Könüllülük ümummilli hərəkata çevrilib
Читать: 747
15 May 2020 | 14:41
Könüllülük ümummilli hərəkata çevrilib
Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurlarının təminatçısıdır

Dövlətimizin başçısı İlham Əliyev daim bəyan edir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. İslahatları aparmaqla ölkəmiz güclənir və gələcək dayanıqlı inkişafı təmin edilir. Tərəqqi islahatlarsız mümkün deyil. Bu inkişaf, tərəqqi, islahatlar ölkəmizin bütün sferalarını əhatə edir. Bunu şərtləndirən amil təbii ki, dövlətimizin başçısı tərəfindən dövrün, zamanın tələblərinə uyğun qarşıya yeni-yeni vəzifələrin qoyulmasıdır. Bütün dövr üçün öz aktuallığını qoruyan, dəyişməyən tezis isə Azərbaycanın gələcəyinin gənclərə məxsus olmasıdır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənclərdən, onların fiziki və mənəvi sağamlığından, xalqına, Vətəninə bağlılığından, dövlət maraqlarını hər şeydən üstün tutmasından asılıdır.

Gənclərin potensial imkanlarının ortaya qoyulmasına, ictimai-siyasi fəallıqlarının artırılmasına, dövlət idarəçiliyində irəli çəkilmələrinə geniş imkanlar açan Dövlət proqramları icra edilir, müxtəlif layihələr həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə diqqəti özünü 2007-ci ili “Gənclər ili”, 2020-ci ili isə “Könüllülər ili” elan etməsində daha qabarıq şəkildə göstərir. Ölkəmizdə könüllülük hərəkatının geniş vüsət alması gənclərin malik olduqları potensial imkanlarından daha səmərəli istifadə etmələrini şərtləndirir. Məhz bu amillər əsas götürülərək pandemiyanın bütün dünyanı cənginə aldığı bugünkü şəraitdə ölkəmizdə könüllülük əlillərə, kimsəsizlərə, aztəminatlı ailələrə, qocalara, qaçqın və məcburi köçkünlərə, ehtiyacı olan digər kateqoriyadan olan vətəndaşlara

kömək edilməsi, insanpərvərliyin, mərhəmətin, bir sözlə, xalqımıza xas olan keyfiyyətlərin təbliği, hüquqi və mədəni maarifləndirmə, sağlam həyat tərzinin təbliği kimi istiqamətlər üzrə həyata keçirilir. Bu gün hansı sahəyə diqqət yetirsək könüllülərin fəaliyyətini görərik. Məhz bu fəaliyyəti nəzərə alaraq, eyni zamanda, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edildi. Sənəddə də qeyd olunduğu kimi, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Artıq Azərbaycanda könüllülük bir çox fəaliyyət sferalarına nüfuz etməklə ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsini, ictimai həyatın müxtəlif sahələrini, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, dövlətə xeyir gətirir. Bu, gənclərimizin istedadını, biliklərini aşkara çıxarmaqla yanaşı, kadr hazırlığı üçün də çox önəmlidir. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alır, bilikli kadrlar kimi onlara inam artır, onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Bir sözlə, bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurlarının təminatçısıdır.

Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər. Ölkəmizdə “Evrovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülərimizin rolu inkaredilməzdir.

Bu gün də, yəni, dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda könüllülərin fəallığı diqqətdən kənarda qalmır. Pandemiyanın insanların sağlamlığına, hər bir ölkənin iqtisadiyyatına böyük zərbələr vurduğu göz önündədir. Bu bəla öncə hər kəsdən birlik, həmrəylik çağırışlarına dəstək olmağı tələb etdi. Buna görə də özünütəcrid qaydaları daha da aktuallaşdı, evdə qalıb sağlamlığımıza,

böyüklərimizə, ətrafımızdakı insanlara, döğmalarımıza dəstək olmaq günümüzün əsas tələbinə çevrildi. Tətbiq olunan karantin qaydalarında böyüklərimizə hörmətdən irəli gələn yaşı 65-dən yuxarı vətəndaşların evdə olmasına duyulan ehtiyac da könüllülərimizin fəaliyyətinə işıq saldı. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə yanaşı, könüllülərimiz də yaşı 65-dən yuxarı olan tənha yaşlılara kömək olmağı, onlara sosial xidmət göstərməyi, qayğılarını çəkməyi özlərinin vətəndaşlıq borcu hesab edərək bu missiyanı yerinə yetirməkdən xoş əhval- ruhiyyə duyurlar. Təbii ki, bu kimi addımlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığına öz müsbət təsirini göstərir. Böyüklərə hörmət və diqqət, onların qayğıları ilə yaşamaq, bu kateqoriyadan olan insanlara lazım olan dəstəyi göstərmək milli-mənəvi dəyərlərimizin əsas tərkib hissələridir. Həmin qayğıya mərhəməti, sədaqəti, xeyirxahlığı da əlavə etsək, bu ali keyfiyyətlərin fonunda koronavirus kimi bəladan uğurla çıxacağımızı əminliklə qeyd edə bilərik. Çünki birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun yüksək səviyyədə olduğu bir ölkədə hansısa çətinlikdən, problemdən, yaxud onların həllinin mümkünsüzlüyündən danışmaq qeyri-mümkündür. “Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu əminliyi də ifadə edir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri- ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.

Koronavirus xəstələrinin müalicəsində də könüllülərin əməyi danılmazdır və dövlət tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin 18 mart 2020-ci il tarixli «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» Sərəncamı deyilənlərin bariz nümunəsidir. Həmin sənədə əsasən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə edildi. Həmin Sərəncamda bu mühüm bənd də öz əksini tapmışdır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtləri müəyyənləşdirilsin. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq Baş Nazir Əli Əsədovun «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi

barədə» Qərarında onlara 2020-ci il aprel 1-dən aylıq 250 manat məbləğində mükafat nəzərdə tutuldu. Möhtərəm Prezidentimizin fikirlərinə istinad etsək, onların əsas motivasiyası bu, deyil. Əsas odur ki, hər kəs öz borcunu yerinə yetirmək istəyir.

Bir əsas məqamı da qeyd etməliyəm ki, dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi bu qısa müddətdə fəaliyyət istiqamətini genişləndirməklə davamlı uğurlara öz töhfəsini vermişdir. Ətrafında birləşdirdiyi “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "BİR Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü Gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə “Gənc Könüllülər” Hərəkatı və sair təşkilatların, hərəkatların təmsilçiləri ölkəmizdə koronavirus infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımlarını yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, dövlət başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini vurğulamışdılar. Mərkəz məqsəd və məramına uyğun olaraq sosial mediada genişmiqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, ictimaiyyəti görülən işlər, həmçinin pandemiyanın yaratdığı fəsadlarla bağlı məlumatlandırır, günümüzün əsas tələblərinə çevrilən şəxsi gigiyena və sosial təcrid qaydalarına düzgün riayət olunmasının vacibliyini aşılayır, bununla əlaqədar müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir. Mərkəzin ətrafında birləşən hər bir təşkilat, hərəkat bu əminliyi ifadə edir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə könüllülərin qarşısında geniş imkan açan 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi koronavirus

infeksiyasının yayılmasının qarşısının alınmasında könüllülərin təşəbbüskarlığının, enerjisi və bacarıqlarının səfərbər olunmasına dövlət tərəfindən görülən işlərin faydalılığının artırılmasına müsbət təsir edəcək. Bu arzu və istəklə fəaliyyətə başlayan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi adında ehtiva etdiyi missiyaya uyğun olaraq könüllü təşkilatlar və hərəkatlar arasında əlaqələndirməni yüksək səviyyədə həyata keçirməklə yerlərdə əhalinin həssas qrupları haqqında vacib məlumatların toplanmasına, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işinin həyata keçirilməsinə, həmçinin könüllü təşkilatlarının fəaliyyəti ilə müvafiq dövlət qurumlarının işinin əlaqələndirilməsinə və sair kimi məsələlələrə öz dəstəyini göstərməyə səy göstərir. Bir əsas məqamı da nəzərə alaq ki, Mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.

Təbii ki, uğurlu başlanğıc, eyni zamanda, məqsəd növbəti addımların, nəticələrin aydın mənzərəsini yaradır. Qısa müddətdə Mərkəzin gördüyü işlərin statistikasına nəzər salsaq qarşıya qoyulan məqsədə nail olunacağına böyük əsaslar yarandığını açıq-aşkar görərik. Belə ki, paytaxt və regionlarda “Böyüklərimizi qoruyaq!” devizi altında tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin qonağı olan, onlara zəruri tələbat məhsullarından ibarət bağlamaları çatdıran, 28 şəhər və rayonu əhatə edən minə yaxın könüllülərimiz 6254 ailəyə sevinc bəxş etmiş, onlara dəstək olmuşdur. Həmçinin “Könüllü qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər xüsusi elanlar vasitəsilə ehtiyacı olanlar barədə məlumatın əldə olunmasına şərait yaratmışlar. Bir zəng əsasında ehtiyacı olanların köməyinə çatan könüllülərimiz vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. Həmçinin Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü donor” aksiyasına start vermişdir. Bu nəcib aksiyada da könüllülərimiz fəal iştirak edirlər.

Bu məqamı da xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək

çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması kimi gözəl xüsusiyyətlərini önə çəkərək irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulmasını bu nəcib keyfiyyətəlrimizə bariz nümunə kimi qeyd etmişdir. Mehriban xanım Əliyeva belə bir arzunu ifadə etmişdir: “Qoy, xoş əməllərin sayı artsın. Uca Tanrı sizi qorusun!”

Möhtərəm Prezidentimiz İlham Əliyevin pandemiyaya qarşı həyata keçirdiyi mübarizə tədbirləri ilə bağlı ölkə vətəndaşları tərəfindən dövlətimizin başçısına ünvanlanan minnətdarlıq və təşəkkür məktublarında da könüllülərimizin bu fikirlərinə rast gəlirik: “Cənab Prezident, biz gənclər daim Sizin siyasətinizi və islahatlarınızı dəstəkləyirik və daim yanınızdayıq. Ölkəmizdə könüllülük yeni mərhələyə qədəm qoyub və böyük potensiala malikdir. Gənclərimiz Sizin diqqət və qayğınız, yaratdığınız şərait əsasında bu potensial imkanlardan daha səmərəli istifadə edərək günbəgün güclənən, qüdrətlənən dövlətimizin yeni-yeni hədəflərə nail olmasına öz töhfəsini verməyə səy göstərirlər.”

Göründüyü kimi, ölkə vətəndaşları arasında dövlətimizin həyata keçirdiyi siyasətə dəstək, Azərbaycan Pespublikasının möhtərəm Prezidentinə inam və etimad yüksək səviyyədədir. Şübhəsiz, bu yüksək inam və etimad, dövlət-vətəndaş birliyinin möhkəmliyi fonunda pandemiyaya qarşı mübarizədən də uğurla çıxacağıq. Eyni zamanda, yeni iqtisadi və sosial inkişaf modeli əsasında Azərbaycanın davamlı inkişafı təmin ediləcək, bütün sferaları əhatə edən islahatlar yeni-yeni hədəflərin gerçəkləşməsini şərtləndirəcəkdir. Bir sözlə, hər zaman olduğu kimi, pandemiya dövründə də dünyanı birləşdirən Azərbaycan ən yüksək zirvələri fəth edəcək.

Vüqar Rəhimzadə,

Yeni Azərbaycan Partiyası Siyasi

Şurasının üzvü, “İki sahil” qəzetinin

baş redaktoru, siyasi elmlər doktoru
Похожие новости
00:25, Сегодня
В одном из районов Азербайджана будет ограничено газоснабжение
00:23, Сегодня
ГЭЦ: 485 человек не явились на выпускной экзамен
00:21, Сегодня
В Газахе с радостью восприняли новость об освобождении четырех сел района - ФОТО
00:16, Сегодня
В бакинском метро пожилой мужчина упал на рельсы
00:12, Сегодня
Сегодня день рождения легендарной азербайджанской «свекрови»
00:10, Сегодня
Агиль Рустамзаде: Израиль хотел «прощупать» ПВО Ирана
00:09, Сегодня
Жители Словакии собрали 2 млн евро на покупку снарядов для Украины
00:03, Сегодня
В Белом доме пообещали немедленно возобновить поставки оружия Киеву
00:02, Сегодня
Фон дер Ляйен против столкновений между Израилем и Ираном
19 Apr 2024 | 23:48
Мужчина поджег себя во время судебного процесса по делу Трампа в Нью-Йорке - ВИДЕО
19 Apr 2024 | 23:27
Юг Германии завалило снегом: горнолыжные курорты заявили о возобновлении работы
19 Apr 2024 | 23:01
Сход оползня в Стамбуле повредил 14 домов- (фото)
19 Apr 2024 | 23:00
Аэропорт Дубая ограничил число прибывающих рейсов
19 Apr 2024 | 22:54
Цукерберг обошел Маска в списке богатейших людей планеты
19 Apr 2024 | 22:49
"Аль-Наср" одержал волевую победу над "Аль-Фейхой": Мане оформил дубль - ВИДЕО
19 Apr 2024 | 22:45
Армяне заблокировали трассу в Баганыс Айрым и Ашагы Аскипара-(фото)
19 Apr 2024 | 22:08
Мировые расходы на оборону достигли рекордного значения
19 Apr 2024 | 21:54
В Армении не знают, к чему приведет сотрудничество с ЕС
19 Apr 2024 | 21:52
Мирзоян признал наличие проблем между Ереваном и Москвой
19 Apr 2024 | 21:42
Часы Михаэля Шумахера уйдут с молотка
19 Apr 2024 | 21:28
Страны G7 выступили с призывом к Баку и Еревану
19 Apr 2024 | 21:23
Евросоюз приветствует договоренность о возвращении 4 сел Газаха
19 Apr 2024 | 21:19
СМИ: Генсек НАТО официально одобрил удары Украины по территории России
19 Apr 2024 | 21:10
Оползень в исмайыллинском селе: возникла опасность для жильцов близлежащих домов - ВИДЕО
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 20:53
СМИ: Угрожавший взорвать консульство Ирана мужчина имел психические отклонения - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:49
В Баку прошла церемония открытия Кубка мира по художественной гимнастике
19 Apr 2024 | 20:45
Число жертв в Газе достигло 34012
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 20:29
Иранский посол в Армении не хочет комментировать вывод РМК из Карабаха
19 Apr 2024 | 20:26
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 20:11
В Азербайджане арестован руководитель сайта
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:04
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:03
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:01
Орбан: Запад близок к отправке военных в Украину
19 Apr 2024 | 19:53
Сотрудники МЧС спасли оказавшихся в беспомощном положении несовершеннолетних - ВИДЕО
19 Apr 2024 | 19:53
Хакеры заявили о взломе базы данных ЦАХАЛ
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 19:45
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 19:18
Раскрыто 85% преступлений, совершенных в Азербайджане в I квартале 2024 года
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 18:53
Осужденный за жестокое убийство жены скончался в тюрьме
19 Apr 2024 | 18:44
Гаити потребовал от Франции миллиардных репараций
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 18:13
Желающие вступить в брак должны пройти психологическое обследование? - ВИДЕО
19 Apr 2024 | 17:57
В Иране гектары сельхозугодий затоплены селевыми водами - ВИДЕО
19 Apr 2024 | 17:51
Депутат: Плата за обучение в частных школах достигла космических размеров
19 Apr 2024 | 17:49
Процесс делимитации границ между Азербайджаном и Арменией будет основан на Алма-Атинской декларации
19 Apr 2024 | 17:45
Артуро Видаль - о клубе своей мечты
19 Apr 2024 | 17:45
Токаев запретил ввоз вейпов в Казахстан
19 Apr 2024 | 17:43
Люди впервые стали жертвами болезни оленей-зомби
19 Apr 2024 | 17:37
Моуринью назвал команду, за которую будет болеть в ЛЧ
19 Apr 2024 | 17:32
Верховному Меджлису Нахчыванской АР предоставлено новое право
19 Apr 2024 | 17:28
Мясника арестовали из-за долга в 20 000 манатов - ПОДРОБНОСТИ
19 Apr 2024 | 17:23
В Беларуси игрока "Что? Где? Когда?" приговорили к 3,5 годам лишения свободы - ФОТО
19 Apr 2024 | 17:16
В Хыналыге выпал град - ВИДЕО
19 Apr 2024 | 17:10
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
19 Apr 2024 | 17:10
Жозе Моуринью отправился в Турцию для переговоров с "Бешикташем"
19 Apr 2024 | 17:05
В Баку выявлены цеха производства подпольной продукции - ФОТО
19 Apr 2024 | 17:00
TƏBİB о состоянии женщины, которую молодой человек облил бензином и поджег - ОБНОВЛЕНО + ФОТО
19 Apr 2024 | 16:55
На Абеля Магеррамова подали в суд
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:43
Шведский функционер "Нефтчи": Настоящий болельщик не оставит команду никогда
19 Apr 2024 | 16:37
В первый день медицинской акции более 100 жителей Физули прошли офтальмологический осмотр - ФОТО
19 Apr 2024 | 16:33
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:25
В Азербайджане введено наказание за передачу СМИ фото потерпевших лиц без их согласия
19 Apr 2024 | 16:05
Лавров: Претензии Еревана о бездействии российских миротворцев необоснованны
19 Apr 2024 | 15:56
Турция призывает к сдержанности на фоне эскалации между Израилем и Ираном
19 Apr 2024 | 15:54
В Азербайджане отцы тоже будут иметь право получать за детей трудовую пенсию на льготных условиях
19 Apr 2024 | 15:47
"Нефтчи" переедет на новую учебно-тренировочную базу
19 Apr 2024 | 15:38
Джейхун Байрамов обсудил с премьер-министром Палестины ситуацию в Газе
19 Apr 2024 | 15:36
Законопроект о создании искусственных земельных участков на Каспии принят в первом чтении
19 Apr 2024 | 15:32
Забивший гол акробатическим ударом ветеран: В тот момент я позабыл, что у меня нет ноги - ВИДЕО
19 Apr 2024 | 15:23
В Азербайджане понятые не будут привлекаться к процессу личного досмотра
19 Apr 2024 | 15:01
Лавров: Россия в случае новых переговоров не будет делать пауз в боевых действиях с Украиной
19 Apr 2024 | 13:53
Стало известно, когда "Барселона" вернется на "Камп Ноу"
19 Apr 2024 | 12:01
ВМС и ВВС Азербайджана провели тактические учения в Каспийском море
19 Apr 2024 | 11:05
Мбаппе принял окончательное решение по своему будущему в ПСЖ
19 Apr 2024 | 10:57
Ниджат Абасов потерпел шестое поражение в Торонто
19 Apr 2024 | 09:15
В России разбился военный самолет
19 Apr 2024 | 08:52
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
19 Apr 2024 | 08:45
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 08:40
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
19 Apr 2024 | 08:32
TikTok начал тестировать конкурентную Instagram платформу
19 Apr 2024 | 08:28
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:15
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
19 Apr 2024 | 08:00
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
19 Apr 2024 | 07:49
Иранские системы ПВО сбили три беспилотника
19 Apr 2024 | 07:43
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
ЕЖЕДНЕВНО
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
19 Apr 2024 | 08:45
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
19 Apr 2024 | 08:52
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
19 Apr 2024 | 08:28
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
19 Apr 2024 | 08:32
TikTok начал тестировать конкурентную Instagram платформу
19 Apr 2024 | 08:40
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 08:15
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 07:13
Израиль нанес "ограниченный" удар по Ирану
19 Apr 2024 | 08:02
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
19 Apr 2024 | 08:45
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
19 Apr 2024 | 08:52
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
19 Apr 2024 | 08:00
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
19 Apr 2024 | 08:32
TikTok начал тестировать конкурентную Instagram платформу
19 Apr 2024 | 08:28
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
Ежемесячно
19 Apr 2024 | 08:41
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
19 Apr 2024 | 08:47
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
19 Apr 2024 | 08:45
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
19 Apr 2024 | 08:52
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
19 Apr 2024 | 08:28
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
19 Apr 2024 | 08:32
TikTok начал тестировать конкурентную Instagram платформу
19 Apr 2024 | 08:40
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
Писатели