulub, möhkəmlənmişdir.

1999-cu ilin noyabrında İstambulda ATƏT-in sammitində ABŞ, Türkiyə Respublikası, Müstəqil Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Türkmənistan Respublikası, Qazaxstan Respublikası birlikdə “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin yaradılmasına dəstək üçün imzalarını atdılar. Bu və həmçinin “Bakı-Tiflis- Ərzurum” təbii qaz xətti, “Böyük İpək yolu” habelə “Bakı-Tibilisi -Qars” dəmiryolu “hadisələri” Azərbaycanın Ulu öndəri Heydər Əliyevin “bir millət-iki dövlət” – birlik, həmrəylik fəlsəfəsindən qaynaqlanan siyasi proqramının ana prinsipləri kimi unudulmazdır.

Onu da qeyd edək ki, Türk Dövlətləri arasında Heydər Əliyev qədər Türkiyəni qarış-qarış ziyarət etmiş, müxtəlif sahə adamları ilə görüşmüş, konfranslarda, tədbirlərdə əsl türk mənsubiyyəti qüruru ilə atəşin nitqlər söyləmiş ikinci bir lider olmamışdır və yoxdur. Ulu öndər Heydər Əliyevin 1997-2003-cü illər arasında Türkiyənin müxtəlif universitet, təşkilat və s. qurumlarının 50-yə yaxın mükafatına layiq görülməsi də dediklərimizi təsdiq edir. Bu baxımdan da deməliyik ki, Heydər Əliyevin “iki dövlətin bir milləti” konsepsiyasına əməli dəstəyi sonsuz olmuşdur.

Burada bir məsələni də xüsusi olaraq vurğulamaq istərdik ki, Heydər Əliyev Azərbaycançılığı türkçülük və islam dəyərləri ilə monolit dövlətçilik mahiyyətində dərk edir və öz idarəçilik prinsiplərində bu əsaslara söykənirdi.

Heydər Əliyevin Atatürk Beynəlxalq Sülh Mükafatını alarkən söylədiyi nitqdən gətirdiyimiz misallar bu fikrimizi təsdiq edir. Ulu öndər demişdir: “Mustafa Kamal Atatürkün həyatı, yaradıcılığı, onun qoyduğu irs sizin üçün örnəkdir və bizim üçün, Azərbaycan üçün də böyük örnəkdir. Biz özümüzü sizdən ayırmırıq”; “Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, layiq cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək öz xalqını daha da yüksəklərə qaldırmışdır”; ”Mustafa Kamal Atatürk təkcə Türkiyə üçün yox, bütün dünya türkləri üçün, türk dünyası üçün də çox düşünmüşdür” .

Tarix üçün uyğunluqlar xarakterikdir və bütöv Türk dünyasını birləşdirən hadisə və şəxsiyyətlər arasında da oxşarlıq və bağlılıqlar təsadüfi deyil. Bu baxımdan Azərbaycanın istiqlaliyyət tarixi və xalqımızın Ulu öndəri – Heydər Əlirza oğlu Əliyevlə Türk dünyasının “ata-sı” Mustafa Kamal Atatürk arasında da beləcə liderlik taleyi uyğunluğu olmuşdur.

İlk öncə xarizmalılıq keyfiyyətlərindən çıxış etməklə çox qəribə bir bənzərliyi qeyd etmək yerinə düşər. Belə ki, bu hər iki böyük Türk Liderinin ata adlarının eyniliyi xarizma mahiyyətində maraq doğurur. Sanki, bu bir millətin iki qəhrəman oğlu tarixi türk torpaqlarının dövlət bərpası üçün dünyaya gəlməliydi. Beləcə dünyanın biri o başında, biri bu başında və biri-birindən 40 il zaman uzaqlığında Əlirza adlı iki türk ata nəhəng Türk dövləti quracaq, ən əsas da bütöv türk ailəsində “ata” kimi sevilib tarixə iz salacaq oğul övladları dünyaya gətirdilər. Bu başdakı – Əlirzanın oğlu Heydər Əliyev həm də o mübarək ildə doğuldu ki, o başdakı Əlirzanın oğlu – Mustafa Kamal Türk dünyasının əfsanəvi xilaskarı elan edilmiş, Türkiyə Respublikasının yekdilliklə ilk prezident seçilmiş, yeni respublikanın ilk hökumətini “Hakimiyyət qeyd-şərtsiz millətindir” və “Yurdda sülh, cahanda sülh” ideologiyası əsasları üzərində qurmuşdu. Öz zamanı üçün adi, bizim dövrdən boylandıqda Heydər Əliyevin doğulduğu tarixdən iki il əvvəl isə bu möhtəşəm hadisə yaşanmışdı – Mustafa Kamal Atatürk bir əsrlik zamanı arxada qoymuş “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşı-mızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” – bəyanatını Azərbaycanın Türkiyədəki ilk diplomatı – dostu İbrahimbəy Əbilov vasitəsilə bütün dünyaya yetirmişdi və fik-rimizcə bu dəlil də çox xarakterikdir ki, Türkiyənin ən nüfuzlu mükafatı - “Atatürk Sülh Mükafatına” layiq görülmüş dünya şöhrətli Azərbaycan lideri Heydər Əliyev də prezident statusunda Türkiyəyə ilk səfərində “biz bir millət-iki dövlətik” kəlamını bütün dünyaya bəyan etmişdir və bu dahiyanə kəlam Türk dünyasını birləşdirən ən güzcü, yenilməz həyat fəlsəfəsidir.

Yeri gəlmişkən əgər Atatürk “Türk qadını zəhmətkeşdir, evindən və vətənindən asılı deyil. Qadınlarımız kişilər qədər mərd və mübarizdir. Müasir Türkiyəni onlarla birlikdə quracağıq və yaşatacağıq. Heç kimin türk qadınını çadra və cəfəngiyatla xurafata batırmağa haqqı yoxdur."-

demişdisə, Heydər Əliyev də Azərbaycan qadınını eyni yüksək meyarlarla tərif etmişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”.

Belə fikir, amal, əqidə birliyi türk insanlarının qan qardaşlığından qaynaqlanmış və həmişə, hər dövrdə əyani surətdə təsdiqlənmişdir. Bu baxımdan Ulu öndər Heydər Əliyevin məşhur türk alimi və həkimi, Türkiyə Bilkənd Universitetinin yaradıcısı İhsan Doğramacı ilə dostluğu da türk dünyasının iki böyük ziyalısının dövlətlərimiz arasında sağlam mənəvi körpünün əsasına bir tarixi nümunədir və türk birliyi üçün bu gün də əhəmiyyət kəsb edirdi.

Böyük alim İhsan Doğramacı Ulu öndərin 86 illik yubileyinə yazdığı bir məqalədə Heydər Əliyevlə dostluq münasibətlərinin tarixini belə şərh etmişdir:

“Heydər Əliyev mənimlə ilk görüşüylə bağlı müşahidələrini neçə illər sonra Bilkənd Universitetində düzənlənən bir tədbirdə aşağıdakı iltifatlı sözlərlə dilə gətirdi:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Ankarada İhsan Doğramacının Bilkənd Universitetinə gəldim. Doğramacının Azərbaycan tarixi haqqındakı, Naxçıvan haqqındakı, Azərbaycanın başqa bölgələri haqqındakı dərin məlumatları məni heyran etdi. Sadəcə Azərbaycana deyil, bütün türkdilli xalqlara diqqət göstərmiş, xidmət etmişdir. İhsan Doğramacının böyük xüsusiyyətləri vardır; məsələn, Azərbaycanın Bakı ləhcəsini, Naxçıvan ləhcəsini, Qarabağ ləhcəsini və başqa tərəflərin ləhcələrini bilir. Bizim xalqımızın çoxu bunları bilməz. Bu ilk görüşmələrdən sonra İhsan Doğramacıyla aramızda böyük bir dostluq başladı. Sanki yüz illik bir dostluq. ... Həqiqətən, Heydər Əliyevlə bu səmimi görüşlərdən sonra Azərbaycanla daha çox maraqlandım. Onların universitetləri ilə daha sıx işbirliyi qurduq. Bilkənd Universitetinin müxtəlif bölmələrinə, xüsusilə Musiqi fakültəsinə Azəri təhsil nümayən-dələri və sənətçilər təyin olundular. Əliyev mənim doğum günlərimdə məni daim xatırladı” .

Görkəmli alim bu məqalədə dostu Heydər Əliyevin onun 1995-ci ildə 80 illiyini və 2000-ci ildə 85 illiyini Bakıda təntənəli surətdə qeyd etməsini unudulmaz xatirə kimi xüsusi vurğula-mışdır.

İhsan Doğramacının 2003-cü ildə Ulu öndər Heydər Əliyevin 80 illiyi ərəfəsində onun haqqında öz ürək sözlərini bölüşərək dediyi fikirlər türk dünyasının nəhəng Azərbaycan siyasətçisinə qiyməti kimi də çox dəyərlidir: “Heydər Əliyev əsrimizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini dü-şünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, xalqının xoşbəxtliyi üçün çırpın-mışdır. Azərbaycanın ən çətin anlarında vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. O, fırtınalı həyatının hər dövründə Azərbaycanı, türklüyünü unutmayan böyük bir şəxsiyyətdir. Ölkəsini bəlalardan qurtaran dövlət başçısıdır” .

Beləcə bu iki əsl ziyalının möhkəm dostluğu fiziki itki həqiqətlərindən mənəvi yüksəkliyə ucalmaqla türk dünyasında dostluq simvoluna çevriləcək qədər möhkəm əsaslar yaratmışdır.2005-ci il Azərtac məlumatlarından birində oxuyuruq:

“İhsan Doğramacı ...xalqımızın ümummilli lideri ilə böyük dostluğunu xatırlayaraq dedi ki, vaxtilə Heydər Əliyev ona yubileyinin Azərbaycanda qeyd olunmasını təklif etmişdi. Bu il də mənə 90 illiyimi müxtəlif ölkələrdə qeyd etmək təklif olunmuş, hətta Yaponiyadan xüsusi təyyarə göndərilmişdi. Lakin mən Azərbaycandayam və yubileyimi burada qeyd edəcəyəm. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır. Xal-qımızın böyük xeyirxahı İhsan Doğramacı bildirdi ki, sədaqətli dostu, türk dünyasının dahi oğlu Heydər Əliyevin arzularının həyata keçirilməsində Fonda yardımçı olmaq, Mehriban xanımın təşəbbüsü ilə görülən işləri dəstəkləmək məqsədi ilə 10 il ərzində öz şəxsi vəsaitindən Fondun hesabına hər il 100 min dollar köçürülməsini qərara almışdır”.

Bir milləti birləşdirən ədəbiyyat və sənətin də “ana dili” bizi tarixlər boyu birləşdirmiş, bu gün də eyni dildə danışdıraraq iki dövlətin bir milləti ideyasını təlğin və təbliğ edir. Azərbaycan

xalqının Ulu öndəri Heydər Əliyev bu birliyi ədəbi identiklik kontekstində belə tərif etmişdir: "Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamaş”, “Koroğlu” dastanları, xalqımızın hamısına mənsub olan şairlərimiz, yazıçılarımız- Nizami, Yunis İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Mədimqulu, Abay və digərləri xalqımızın tarixini və milli dəyərlərini əks etdirən, onu dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən nəsillərə xalqımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, vətənə sədaqət hisslərini daim gücləndirmişdir” .

Habelə, Heydər Əliyevin dərin məna kəsb edən aşağıdakı fikirləri də bu dərin ideyadan - Bir Millət-İki Dövlət” –Birlik və Həmrəylik Fəlsəfəsindən qaynaqlanır və bəşəri əhəmiyyət kəsb edir: “Ərəblər və farslar Füzulini öz şairləri sayırlar Türk dilli xalqlar isə hesab edirlər ki, o türk-dür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda bunu türkmən,öz-bək,qazax,türkiyədə yaşayan türklər,İraq türkmənləri də deyə bilərlər. Qoy Füzuli hamıya məx-sus olsun.Tarixə bəşəri şəxsiyyət kimi düşsün”.

Bu baxımdan Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il YUNESKO Beynəlxalq Humanitar Təşkilatı tərəfindən Füzuli ili elan edildikdə əslən Azərbaycan türkü olub, İraqda doğulub 3 dildə yazıb-yaratmış dahi Söz ustadı Məhəmməd Füzulinin yubiley tədbirlərinin doğulduğu İraqla bərabər, Türkiyədə keçirilməsi, Azərbaycanda yekunlaşması da simvolik məna kəsb etməklə yanaşı yenə Türk birliyinin əyani ifadəsidir.

Heydər Əliyev müdrik siyasətçi, rasional keyfiyyətlərə sahib nəhəng Lider olaraq “biz bir millət, iki dövlətik” fəlsəfəsini bir məqsəddə - Azərbaycan- Türkiyə birliyi, həmrəyliyi ideyasında birləşdirərkən bu bünövrəni uzun onilliklərin siyasi idarəçilik təcrübəsində sınaqlardan çıxmış peşəkarlıq gücü, xarizmatik keyfiyyətlərlə ilə elə formalaşdırmış, sistemləşdirmişdir ki, bu ideya – həyat fəlsəfəsi Ulu öndərin əbədiyyətə qovuşduğu 17 il qədər heç də az olmayan bu müddətdə nəinki sarsılmamış, əksinə qüvvətlənmiş, çiçəklənmişdir. Bu gün “biz bir millət, iki dövlətik” fəlsəfəsinin yenilməz meyarları--TÜRK BİRLİYİ, TÜRK HƏMRƏYLİYİ prinsipləri Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin dolğun siyasi idarəçilik səriştəsi ilə monolit körpüyə çevrilmişdir.

Xatirə Quliyeva
AMEA Fəlsəfə institutunun
Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi
Şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru
Похожие новости
16:50, Сегодня
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
16:47, Сегодня
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
16:47, Сегодня
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
16:45, Сегодня
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
02:04, Сегодня
В Баку мужчина нанес своему отцу тяжелую травму
02:02, Сегодня
США заблокировали резолюцию о признании Палестины полноправным членом ООН
01:28, Сегодня
Житель Кельбаджара: Из 113-дневного окружения в Башлыбеле живыми спаслись 29 человек - ВИДЕО
01:17, Сегодня
Заслуженный артист: Я не сплю после смерти сына
01:12, Сегодня
Хроника Западного Азербайджана: Армения вскоре может быть стерта с карты мира - ВИДЕО
00:53, Сегодня
В Агдашском районе повесился 30-летний мужчина
00:47, Сегодня
Глава COP-29 встретился с главой Европейского инвестиционного банка - ФОТО
00:19, Сегодня
25-летний житель Губы повесился на лестнице
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:47
МИД Ирана заявил, что ответные шаги Тегерана завершены
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:23
В Баку у наркокурьера изъяли 5 кг марихуаны и 3 000 таблеток метадона - ВИДЕО
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 23:01
Исследователь: Через несколько дней после Башлыбельской трагедии две семьи остались в окружении - ВИДЕО
18 Apr 2024 | 22:57
В Абшеронском районе 30-летний мужчина покончил жизнь самосожжением
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 22:41
Житель поселка Бина: Ощущение, будто мы живем в Сомали - ВИДЕО
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 20:53
Власти Украины приговорили Анатолия Карпова к 15-ти годам тюрьмы
18 Apr 2024 | 20:48
Партнеры по НАТО могут поставить Украине шесть систем Patriot
18 Apr 2024 | 20:46
Заседание Совета Украина-НАТО пройдет 19 апреля на уровне министров обороны
18 Apr 2024 | 20:40
Фон дер Ляйен: Отток капитала из ЕС составляет €300 млрд в год
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:25
Макрон: ЕС выступает за введение новых санкций против Ирана и России
18 Apr 2024 | 20:23
Столтенберг ждет, что Украина сама обеспечит себя войсками
18 Apr 2024 | 20:21
В борьбе с тиктокерами полиции следует обратить внимание на пропаганду разврата
18 Apr 2024 | 20:20
Национальный герой Азербайджана перенес инфаркт
18 Apr 2024 | 20:18
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 20:17
Луи Боно находится с визитом в Грузии
18 Apr 2024 | 20:12
Казахстан запретил импорт авиатоплива
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:37
Индия передумала строить свои корабли в Турции
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:14
В Баку состоялся показ документального фильма о литовском моряке "Прыжок"
18 Apr 2024 | 19:14
Во Франции совершено нападение с ножом: ранены дети
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:04
Российская военная база в Армении подверглась кибератаке
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
18 Apr 2024 | 18:54
Новый председатель Госкомитета принял посла Турции
18 Apr 2024 | 18:52
Вагит Алекперов возглавил рейтинг богатейших миллиардеров России
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 18:45
Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью Baku TV - ВИДЕО
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 18:26
Во сколько обходится тонировка автомобильных стекол? - ВИДЕО
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 18:41
Байден: США с союзниками вводят санкции против Ирана
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 18:26
Во сколько обходится тонировка автомобильных стекол? - ВИДЕО
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 18:41
Байден: США с союзниками вводят санкции против Ирана
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
Писатели